Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   2   3   4   5   6   7   8   9   ...   48


 
sərkərdələrdən  G.K.Jukov  və  K.K.Rokossovski  daha  ədalətli  idilər  və  Bakı 
neftçilərinin qəhrəman əməyini yüksək qiymətləndirdilər.  
Azərbaycan  xalqı  içərisində  II  dünya  müharibəsi  illərində  marşal  rütbəli 
hərbçinin  olmaması  və  generallarımızın  nisbi  azlığının  səbəbləri  haqda  kitabın 
münasib bölmələrində konkret faktlarla deyiləcəkdir. 
Və  nəhayət,  Böyük  Vətən  müharibəsi    mövzusunun  tədqiq  edilməsində 
Sovet  İttifaqı  Qəhrəmanı  mərhum  akademik  Ziya  Bünyadov  ilə  yanaşı 
Azərbaycanın  Böyük  Vətən  Müharibəsi  dövrü  tarixi  üzərində  işləmiş  professorlar 
Qaraş  Mədətovun,  Məzahir  Abbasovun,  Rizvan  Zeynalovun,  Əhəd  Bağırzadənin 
və Zeynal Ələkbərovun, eləcə də Nəsir İmanquliyevin, Qəzənfər Mehdiyevin, Adil 
Quliyevin,  Mayıl  Alıcanovun,  Qurban  Orucovun  xidmətləri  qeyd  edilməlidir. 
Onların  əsərlərində  xalqımızın  göstərilən  müharibə  illərində  döyüş  və  əmək 
qəhrəmanlığı  konkret  faktlarla  şərh  edilmişdir  və  belə  əsərlər  ilkin  mənbə  kimi 
dəyərlidir.  
Bakı, may 1999  
 
 



 
HƏRBĠ-SƏRKƏRDƏLĠK TARĠXĠMĠZƏ ÖTƏRĠ NƏZƏR 
(giriş əvəzi) 
 
XX  əsrin  birinci  yarısında,  20  illik  fasilə  ilə  baş  vermiş  iki  dünya 
müharibəsi  bəşər  tarixində  viranediciliyi  ilə  yanaşı,  dünyanın  bütün  xalqlarının 
siyasi  həyatına  güclü  təsir  etmişdir.  II  dünya  müharibəsinin  başlanmasından 
əvvəlki 470 ilin yalnız iki ilində Şimali Azərbaycan müstəqil dövlət (1918-1920-ci 
illərdə)  kimi  yaşamışdır.  Bu  iki  ildə  xalqın  ilk  dəfə  Milli  orduya  xidmətə  geniş 
cəlbi ümummilli səviyyədə olmuş və yaradılmış ordu milli dövlətçilik mənafeyinə 
xidmət etmişdir. 
Bununla  belə  Azərbaycan  xalqının  vətəni  müdafiə  uğrunda  hərbi  şücaəti 
qədim  və  zəngin  tarixə  malikdir.    Məhəmməd  Cahan  Pəhləvan  və  Qızıl  Arslan, 
Cavanşir  və  Babək,  Uzun  Həsən  və  Şah  İsmayıl  Xətai  kimi  hərbi  sərkərdələr, 
Koroğlu  və  Qaçaq  Nəbi  kimi  xalq  qəhrəmanları  müstəqilliyimiz  uğrunda 
mübarizələrdə xalqa xidmət etmişlər. 
Şimali  Azərbaycanın  Çar  Rusiyası  tərkibində  olduğu  90  il  (1828-1917) 
ərzində  Rusiya  çarlığı  xalqımızı  hərbi  xidmətdən  məhrum  etmiş,  müsəlman-
azərbaycanlılar  orduda  xidmət  əvəzinə  cürbəcür  vergilər  ödəmişlər.  Yalnız  xalqın 
yüksək  zadəgan  və  ziyalı  zümrəsi  içərisindən  ayrı-ayrı  şəxslər  öz  övladlarını 
Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə 
müəyyən  miqdarda  azərbaycanlı  zabit  heyəti  yaranmışdır  və  onlar  döyüş 
cəbhələrində  yüksək  sərkərdəlik  nümunələri  göstərmişlər.  Vitse-admiral  rütbəsinə 
qədər  yüksəlmiş  İbrahim  bəy  Allahverdi  oğlu  Aslanbəyov  (1822-1900) 
Peterburqda  Hərbi  Dəniz  Korpusunu  bitirmiş,  Qara  və  Baltik  dənizlərində  hərbi 
gəmilərdə  komandir  olmuş,  1878-ci  ildə  kontr-admiral  rütbəsi  aldıqdan  sonra 
Rusiyanın  8-ci  Hərbi-Dəniz  Donanmasının  rəisi  təyin  edilmişdir.    Admiral  İ. 
Aslanbəyov  1879-1882-ci  illərdə  rəhbərlik  etdiyi  gəmi  heyəti  ilə  dövr-aləm 
səyahətində  olmuş,  Sakit  okeanda  iti  sürətlə  üzən  gəmilərin  hərbi  heyətinə 
komandanlıq etmiş və 1887-ci ildə vitse-admiral rütbəsinə yüksəlmişdir.  
Mayor  İskəndərbəy  Məmmədkərim  oğlu  Hacınski  (1809-1878)  1835-ci 
ildən  rus  ordusunda  qulluqda  olmuş,  Krım  müharibəsində  (1853-56)  iştirak 
etmişdir.  O,  Rusiyanın  3-cü  dərəcəli  Anna  və  2-ci  dərəcəli  Stanislav  ordenləri, 
İranın 2-ci dərəcəli “Şir-i Xurşid” ordeni ilə təltif edilmişdir.  
Rusiya-Yaponiya  müharibəsinin  gedişində  Yaponiya  donanması  Rusiyanın 
Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə  (mühasirə 5 aydan 
çox  davam  etmişdir)  bu  əməliyyatlarda  polkovnik  S.  Mehmandarov  və  kapitan 
Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov 
da  iştirak etmişdilər. Həmin  müharibədə  batalyon  komandiri vəzifəsində  döyüşən 
həmyerlimiz  Şaxtaxtinski  Əbülfət  Nəcəfqulu  oğlu  1912-ci  ildə  polkovnik 



 
rütbəsində  Rusiyanın  hərbi  nümayəndəsi  kimi  İsveçrə  ordusunun  manevrlərini 
müşahidə etmişdir.  
Azərbaycanlı  generallardan  Teymur  bəy  Novruzov,  Əmir  Kazım  Qacar, 
Əmənulla  xan  Qacar  (Şuşada  doğulmuşlar)  I  Dünya  müharibəsinin  iştirakçıları 
olmuşlar.  General  T.  Novruzov  dörd  dəfə  Müqəddəs  Georgi  ordeni  ilə  təltif 
edilmişdir.  
Azərbaycan  generallarının  fəaliyyəti  üzrə  araşdırmalarını  uğurla  davam 
etdirən  hərbi  jurnalist  və  yazıçı  Şəmistan  Nəzirli  1999-cu  ilin  may  ayında 
Azərbaycan  televiziyası  ilə  çıxışında  Tbilisi  arxivlərində  Azərbaycan  generalları 
haqqında xeyli yeni materiallar əldə etdiyini bildirmişdir. O, eyni zamanda bildirdi 
ki,  əslən  Tovuzdan  olan  Novruzovlar  nəslindən  3  general,  Qacarlar  nəslindən  7 
general, Yadigarovlar nəslindən 4 general yetişmişdir
1

Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri 
azərbaycanlı  general  Səməd  bəy  Mehmandarov  idi)  81  saylı  Abşeron  alayı, 
Dağıstan alayı (№ 82), Samur alayı (№ 83), Şirvan alayı (№ 84), eləcə də Şamaxı 
alayı  (№  205)  və  Səlyan  alayı  (№  206)  I  dünya  müharibəsi  dövründə  hərbi 
əməliyyatlarda qismən iştirak etmişlər.  
XIX  əsrdə  və  XX  əsrin  əvvəlində  Azərbaycan  xalqını  təmsil  edən  onlarla 
görkəmli hərbi sərkərdələr yetişmişdir. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər 
və  Vəkilovlar,  Qarabağda  Cavanşirlər,  Naxçıvanda  Kəngərlilər,  Gəncədə 
Cavadxanlar  və  digər  bölgələrdə  yaşayan  nəsillər  içərisindən  çıxmış  generallar 
Azərbaycan  xalqının  şan-şöhrətini  bütün  dünyaya  yaymışlar.  Döyüşdə  cəngavər 
olan xalqımızın gücündən Çar Rusiyası da özünə lazım olduqda bəhrələnmişdir.  
Hərbi jurnalist Şəmistan Nəzirli “Azərbaycan generalları” kitabında göstərir 
ki,  Zaqafqaziya  Rusiyaya  birləşdirildikdən  (1806-1810)  sonra,  1829-cu  ildə 
Azərbaycanda  beş  süvari  alayı  yaradılmışdı:  I  alay  -  Qarabağlılardan,  II  alay  - 
Şirvanlılardan  və  Şəkililərdən,  III  alay  –  Gəncə,  Qazax,  Şəmsəddin  və 
Borçalılardan,  IV  alay  –  İrəvan  azərbaycanlılarından,  V  alay  -  əsasən  Kəngərli 
nəslinin igidlərindən təşkil edilmişdi
2

I  dünya  müharibəsi  illərində  Rusiya  ordusu  tərkibində  250-dən  çox 
azərbaycanlı zabit döyüşmüşdür. Rus ordusunda xidmət edən Azərbaycanlı poruçik 
Fərrux ağa Qaibov 1916-cı ildə Vilno üzərində Almaniyaya məxsus 4 hərbi təyyarə 
ilə  təkbaşına  4  saat  ərzində  döyüşərək,  onlardan  3-nü  vurub  yandırmış  və  özü  də 
həlak olmuşdur.  
                                                           
1
 Azərbaycan  generalları  haqqında  daha  geniş  məlumat  üçün  bax:  Şəmistan  Nəzirli,  Azərbaycan 
generalları, Bakı 1991; İsrafil İsmayılov, Dünya Azərbaycanlıları XX əsrdə, Bakı, 1997, səh. 172-174. 
2
 Ş.Nəzirli, Azərbaycan generalları, Bakı. 1991. s.5-6 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə