Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

24 
 
İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Azərbaycanda da 
gənclərin  orduda  xidmətə  çağırılması  işi  gücləndirilmişdi.  Lakin  kənd 
məktəblərində  müəllim  kadrları  çatışmadığı  üçün  Müdafi  Naziri  K.Voroşilovun 
göstərişinə  əsasən  bu  müəllimlərin  orduda  xidmətə  çağırılmasına  müvəqqəti 
möhlət  verilmişdi.    1939-cu  ilin  noyabrının  sonunda  başlanmış  Sovet-Finlandiya 
müharibəsi uzandığı üçün kənd   məktəbləri  müəllimlərinə verilmiş möhlət də ləğv 
edildi və bunları da 1939-cu ilin oktyabr-dekabr aylarında hərbi xidmətə çağırdılar. 
 
§ 2. Sovet-Finlandiya müharibəsi 
 
Almaniya faşizminin Sovetlər İttifaqı ilə müharibəyə başlayacağı hamı üçün 
aydın  idi.  Lakin  Sovet  rəhbərliyi  bu  qarşıdurmanın  vaxtını  uzatmalı  idi.  Çünki 
Avropanın  yarısını  matorlar  müharibəsi  ilə  diz  çökdürən  faşist  ordusuna  qarşı 
adekvat hərbi qüvvə yox idi. 
1939-cu  ildə  SSRİ  sərhədlərinin  qərbə  doğru  genişləndirilməsindən  sonra 
Sovet rəhbərliyi belə qərara gəldi ki,  Leninqradın  müdafiəsini  gücləndirmək üçün 
Leninqrad vilayətinin şimal sərhədini şimala doğru genişləndirmək lazımdır. Buna 
uyğun olaraq 1939-cu ilin 30 noyabrında Sovet Finlandiya müharibəsi başlandı. 
Millətlər cəmiyyəti (1919-cu  ildə  yaradılmışdır və SSRİ bu təşkilata 1934-
cü  ildə  qəbul  edilmişdi)  Finlandiya  ilə  müharibəyə  başladığı  üçün  Sovetlər 
İttifaqını  1939-cu  ilin  14  dekabrında  bu  beynəlxalq  təşkilatın  üzvlüyündən  xaric 
etdi.  ABŞ  Prezidenti  F.R.Ruzvelt  1940-cı  ilin  fevralında  öz  ölkəsinin  gənclərinin 
konqresində  çıxış  edərkən  bu  haqda  belə  demişdi:  “Sovetlər  İttifaqı...  belə  bir 
mütləq  diktatura  ilə  idarə  olunur  ki,  digər  beləsini  dünyada  tapmaq  çətindir.  O, 
digər  diktatura  ilə  İttifaqa  girmiş  və  özündən  hədsiz  dərəcədə  kiçik  olan 
qonşusunun ərazisinə soxulmuşdur: halbuki o, Sovetlər İttifaqına heç bir ziyan və 
heç bir təhlükə yarada bilməzdi. 
Sovetlər  İttifaqı  rəhbərliyi  Finlandiya  ilə  müharibəni  çox  qısa  müddətdə 
qurtarmağı  planlaşdırmışdı.  Lakin  faşist  Almaniyasının  köməyi  ilə  Finlandiyada 
yaradılmış  “Mannerheym  xətti”  adlı  güclü  istehkam  xəttini  dağıtmaq  və  Fin 
ordusunun müqavimətini qırmaq Sovet Ordusu üçün çox çətin oldu və 1940-cı ilin 
qışında aparılan hərbi əməliyyatlar böyük itkilərlə nəticələndi. 
Azərbaycanlıların  II  dünya  müharibəsində  iştirakı  da  əsasən  1939-1940-cı 
ilin  qışında  Sovetlər  İttifaqının  Finlandiyaya  qarşı  başladığı  hərbi  əməliyyatlar 
dövründən  başlanmışdır.  Sovet-Finlandiya  müharibəsində  azərbaycanlılardan, 
sonralar  iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adı  almış  kapitan  Həzi  Aslanov, 
leytenant Məmməd Məhərrəmov (sonralar o da Sovet İttifaqı Qəhrəmanı oldu), baş 
serjant Əvəz Həşim oğlu Verdiyev, Semyon Levin və  yüzlərlə digər azərbaycanlı 
döyüşçülər  iştirak  etmişlər.  Zabit  Əbdülrəhman  Fətəlibəyli-Düdənginski  (Şərur 


25 
 
rayonunun  Düdəngi  kəndində  anadan  olmuşdur)  Finlandiya  ilə  müharibə 
döyüşlərində  iştirak  etmiş  və  “Qırmızı  ulduz”  ordeni  ilə  təltif  edilmişdi.  Həmin 
F.Düdənginski sonralar Böyük Vətən müharibəsində iştirak edərkən əsir düşmüş və 
müharibə  qurtardıqdan  sonra  Münhendə  işə  başlamış  Azadlıq  radiostansiyasının 
Azərbaycan şöbəsinə rəhbərlik etmişdir. 
Sovet  Ordusu  Xasan  (Həsən)  gölü  və  Xalxingöl  rayonlarında  Yaponiya 
ordu hissələrinə qarşı 1938-1939-cu illərdə döyüşlər aparmışdısa da,  Finlandiya ilə 
müharibə  onun  zəifliyini  göstərdi.  Müdafiə  naziri  Voroşilovun  vətəndaş 
müharibəsi  dərslərinə  əsaslanan  hərbi  doktrinası  və  süvari  ordunun  gələcək 
müharibələrdə də mühüm rolunu guya saxlayacağı haqqında fikirləri tank və digər 
texnika  ilə  silahlanmış  müasir  ordular  ilə  döyüşdə  qələbəni  təmin  edə  bilməzdi. 
Marşal  A.Vasilevski  sonralar,  1940-cı  ilin  hadisələrini  xatırlayaraq  Sovet-
Finlandiya  müharibəsi  haqqında  demişdir:  Finlandiya  ilə  müharibə  bizim  üçün 
böyük  rüsvayçılıq  oldu  və  həm  xaricdə,  həm  də  ölkə  daxilində  bizim  ordumuz 
haqqında xoşagəlməz təəssürat yaratdı. 
Sovet-Finlandiya    müharibəsi    qurtardıqdan      sonra  Voroşilovun  Müdafiə 
naziri vəzifəsindən azad edilməsi bu fikrin təsdiqi idi. Görünür İ.Stalin bu həqiqəti 
başa  düşərək  orduya  rəhbərlikdə  belə  sərt  addım  atmağa  məcbur  olmuşdu  (axı 
hamıya məlum idi ki, Stalin ilə marşal Voroşilovun şəxsi dostluğu möhkəm idi). 
1940-cı  ilin  yayında  Kiyev  xüsusi  hərbi  dairəsində  (komandiri  K.K.Jukov) 
tank hissələrinin iştirakı ilə keçirilən tədris xarakterli iri həcmli hərbi əməliyyatda 
hücum taktikası əsas götürülmüşdü və bu da yeni dövrün tələblərinə uyğun idi. 
Finlandiya ilə müharibə 105 gün davam etdi və Sovet ordusu 74 min nəfər 
canlı  qüvvəsini  itirdi,  17  min  nəfər  isə  itkin  düşən  oldu.  Yaralıların  və  şaxtadan 
don  vurmuşların  sayı  isə  200  min  nəfərə  yaxın  idi
8
.  1940-cı  ilin  12  martında 
Finlandiya  ilə  sülh  müqaviləsi  imzalandı  və  bu  müqaviləyə  əsasən  SSRİ-nin 
Koreliya körfəzi rayonundakı sərhəddi 150 km qədər şimala genişləndirildi. 
Finlandiya  ilə  müharibə  Sovet  Ordusunda  intizamın  zəifliyini  göstərdi  və 
1940-cı  ildə  SSRİ  Müdafiə  Naziri  vəzifəsinə  marşal  Semyon  Timoşenko  təyin 
edildi. 
Bu  sətrlərin  müəllifi  1939-cu  ilin  dekabrının  əvvəlində  orduda  xidmətə 
Moskva  hərbi  dairəsində  (51-ci  zenit  artilleriya  diviziyasının  176-cı  alayında) 
başlamışdır  və  Finlandiya  cəbhəsinə  göndərilmək  üçün  hazırlananlardan  idi.  Fin  
ordusunun diviziyalarının döyüşçüləri və snayperləri xizək üstündə ağ xalatda (qış   
mövsümünə  uyğun olaraq) çox iti hərəkət edirdilər. Buna uyğun olaraq SSRİ-nin 
Şimal  rayonlarında  xidmət  edən  bütün  Sovet  qoşun  hissələrində  xizək  üstündə 
                                                           
8
 Аргументы и факты, 1989, № 45, с. 48. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə