Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

26 
 
sürətlə getməyi öyrətdilər. Bunun üçün hətta imtahan norması müəyyən edilmişdi: 
meşə zonasında bir saatda 25 km məsafəni xizək üzərində qət etmək. 
Sovet-Finlandiya  müharibəsində  Finlandiyaya  hərbi  sahədə  kömək  edən 
faşist  Almaniyası  rəhbərliyi  Sovet  Ordusunun  müasir  (o  dövrə  görə  müasir) 
matorlar  müharibəsi  üçün  Almaniyadan  zəif  olduğunu  yəqin  etdi  və  ona  görə  də 
ildırımsürətli müharibə aparmaq qərarına gəldi. 
1940-cı  ilin  31  iyulunda  Hitler  Almaniya  hərbi  komandanlığının  yüksək 
vəzifəli  rəhbərlərinə  elan  etmişdi  ki,  Sovetlər  İttifaqına  qarşı  müharibəyə  1941-ci 
ilin  mayında  başlanacaqdır.  Həmin  müşavirədə  gələcək  müharibənin  iki 
istiqamətdə  (Kiyev  və  Moskva  istiqamətləri)  başlanacağı  və  bu  istiqamətlərdə 
döyüşən orduların  birləşərək  qələbəni qısa  bir müddətdə  əldə  edəcəyi və  bu işğal 
zonasına Bakının da daxil edilməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdi. 
Faşist  ordusunun  qəflətən  və  böyük  zərbə  qüvvəsi  ilə  1941-ci  ilin  22 
iyununda  başladığı  müharibənin  ilk  günlərində  sürətlə  irəliləməsi  bütün  dünyada 
böyük narahatlıq yaratdı. Müharibənin başlanmasının 6-cı günü faşist Almaniyası 
ordusu Minsk şəhərinə, 9-cu günündə isə Kiyev şəhərinə çatmışdı. 
Sovet  ordusunun  bu  ilk  uğursuzluqlarının  səbəbləri  haqqında  çox 
yazılmışdır və bu səbəblərin izahını təkrar etməyə ehtiyac yoxdur. Əsas səbəb isə o 
idi  ki,  Almaniya  ordusu  Avropanın  böyük  bir  hissəsini  (Fransa,  Polşa, 
Çexoslovakiya  və  digərləri)  asanlıqla  və  qısa  müddətdə  zəbt  etdiyinə  və  özünə 
müttəfiqlər tapdığına (Rumıniya, İtaliya) görə döyüşə hazır idi və hərbi texnika və 
yanacaq ilə də yüksək dərəcədə təmin edilmişdi. 
Almaniya  rəhbərliyi  Sovetlər  İttifaqına  qarşı  müharibəyə  hazırlaşarkən 
Türkiyə  ilə  də  dostluq  əlaqələri  yarada  bilmişdi.  1941-ci  ilin  4  martında  Hitler 
Türkiyə Prezidenti İsmət İnönyüyə şəxsi məktubla müraciət etmiş və həmin ilin 18 
iyununda Almaniya ilə Türkiyə arasında dostluq haqqında müqavilə imzalanmışdı. 
Əlbəttə,  burada    Almaniyanın  müttəfiqi  İtaliyanın  1940-cı  ilin  28  oktyabrında 
Yunanıstana hücumu və onun ordusunun Türkiyə sərhədlərinə yaxınlaşması da öz 
rolunu  oynamışdı.  Digər  tərəfdən  Türkiyə  ilə  ittifaq  Almaniya  üçün,  öz  təsiri 
altında olan İrana Türkiyə ərazisindən keçərək silah daşımaqdan ötrü də lazım idi. 
Almaniya-Türkiyə  dostluq  müqaviləsinin  faşist  ordusunun  SSRİ-yə  hücumundan 
cəmisi 4 gün əvvəl imzalanması isə Almaniyanın Sovetlər İttifaqına hücum planını 
gizlədə bilməsinə şərait yaratdı və Hitler müharibəni qəflətən başladı. 
Sovetlər  İttifaqı  rəhbərliyi  isə  1939-40-cı  illərdə  Qərbə  doğru 
genişləndirdiyi sərhədlərdə, yeni ərazilərdə güclü müdafiə və hərbi istehkam xətləri 
yaratmağı  1-2  ilə  başa  çatdıra  bilməmişdi  və  bunu  qısa  müddətdə  etmək  də 
mümkün deyildi. 
Hitlerin  dünya  ağalığı  iddiası  İngiltərə  və  Amerika  Birləşmiş  Ştatları  kimi 
böyük dövlət başçıları tərəfindən tez  hiss edildi  və  bu  müharibədə  onlar Sovetlər 


27 
 
İttifaqına kömək edəcəklərini bəyan etdilər. İngiltərənin Baş Naziri U.Çerçill 1941-
ci ilin 22 iyulunda radio ilə xalqa müraciətində demişdi ki, Hitler Rusiya üzərində 
qələbə  çalarsa  Britaniya  adaları  növbəti  hədəf  olacaq  və  o,  Qərbi  (ABŞ  da  daxil 
olmaqla) özünə tabe etməyə cəhd edəcəkdir. ABŞ prezidenti F.Ruzvelt iyulun 24-
də  etdiyi  çıxışda  bəyan  etdi  ki,  ABŞ  faşizmə  qarşı  mübarizədə  Sovetlər  İttifaqına 
kömək  edəcəkdir.  ABŞ  Prezidenti  demişdi:  Hitlerin  darmadağın  edilməsi  bizim 
təhlükəsizliyimizə aparan yoldur. 
 
II fəsil 
 
BÖYÜK VƏTƏN MÜHARĠBƏSĠ – 
II DÜNYA MÜHARĠBƏSĠNĠN ƏSAS VƏ 
ƏN AĞIR MƏRHƏLƏSĠDĠR 
 
Faşist Almaniyasının Sovetlər İttifaqına hücumu ilə başlanan Böyük Vətən 
müharibəsi  hərbi  ədəbiyyatda  II  dünya  müharibəsinin  ikinci  dövrünün  başlanğıcı 
hesab edilir. 
Faşist  Almaniyasının  SSRİ-yə  qəflətən  müharibə  başlaması  ərəfəsində  hər 
iki  ölkənin  döyüşə  hazır  vəziyyətdə  hərbi  qüvvəsi  və  silahları  aşağıdakı  nisbətdə 
idi: 
 
№ 
Ölkələr 
Diviziyaların 
miqdarı 
DöyüĢ 
vəziyyətində olan 
Ģəxsi heyət 
Tankların 
miqdarı 
Hərbi 
təyyarələrin 
miqdarı 
Top və 
minomyotlar
ın miqdarı 

Almaniya 
190 diviziya 
5,5 milyon nəfər 
(ondan 4,6 
mln.alman ordusu 
üzrə) 
4300 
4980 
47200 

SSRİ 
170 diviziya 
4 milyon (1/1 -
41tarixə olan 
məlumat) 
1861 
2700 
37500 
 
Göründüyü kimi Avropa ölkələrində geniş hərbi əməliyyatlar aparmış faşist 
ordusunun səfərbər edilmiş qüvvəsi üstünlük təşkil edirdi. 
Bəzi  tədqiqatçılar  rəsmi  sənədlərdə  SSRİ  üzrə  bu  rəqəmlərin  az 
göstərildiyini qeyd edərək bildirirlər ki, 1939-1941-ci ilin iyununa qədər Sovetlər 
İttifaqında  18  minə  yaxın  hərbi  təyyarə  və  7  mindən  çox  tank  istehsal  edilmişdir 
(Bax,  “1418  dney  voynı”  (iz  vospominaniy  o  Velikoy  Oteçestvennoy,  M.  1990, 
s.551). Əgər bu rəqəmlər dürüstdürsə, deməli SSRİ silah üzrə üstün vəziyyətdə idi. 
Bu isə ilk uğursuzluqlar mövqeyindən yenə də şübhə doğurur. 


28 
 
Müharibənin  ilk  aylarında  Sovet  Ordusunun  uğursuzluqlarının  əsas 
səbəblərindən  biri  bu  ordunun  komanda  (zabit)  hissəsinin  zəifliyi  olmuşdur.  Belə 
ki, 1937-ci ilin mayından 1938-ci ilin oktyabrına qədərki dövrdə Sovet Ordusunda 
xidmət  edən  39761  komandir  və  komissar  həbs  edilərək  sürgün  yerlərinə 
göndərilmişdi
9
.  Müharibənin  başlanması  ilə  əlaqədar  olaraq  bunların  bir  hissəsi 
həbs düşərgələrindən birbaşa cəbhələrə göndərilmişdilər. 
 
§ 1. Böyük Vətən Müharibəsinin ilk dövrünün ağır döyüĢləri 
 
Müharibənin  ilk  günlərində  bütün  ölkədə  olduğu  kimi  Azərbaycanda  da 
ümumi səfərbərlik elan edildi: 18-47 yaşların hərbi xidmətə çağırılmasına başlandı, 
15-50 yaşlarda olan vətəndaşlar isə arxa cəbhədə hərbiçi peşəsinə yiyələnmək üçün 
müxtəlif formada hazırlıq təlimlərinə cəlb edilmişdi. 
1941-ci  ilin  22  iyunundan  sonrakı  ilk  günlərdə  Azərbaycanda  könüllü 
olaraq  cəbhəyə  getmək  üçün  40  min  nəfərdən  çox  ərizə  vermişdi.  Həmin  ilin 
avqustunda  könüllülük  əsasında  yerlərdə  təşkil  edilmiş  87  döyüş  batalyonlarının 
tərkibində  186704  nəfər  hərbi  təlim  keçirdi
10
.  Respublika  ərazisində  28  tabor 
yaradılmışdı
11

Azərbaycanlı döyüşçülərdən böyük bir qrupu düşmənə qarşı döyüşə 1941-ci 
ilin 22 iyulunda Brest qalasının müdafiəsində başladılar. Bu qalanın qəhrəmanlıqla 
müdafiəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdir
12

Sovet  İttifaqının  rəhbərliyi  Bakının  və  bütün  Azərbaycanın  müharibə 
illərində  strateji  əhəmiyyətini  nəzərə  alaraq  müvafiq  göstərişlər  vermişdi. 
Azərbaycanda  müdafiə  xəttinin  tikilməsinə  1941-ci  ilin  iyulundan  başlanmışdı  və 
xəttin  uzunluğu  551  kilometr  idi.  Zaqafqaziyada  1942-ci  ilin  sentyabrınadək  146 
istehkam-mühəndis batalyonu müdafiə xəttinin çəkilməsi ilə məşğul idi və burada 
əsas diqqət Bakı müdafiə-istehkam xəttinin tikilməsinə verilirdi. Yalnız bu məqsəd 
üçün  5  min  inşaatçı  cəlb  edilmişdi.  Azərbaycanın  Şimalında  Baş  Qafqaz 
aşırımlarını  Dağıstan  tərəfindən  mühafizə  edən  qoşun  hissələri  Balakən-Şəki-
Qəbələ  zolağında  yerləşdirilmişdi.  1942-ci  ilin  yazında  Azərbaycanın  şimal 
                                                           
9
 Pravda, 6 oktyabr 1989-cu il 
10
 Z.M.Bünyadov, R.Ə.Zeynalov, Qafqazdan Berlinədək. B.1990. s.13 (rus dilində) 
11
 Azərbaycan Respublikası Xatirə kitabı, I cild, B. 1998, s.9  
12
 Yenə orada, səh. 8 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə