Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   2   3   4   5   6   7   8   9   10   ...   48

16 
 
Rusiyanın  XI  Ordusunun  Azərbaycanda  yerləşdirilməsi  bu  müstəqilliyi  heçə 
endirdi.  Təkcə  onu  demək  kifayətdir  ki,  XI  Ordu  1920-ci  ilin  may  ayının  beş 
günündə Gəncədə qanlı hərbi əməliyyatlar keçirərək, yerli əhalidən 23 min nəfəri 
qətlə yetirmişdir. 
Azərbaycan Respublikasının SSRİ tərkibində olduğu 1923-cü il yanvarın 1-
dən  sonrakı  ilk  17  ildə  (yəni  Böyük  Vətən  müharibəsinin  başlanmasına  qədərki 
dövrdə)  Respublika  vətəndaşları  Sovet  Ordusu  tərkibində  ümumi  əsgəri 
mükəlləfiyyətə cəlb edilməklə yanaşı Azərbaycanda bir milli atıcı diviziya da var 
idi.  Həmin  dağ-atıcı  diviziyası  1920-ci  ilin  30  oktyabrında  təşkil  edilmişdi  və 
1938-ci  ilə  qədər  mövcud  olmuşdur.  1924-1930-cu  illərdə  diviziyanın  komandiri 
Cəmşid  Naxçıvanski  (1895-1938)  olmuşdur.  Sovet  Ordusunun  təşkili  ərazi 
sistemindən  sırf  kadr  sisteminə  keçirildikdə  (1938)  həmin  diviziya  77-ci  diviziya 
adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil 
edilmişdi. 
 
*** 
 
İkinci  dünya  müharibəsindən  əvvəlki  dövrdə  yetişmiş  və  böyük  hərbi 
xidmət yolu keçmiş azərbaycanlı general və sərkərdələrdən bir neçəsi haqqında bir 
qədər geniş: 
 
General-polkovnik 
SƏMƏD BƏY MEHMANDAROV 
(1857-1931) 
 
Lənkəranda  dünyaya  göz  açmış  və  Bakıda  gimnaziya  təhsili  almış  Səməd 
Sadıqbəy  oğlu  Mehmandarov  Peterburqda  artilleriya  təmayüllü  hərbi  məktəbi 
bitirmişdir.  Rus-yapon  müharibəsində  böyük  rəşadət  göstərmiş  S.Mehmandarova 
1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik 
rütbəsinə bərabərdir. 
I Dünya müharibəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında 
xidmət edirdi. Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində 4 alay var 
idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan 
alyı.  Diviziya  komandiri  S.Mehmandarovun  fitri  istedadı  nəticəsində  Lodz 
istiqamətində  aparılmış  döyüşdə  alman  generalı  Makenzonun  ordusu  üzərində 
qələbə  əldə  edilmişdi.  Visla  çayı  yaxınlığındakı  İvanqorod  rayonunda  da  21-ci 
diviziya 52-ci piyada diviziyası ilə birgə vuruşmuşdu və bu diviziyanın tərkibində 
205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi. 


17 
 
1915-ci  ildə  general  S.Mehmandarov  korpus  komandiri  təyin  edilmişdi. 
1917-ci  ilin  əvvəlində  Rusiyanın  bütün  hərbi  ordenləri  ilə,  eləcə  də  İngiltərə, 
Fransa və Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilmişdi. 
1917-ci  ilin  fevral  inqilabından  sonra  S.Mehmandarov  Rusiyada  hərbi 
xidmətdən çıxaraq Azərbaycana gəldi. 
General  S.  Mehmandarov  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökumətində 
1918-ci  ilin  25  dekabrından  Hərbi  Nazir  vəzifəsində  olmuş  və  müstəqil 
Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu 
ilin  yazında  ingilis  hərbi  hissələri  Azərbaycanda  olduğu  dövrdə  Hərbi  Nazir 
S.Mehmandarov  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökuməti  başçısı  Nəsib  bəy 
Yusifbəyliyə  göndərdiyi  rəsmi  məktubda    bildirmişdi  ki,  İngilis  hərbi  hissələri 
Azərbaycanda  məskun  olduqları  yerlərdə  talanlar  edir,  kəşfiyyat  işi  aparırlar. 
Bunlara  etiraz  olaraq  S.Mehmandarov  İngiltərə  hökumətinin  I  Dünya  müharibəsi 
illərində  ona  verdiyi  ordenləri  İngiltərə  hökumətinə  qaytarmağı  Azərbaycan 
hökumətindən xahiş etmişdi. 
Müstəqil  Azərbaycan  dövlətinin  ərazisi  Rusiyanın  XI  Ordusu  tərəfindən 
zəbt  edildikdən  sonra  S.Mehmandarov  öz  xalqının  müqəddəratına  biganə 
olmayaraq,  Nəriman  Nərimanovun  şəxsi  zəmanəti  əsasında  hərbi  fəaliyyətini 
davam etdirmiş  və  Azərbaycanda  yaradılmış  hərbi komandirlər məktəbində 1921-
1928-ci  illərdə  müəllimlik  etmişdir.  Qafqaz  ordusunun  komandiri  olmuş  Birinci 
dərəcəli  Ordu  komandiri  İ.Ç.Yakir  1925-ci  ildə  yazmışdı:  “Mehmandarov  nadir 
artilleriyaçıdır”. 
General  Səməd  bəy  Mehmandarov  1924-1927-ci  illərdə  Azərbaycanda 
hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.  
1928-ci  ildə  general  S.Mehmandarov  səhhətinə  görə  orduda  xidmətdən 
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi. 
General-polkovnik  S.Mehmandarov  dövrünün  görkəmli  şəxsiyyətlərindən 
bir  olmuşdur.  O,  türk  və  fars  dillərini  yüksək  səviyyədə  bilirdi.  Ömrünün  son  üç 
ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. 
 
General-leytenant 
ƏLĠAĞA ġIXLĠNSKĠ 
(1865-1943) 
 
Azərbaycanın  Qazax  qəzasında  dünyaya  göz  açmış  Əliağa  İsmayıl  oğlu 
Şıxlinski  Peterburqda  artilleriya  məktəbini  bitirdikdən  sonra  (1886)  Rusiya-
Yaponiya  müharibəsində  (1904)  iştirak  etmiş  və  Port-Arturun  müdafiəsində 
igidliyinə görə Qızıl Qılıncla mükafatlandırılmışdı. Port-Arturun süqutundan sonra, 
ayağından yaralı olan Ə.Şıxlinski 1905-ci ilin aprelində dəniz vasitəsilə xarici ölkə 


18 
 
gəmilərində  Sinqapuru  və  Seylonu  keçərək  Hind  okeanı,  Aralıq  dənizi  və  Qara 
dəniz  vasitəsilə  Odessaya  gəlmiş  və  məşhur  kurort  Yesentukidə  (Həsən  tiki) 
müalicə olunmuşdur. 
1912-ci  ildə  Ə.Şıxlinski  general-mayor  hərbi  rütbəsi  almışdır.  Onun 
artilleriya  sahəsində  yeni  nəzəri  müddəaları  və  ixtiraları  dünya  hərb  elmində  
“Şıxlinski  üçbucağı”  və  “Şıxlinski  formulu”    adı  ilə  məşhurdur  və  dərsliklərə 
“Artilleriya allahı”nın kəşfləri kimi daxil edilmişdir. 
 Birinci dünya müharibəsinin əvvəlində Petroqradın artilleriya müdafiəsi Ə. 
Şıxlinskiyə tapşırılmışdı. 1915-1916-cı illərdə o, qərb cəbhəsi artilleriya qoşunları 
rəisi, 1917-ci ilin sentyabrından isə Rusiyanın X Ordusunun komandanı olmuş və 
general-leytenant rütbəsinə layiq görülmüşdür.  
Hərbi  xidmətlərinə  görə  general  Ə.Şıxlinski  Rusiyanın  11  ordeni  və 
Fransanın yüksək legion ordeni ilə təltif edilmişdi.  
1921-ci  ilin  yayından  general  Ə.Şıxlinski  Azərbaycan  Sovet  Respublikası 
qoşunları  qərargahında  işləməyə  başlamış,  1924-1928-ci  illərdə  Birləşmiş  Hərbi 
Komanda  heyəti  məktəbində  rəis  müavini  işləmişdir.  General  Ə.Şıxlinski 
Azərbaycan tarixində ilk dəfə olaraq “Rusca-azərbaycanca  qısa hərbi lüğət” tərtib 
etmiş və onu 1926-cı ildə nəşr etdirmişdir. 
1929-cu  ildə  hərbi  xidmətdən  istefaya  çıxmış  general  Ə.Şıxlinski  hərbi-
publisist  əsərlər  yazmış,  tərcüməçiliklə  məşğul  olmuş,  Səməd  Vurğun  və  Osman 
Sarıvəllinin bir sıra şerlərini rus dilinə tərcümə etmişdir. 
General-leytenant  Ə.Şıxlinski  haqqında  məşhur  filosof  Heydər  Hüseynov 
1945-ci  ildə  geniş  məqalə  çap  etdirmişdir.  Sabir  İbrahimovun  “General 
Ə.Şıxlinski”  adlı  monoqrafiyası  və  yazıçı  Qılman  İlkinin  “General”  adlı  povesti 
(1975)  Ə.Şıxlinskinin  həyat  və  fəaliyyətinə  həsr  olunmuşdur.  Generalın  özünün 
“Xatirələrim” kitabı ilk dəfə 1944-cü ildə nəşr olunmuşdur. 
 
General  
CƏMġĠD NAXÇIVANSKĠ 
(1895-1938) 
 
 Atası  Gəngərli  nəslindən  olan  Cəfər  xan  rus  ordusunun  zabiti  idi  və  oğlu 
Cəmşidi Tiflisdəki yunkerlər məktəbində təhsilə qoymuşdu. Gənc Cəmşid 1914-cü 
ildə podporuçik rütbəsi ilə qvardiya məktəbini bitirmişdi. 
Birinci  dünya  müharibəsi  illərində  tatar  (azərbaycanlı)  süvari  eskadronu 
komandiri  C.Naxçıvanski  general  Brusilovun  adı  ilə  bağlı  olan  düşmən 
“Cəbhəsinin yarılması” adlı məşhur əməliyyatında fəal iştirak etmiş və buna görə 
də  “Müqəddəs  Georgi”  ordeninin  dördüncü  dərəcəsi  ilə  təltif  edilmişdi.  O,  eyni 
zamanda  Avstriya  və  Rumıniya  cəbhələrində  döyüşərək,  üç  dəfə  yaralanmış  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə