117
topları taqımını, həm-çinin İhsan bəyin rəhbərliyi ilə Ağdaş könüllülər dəstəsini Göyçaya göndərməyi tələb
etdi.
397
Hissələr gəldikdə o, Göyçayın şimalında şəhərə girməyə cəhd edən erməni-bolşevik dəstəsi ilə döyüşə
bilavasitə rəhbərlik etdi. Göyçay üçün təhlükənin yaranması xəbərini alan Nuru paşa QİO-nun Ərkani hərb rəisi
Nazim bəyə könüllü azərbaycanlı hissələrini təşkil edərək Göyçayın müdafiəsinə göndərməsini tapşırdı.
Gəncədən 300 azərbaycanlı süvari ilə Yevlaxa gələn Nazim bəy bura Nuxa könullülərini gətirmiş Yusif bəyə
Qumlax-Padar istiqamətində hərəkət etmək əmrini verdi. Gəncədən gətirdiyi könüllüləri Ağdaşda toplanmış
yeni könüllü dəstəsi ilə birləşdirən
Nazim bəy süvariləri, sonra isə piyadaları faytonlarla Göyçaya yolladı.
398
Həqqi əfəndinin komandanlıq etdiyi könüllülər dəstəsi Ucardan Göyçaya gəldi. Göyçayın girəcəyində baş
vermiş döyüşdə Əmirovun dəstəsi demək olar ki, tamamilə dağıdıldı, 2 top və 2 pulemyot qənimət kimi ələ
keçirildi. Əmirovun uğur qazanacağına əmin olan sovet komandanlığı iyulun 1-də 6 zirehli avtomobilin
müşayiəti ilə yeni dəstəni Göyçay istiqamətinə göndərdi, lakin dəstə 25-ci türk taboru və Azərbaycan
könüllüləri tərəfindən Göyçayın 5-6 kilometrliyində dayandırıldı.
399
Korqanovun əsasən Moskvaya raportuna
məlumat göndərən S.Şaumyan yazırdı ki, zirehli avtomobillər “bəzi hissələri çətin vəziyyətdən xilas etdi,
habelə
arxadakı hissələrin geri çəkilməsini asanlaşdırdı".
400
Hücuma keçən 10-cu və 13-cü alaylar düşməni
Qaraməryəm kəndindən vurub çıxardılar, İncə, Ərəbmehdibəy, Padar kəndləri istiqamətində hücuma
keçdilər.
401
13-cü alay bölgədəki erməni və rus kəndlərinin tərksilah edilməsinə başladı.
402
Göyçay döyüşlərində həlak olan azərbaycanlı və türk döyüşçülərinin əksəriyyətinin qəbrləri dövrümüzə
qədər gəlib çatmamış (kəskin hərbi vəziyyət və olduqca isti havalar cəsədləri daşıyaraq bir yerə toplamağa
imkan vermirdi, bir çoxları elə həlak olduqları yerdə dəfn edilmişdilər), bəzi cəsədlər Göyçay şəhidliyində dəfn
olunublar. Şəhid Kadır Əfəndinin qəbri (Bığır kəndi yaxınlığındakı, təpədə) indi də əhali tərəfindən ziyarətgah
kimi tanınır. Maraqlıdır ki, bura ziyarətə gələn hər bir şəxs özü ilə qabda su gətirib qəbrin üstünə tökür. Bu
döyüşçülərin susuzluqdan əziyyət çəkmələri xalqın yaddaşında hələ də yaşayır. Bığır kəndindən şərqdə Türk
dağı adlanan yerdə şəhid qəbri, həmçinin Mollaisqalı kəndi yaxınlığında Mustafa Çavuşun qəbri, İsmayıllının
Hacı Hətəmli kəndində iki şəhid qəbri əhali tərəfindən sovetlər dövründə belə qorunmuşdur.
403
Göyçay ətrafındakı döyüşlər QİO-nun fəaliyyətində və təminatında böyük keyfiyyət dəyişikliklərinin baş
verdiyini göstərdi. Hərbi hissələr, düşmənin arxaya keçməsinə baxmayaraq, vahiməyə qapılmadan öz
mövqelərini qoruyur, onların qarşısını almaq üçün döyüşə göndərilmiş azsaylı dəstələr axıra qədər vuruşaraq
düşmənin hərəkətini yubadır, lazım gələndə azərbaycanlılar arasından kifayət qədər qüvvə toplanır və sürətlə
döyüş mövqelərinə göndərilir, döyüş təcrübəsi və yetərincə silah-sursatı olmayan həmvətənlərimiz rəşadətlə
düşmən üzərinə gedirdilər. Könüllülərin qəhrəmanlığı türk zabitlərinin raportlarında öz əksini tapmışdır.
Beləliklə, Qaraməryəm və Göyçay ətrafında baş vermiş döyüşlər düşmənin böyük itki verərək Ağsuya
tərəf sıxışdırılması ilə nəticələndi. Döyüş əməliyyatlarının gedişində təşəbbüs
bütünlüklə QİO komandanlığına keçdi. Sovet tarixşünaslığında QİO-nun uğurları
onların çoxsaylı olması ilə əsaslandırılsa da, əslində bolşevik-erməni qoşunları say
və texnika sarıdan üstün olmuşdular. Döyüşün planlaşdırılması, təşkili və idarə
edilməsində QİO komandanlığı biliklərini nümayiş etdirmiş, bilavasitə döyüşdə
olan komandirlər müdafiə və hücumun düzgün əlaqələndirilməsi, atəş
vasitələrindən səmərəli istifadə edilmə-sini, tabeçilikdə olan şəxsi heyətə şəxsi
nümunələri ilə döyüş aparmağı nümayiş etdirmişdilər. Heç bir çağırış vərəqələri
olmadan könüllü olaraq orduya yazılan, düşmənlə mübarizədə yekdillik nümayiş
etdirən
azərbaycanlılar üçün Müsüslü və Göyçay qələbələri özlərinə inamın
qayıtması, mart-aprel qırğınlarından sonra itirilmiĢ milli qürurun bərpası
demək idi. Ərzaq və su ilə qoşunları təmin edən əhali, döyüşçüləri və sursatı az
qala cəbhə xəttinə çatdıran arabaçı və faytonçular, kiçik sursatla düşmənin topları,
pulemyotları və zirehli qatarları üzərinə atılan zabit və əsgərlər, Azərbaycan torpağı uğrunda öz vətənləri
uğrunda vuruşduqları kimi vuruşan türk döyüşçülərinin əksəriyyətinin adları naməlum qalsa da məhz onların
əzmkarlığı sayəsində qələbə qazanılmışdı.
397
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.91.
398
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyu uğrunda, s.304-305.
399
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s. 306.
400
Большевики в борьбе за победу, с.536-537.
401
Süleymanov M.S. Azərbaycan Ordusu, s.100.
402
Yuceer N. Birinci Dünya savaşında, s.87.
403
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.100-102.
119
7.5.Salyan döyüĢü (28 iyun-2 iyul 1918-ci il)
Əməliyyatların başlanğıcından cəbhənin cənub-şərq istiqaməti for-malaşmışdı. Cavad bölgəsinə nəzarət
etmək Azərbaycanın cənub rayonları ilə əlaqə, Muğanın taxıl ehtiyatlarını ələ keçirmək imkanı, Kür çayının
gəmilər üçün yararlı hissəsinə nəzarət demək idi. Yuxarıda sadalananlar bölgənin coğrafi mövqeyi ilə izah
olunurdu. Eyni zamanda hadisələrin gedişində hərbi-siyasi amillər də meydana çıxmışdı. Hələ XIX əsrin
əvvəllərindən Azərbaycana köçürülən ruslar əsasən Kür çayı boyunca yerləşdirilirdi. XX əsrin əvvəllərində
burada çoxsaylı əhali yaşayırdı. Bölgənin strateji mövqeyi və taxıl ehtiyatlarını nəzərə alaraq bolşeviklər burada
təbliğat kampaniyaları aparmışdı. Lakin əsasən varlı kəndlilərdən (qolçomaqlardan) ibarət olan regionun əhalisi
bolşeviklərin şüarlarına uymayaraq siyasi hadisələrdən kənarda qalmışdır. Bolşeviklər buranı nəzarət altına
almaq üçün istər quru yolla, istərsə də dəniz vasitəsi ilə Lənkəran və Astaraya dəstələr göndərmiş, lakin
müqavimətlə üzləşmişdilər: rus kəndliləri çoxlu sayda silah-sursat almış, çar zabitlərinin rəhbərliyi altında
müdafiə dəstələri təşkil et-mişdilər. 5-6 minlik canlı qüvvə, pulemyotlar, toplar, hərbiləşdirilmiş qayıqlara malik
olan Muğanın rusdilli əhalisi ciddi qüvvə idi.
Çar ordusunun polkovniki İlyaşeviçin rəhbərliyi ilə Azərbaycanı "vahid, bölünməz Rusiya"nın tərkibində
görmək istəyənlər milli azərbaycan qüvvələrinə müxalif mövqe tutmağa başladılar. Siyasi dünyagörüşləri onlara
hələ ki bolşeviklərlə bərabər çıxış etməyə imkan vermir və neytrallıq saxlamağı tələb edirdi, lakin siyasi
vəziyyətin azacıq dəyişməsi onların hadisələrə müdaxilə edəcəyi ehtimalını artırırdı.
404
Əgər QİO Cavad
bölgəsinə nəzarəti ələ keçirə bilsəydi, Muğan qüvvələrini bolşevik-erməni qüvvələrindən birdəfəlik ayıra
bilərdi.
İyunun ortalarında Bakıda aclıq artıq özünü göstərirdi. Həştərxan
və Lənkərandan bolşeviklərin göndərdikləri ərzaq Qırmızı Ordunu təmin
etməyə çatsa da əhali üçün kifayət etmirdi. Muğanın taxıl ehtiyatlarını ələ
keçirmək qərarı verildi. Eyni zamanda Kürə nəzarət etmək üçün Bankə
qəsəbəsindən çaya hərbiləşdirilmiş gəmilər yeritmək və Yevlax
körpüsünədək irəliləmək planı hazırlandı.
2 hərbi və 4 nəqliyyat gəmisı ilə Bakıdan çıxan Qırmızı Ordunun
hərbi dəstəsi iyunun 26-da Bankə qəsəbəsindən keçib Kür çayı ilə
qalxmağa başladı. N.Yüceer qeyd edir ki, dəstədə 2 mindən çox piyada
(onlardan 200-ü rus, 300-ü iranlı, qalanları isə erməni idi) menşeviklər
tərəfindən idarə olunurdu.
405
Dəstə 6 top və 12 pulemyotla silahlanmış,
bundan başqa hərbi gəmilərin hər birində 2 top və 2 pulemyot var idi.
Sahilə çıxan dəstə Uzunbabalı, Qaralı, Beşlər kəndlərinə hücum etdi. Salyanda da ermənilər vəhşiliklər törədir,
Azərbaycan əhalisinə divan tuturdular.
406
Dəstə Qarabucaq kəndinə çataraq burada gecələdi, sonra dəstənin bir
hissəsi çayı keçdi.
407
Buradan başlayaraq Kürün hər iki sahili boyunca irəliləyən dəstə gəmilərin müşayiəti ilə
hərəkətini davam etdirirdi. Surra kəndinə 2 verst qalmış dəstə Suqovuşanı nəzarətdə saxlayan minbaşı
N.Ramazanovun dəstəsinin postları tərəfindən atəşə tutuldu. Keçmiş çar ordusunun mayoru Nazim Rama-
zanov minbaşı rütbəsi ilə QİO-ya qəbul edilərək könüllü dəstələrin
başında Qaraməryəm döyüşündə iştirak etmiş, daha sonra Azərbaycan
könüllüləri, 1 türk piyada bölüyü, 1 türk pulemyot taqımı (hər ikisi 10-cu
Qafqaz piyada alayından), 2 rus topu və 140 azərbaycanlı süvaridən
ibarət
dəstə ilə Cavada göndərilmişdi. Müdafiə üçün əlverişli mövqelər seçmiş
azərbaycanlı döyüşçülər 2 saat ərzində Qırmızı Ordunun irəliləməsinin
qarşısını aldılar. Yerli əhalidən ibarət könüllü dəstə N.Ramazanova
qoşulmuşdu, lakin о qüvvələrinin əsl sayını düşməndən məharətlə
gizlədərək, 60-70 nəfərlik dəstələrlə atəş açır və mövqelərini tez-tez dəyişirdi. İyunun 27-də düşmən Surra
kəndinə çatmağa müvəffəq olmadı.
408
Vəziyyət barəsində Göyçaya xəbər verən N.Ramazanov əlavə qüvvələr
göndərilməsini istəmişdi.
İyunun 28-də səhər saat 4-də Bakı Sovetinin piyada qoşunu və gəmiləri azərbaycanlı dəstələrə həm
qurudan, həm də gəmilərdən atəş açdılar. Atışma nəticəsinə düşmən itki verirdi, hətta top atəşi nəticəsində
404
Hadisələrin təsvirini qabaqlayaraq qeyd edək ki, bolşeviklər polkovnik Biçeraxovu xidmətə götürəndə Muğan qüvvələri Biçeraxovu dəstəkləyəcəklərini
bildirmiş, ingilislərin Azərbaycana gəlişi reallaşanda general Denstervillə əlaqə saxlayıb onun tərəfində çıxış edəcəklərinə söz vermişdilər. Lakin Kür çayı
boyunca müvqe tutan Azərbaycan-türk qüvvələri və Bakının tezliklə azad edilməsi onların planlarını pozdu. 1919-cu ildə Azərbaycana qarşı açıq
itaətsizlik qiyam həddinə çatanda Azərbaycan Ordusu Muğanın qanunsuz silahlı birləşmələrinə son qoydu.
405
Yuceer N. Birinci Dünya savaşında, s.88.
406
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.104.
407
Yuceer N. Birinci Dünya savaşında, s.88; Большевики в борьбе за победу,с.534.
408
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.212.