Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

31 
 
təyyarələri (15 təyyarə) Ezel  adasına  köçürüldü  və oradan  1760 km.  məsafəni qət 
edərək, Berlinə ilk bomba zərbəsini endirdilər. Sentyabrın  4-nə qədər belə daha 9 
uçuş  həyata  keçirilmişdi.  Berlinə  bu  uçuşların  iştirakçılarından  biri  də  Goranboy 
rayonunda dünyaya göz açmış həmyerlimiz Ağasəf Məmmədhüseyn oğlu Səmədov 
olmuşdur. Bu uçuşa  görə  o, “Qırmızı Bayraq”  Ordeni ilə  təltif edilmişdi.  1947-ci 
ildə  mayor  rütbəsində  orduda  xidmətdən  tərxis  edilmiş  A.Səmədov  hazırda  Bakı 
şəhərinin Yasamal rayonunda yaşayır. 
1941-42-ci  ilin  qışında  Moskva  ətrafında  döyüşlər  və  Alman  faşist 
ordusunun  bu  döyüşlərdə  darmadağın  edilməsi  II  dünya  müharibəsinin  ən  böyük 
döyüşlərindən idi və faşist ordusunun məğlubedilməzliyi haqqındakı əfsanələrə son 
qoydu. Bu döyüşlərdə düşmən qüvvələri Moskvadan 100-350 km qərbə qovuldular 
və Almaniya ordusunun 38 diviziyası məhv edildi. 
Moskva  uğrunda  döyüşlər  altı  aydan  artıq  bir  dövrü  (30.09.41-20.04.42) 
əhatə etdi. Bu döyüşlərin sonu Almaniyanın məğlub olacağına böyük inam yaratdı. 
Müharibənin yekunlarına həsr olunmuş Nyunberq Məhkəmə prosesində Almaniya 
feldmarşalı  Keytelə  verilmiş  suala  ki,  “Siz  nə  vaxt  anladınız  ki,  bu  müharibədə 
uduzmusunuz?”. O, qısaca olaraq belə cavab vermişdi: “Moskva”. 
Azərbaycanlı komandir və döyüşçülərdən Moskva uğrunda döyüşlərdə tank 
hissəsi  komandiri  Həzi  Aslanov,  polkovnik  Yaqub  Quliyev,  kapitan  Muxtar 
Süleymanov,  baş  leytenant  Museyib  Allahverdiyev,  leytenant-zenitçik 
Məmmədrəsul  Paşayev,  təyyarə  hissəsində  xidmət  edən  Pərviz  Tağızadə, 
pulemyotçu İdris Vəliyev, tibb bacısı Aliyə Rüstəmbəyova, snayper Ziba Qəniyeva 
və digərləri öz rəşadətli döyüşləri ilə xalqımızın adını şöhrətləndirdilər. 
Baş  serjant  İsrafil  Məhərrəm  oğlu  Məmmədov  1941-ci  ilin  3  dekabrında 
Moskvanın  şimalında  yerləşən  Novqorod  vilayətinin  Pustınka  kəndi  yaxınlığında 
20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saatlıq aramsız 
hücumlarını  dəf  edərək  mövqelərini  daha  da  möhkəmləndirdilər.  Bu  döyüşdə 
İ.Məmmədovun  özü  70-dən  çox  faşist  məhv  etdi.  Dekabrın  11-də  İsrafil 
Məmmədova  Sovet  İttifaqı  Qəhrəmanı  Fəxri  adı  verildi.  O,  Sovet  İttifaqı 
Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı idi. 
Bu  sətrlərin  müəllifi  də  Moskvanın  müdafiəsi  dövrü  hərbi  əməliyyatlarda 
iştirak  etmiş  və  Moskvanın  müdafiəsində  Azərbaycan  xalqının  böyük  köməyi  və 
hünəri  haqqında  1991-ci  ildə  bir  kitabça  nəşr  etdirmişdir
19
.  Həmin  yazıda 
Azərbaycanda  yaşayan  və  Moskva  uğrunda  döyüşlərdə  iştirak  etmiş  260  nəfər 
komandir  və  döyüşçünün  siyahısı  verilmişdir.  Bütövlükdə  isə  Azərbaycan 
                                                           
19
 İsrafil İsmayılov. Azərbaycan Moskva uğrunda  döyüşlərdə (rus dilində). Bakı, 1991, s.87 
 


32 
 
vətəndaşlarından Moskvanın müdafiəsinə görə  medalı ilə 1000 nəfərdən çox təltif 
edilmişdir. 
 
STALĠNQRADIN MÜDAFĠƏSĠNDƏ 
AZƏRBAYCANLI DÖYÜġÇÜLƏRĠN GENĠġ ĠġTĠRAKI 
 
1942-ci  ilin  yayında  Bakıdan  800  nəfər  könüllü  gənc  Stalinqradın 
müdafiəsinə  göndərilmişdi.  Stalinqrad  altında  Sovet  Ordusunun  əks  hücumu 
noyabrın  19-da  başlandı.  Volqa  sahilində  ağır  döyüşlər  keçirən  Stalinqradın 
müdafiəçilərinə bütün ölkə kömək edirdi. Podpolkovnik Həzi Aslanovun komandir 
olduğu  55-ci  tank  alayı  1942-ci  ilin  16  dekabrında  düşmənin  70  tankının  
hücumunu    dəf    etdi  və  6  gün  aramsız  davam  edən  döyüşdən  sonra  əks  hücuma 
keçdi.  Hərbi  təyyarəçilər  Nuru  Əliyev  və  kapitan  Züleyxa  Seyidməmmədova, 
pulemyotçu  Əbdül  Rəcəbov,  leytenant  Abdulla  Axundov,  snayper  Baloğlan 
Abbasov  və  digərləri  Stalinqrad  uğrunda  döyüşlərdə  fəal  iştirak  etmişlər. 
Azərbaycanlı  general  Yaqub  Quliyev  4-cü  atlı  korpusunun  komandirinin  müavini 
vəzifəsində  idi  və  1942-ci  ilin  20 dekabrında  Stalinqrad  ətrafında  keçirilən  böyük 
hücum  əməliyatı  zamanı  həlak  oldu  və  ölümündən  sonra  Lenin  ordeni  ilə  təltif 
edildi.  Hesablamalara  görə  Azərbaycan  vətəndaşlarından  1500  nəfərdən  çoxu 
“Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif edilmişlər
20

Almaniya  faşizminin  nəzəriyyəçilərindən  olan  Rozenberq  tərtib  etdiyi 
“Qafqazın  idarə  olunması”  planında  burada  5  böyük  idarə  yaradılmasını 
müəyyənləşdirmişdi:  Azərbaycan,  Gürcüstan,  Dağlıq  Qafqaz,  Kuban,  Terek. 
Hitlerin  tələbinə  görə  Almaniyanın  1-ci  tank  ordusu  1942-ci  ilin  25  sentyabrında 
Bakını zəbt etməli idi. 
Stalinqrad  döyüşlərinin  ağır  günlərində,  1942-ci  ilin  iyununda  faşist 
ordusunun  Qafqaz  üzərinə  hücumları  başlandı.  Belə  ki,  Almaniyanın  1-ci  tank 
ordusu,  4-cü  tank  ordusunun  bir  neçə  diviziyası,  iki  səhra  ordusu  (№11  və  №17) 
Sovet ordusunun müdafiə xəttini Şimali Qafqazda yararaq, hücumu davam etdirirdi 
və sentyabrın 24-də Zaqafqaziya Respublikalarında hərbi vəziyyət elan olunmuşdu. 
Sovet  ordusu  qəzeti  “Krasnaya  zvezda”  1942-ci  ilin  26  sentyabr  sayında 
yazmışdı: Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin 
və  bütün  dünyanın  nəzərləri  Şimali  Qafqaza  və  Stalinqrad  ətrafına  yönəlmişdir. 
Vətənin  taleyi,  milyonlarla  Sovet  adamının  azadlığı  və  həyatı  bu  döyüşlərdən 
asılıdır...  Buna  ancaq  1941-ci  ilin  payızında  Moskvanın  müdafiəsi  ilə  müqayisə 
etmək olar. 
                                                           
20
 Qaraş Mədətov, Azərbaycan Böyük Vətən müharibəsində, B.1975, s.165 (rus dilində). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə