Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə71/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   67   68   69   70   71   72   73   74   ...   90

131 
 
heç  kimin  yaşamamasını  və  su  ehtiyatlarının  olmamasını  vurğulayan  Mürsəl  paşa  ərzaq  və  su  təminatında, 
döyüş sursatının çatdırılmasında problemlər olmasını bildirmişdi. Erməni- rus kəndləri ətrafında taxıl ehtiyatları 
vardı (bolşevik-erməni qoşunları onlara toxunmur, yalnız müsəlman kəndlərini məhv edirdilər), lakin bu taxılı 
üyütmək  xeyli  vaxt  və  əlavə  səylər  tələb  edirdi.  Əsas  anbarların  Kürdəmirdə  yerləşməsini,  bu  anbarların 
döyüşən hissələrə yaxın olan, Şamaxıya köçürülməsi üçün vaxt və nəqliyyat tələb olunmasını bildirən Mürsəl 
bəyin  göstərdiyi  səbəblərlə  razılaşan  Nuru  paşa  iyulun  26-dək  təminat-təchizat  məsələləri  ilə  məşğul  olmağa 
icazə verdi.
479
 
 
 
7.8.Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il) 
 
Əvvəlki  döyüşlərdə  güclü  zərbələr  almış  bolşevik-erməni  qoşunları  törətdikləri  əməllərə  görə  cavab 
verməli  olacaqlarını  dərk  edərək  geri  çəkilirdilər.
480
  Sovet  Rusiyasından  göndərilən  silah  və  sursatın  həcmi 
artmışdı.  İyulun  19-da  Q.Petrovun  dəstəsi  Rusiyadan  Bakıya  gəldi  və  dərhal  cəbhəyə  göndərildi.
481
  Q.Petrov 
Bakı  rayonunun  hərbi  komissarı  təyin  edildi.  Q.Petrovun  dəstəsi  Sovet  hakimiyyətinə  sadiq  olan  kazaklar  və 
matroslardan  təşkil  edilmişdi  və  cəbhədə  sabitliyin  yaradılmasında  əsas  rol  oynamalı  idi.
482
  İyulun  22-də 
Biçeraxov  komandanlıqdan  imtina  etdi,  vuruşan  qoşunların  komandanı  erməni  Avetisov  təyin  edildi.
483
 
Biçeraxov  cəbhədə  qalaraq  Bakının  müdafiəsində  iştirak  edəcəyini  bildirdi.  Müxtəlif  vasitələrlə  ordunu 
döyüşkən  vəziyyətə  gətirməyə  çalışan  bolşeviklər  iyulun  24  -də  fəhlələrə  və  qırmızı  qvardiyaçılara  müraciət 
edərək  onları  "vəhşi  Türkiyəyə",  "nifrətamiz  türk  zülmünə"  qarşı  vuruşmağa  çağırdılar.
484
  Həmin  gün 
Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə 
içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov 
və  Əmirovun  cəbhəni  tərk  etmək  istəmələrindən  gileylənirdi.
485
  Bakı  bolşevikləri  ilə  birgə  olan  qüvvələr  də 
törədilmiş  cinayətlərə  görə  cavab  verəcəklərini  dərk  edərək  onlardan  aralanmağa  başladılar.  General 
Denstervilin  yazıları  göstərir  ki,  eserlər  və  daşnaklar  Ənzəlidə  ingilis  komandanlığı  ilə  görüşə  öz 
nümayəndələrini  göndərir,  bolşevikləri  devirib  hakimiyyətə  gələcək  yeni  hökumətlə  türk-Azərbaycan  qoşun-
larına  qarşı  vuruşmağı  təklif  edirlər.
486
  İyulun  25-də  Fəhlə,  Qırmızı  əsgər,  Matros  və  Kəndli  deputatları  Bakı 
Sovetinin fövqəladə iclasında sağ eserlər, daşnaklar və menşeviklərin Bakıya ingilis qoşunlarının dəvət edilməsi 
barədə təklifini qəbul etdilər.
487
 Sovet Rusiyası iyulun 25-də Almaniyaya nota verərək Qafqaz İslam Ordusunun 
hücumunun  qarşısını  almağı  tələb  etdi.  Ağır  vəziyyətdə  olan  Sovet  Rusiyası  Bakıya  qüvvə  göndərmək 
iqtidarında  deyildi.  Hakimiyyəti  vermək  istəməyən  S.Şaumyan  iyulun  26-da  V.Leninə  teleqram  vuraraq 
ingilislərin gəlişinə qədər Bakıya nizami qqşunların göndərilməsini xahiş etdi. Həmin gün keçirilən Bakı Soveti 
İcraiyyə  Komitəsinin  iclasında  polkovnik  L.Biçeraxovun  dəstəsinin  cəbhəyə  göndərilməsi,  şəhərdə  hərbi 
vəziyyətin tətbiq edilməsi, bolşeviklərin öz vəzifələrini icra etməsi, cəbhəyə əlavə qüvvələr göndərilməsi qərarı 
qəbul  edildi.
488
  Bolşeviklər  ehtiyat  edirdilər  ki,  ingilislərin  tərəfdaşları  Bakıda  çevrilişə  cəhd  edəcək  və  real 
qüvvə kimi zərbəni Biçeraxov endirəcək. Nəticədə məğlubiyyətin Biçeraxovun ucbatından baş verməsi barədə 
şaiyələr yayılmağa başladı. Şaiyələrin birinə əsasən Biçeraxov guya  Bakıya  gələrək burada saxlanılan 1000-ə 
yaxın  alman  əsirini  azad  edib  silahlandıracaq,  sonra  isə  onların  köməyi  ilə  bolşevik  və  erməniləri  şəhərdən 
qovacaq.
489 
Bütün bu şayiələr Biçeraxovu vaxtilə dəstəkləyənlərin gözündən salınmağa, və siyasi bir fiqur kimi 
aradan götürməyə yönəldilmişdi. 
Bakıdan  QİO  tərəfə  qaçmağa  nail  olan  azərbaycanlıların  və  kəşfiyyatın  məlumatlarına  əsaslanan  Nuru 
paşa iyulun  24-də  Mürsəl bəyə  teleqram  göndərərək  əməliyyatm  iyulun  26-na  planlaşdırılmasını tələb  etdi.
490
 
Körpü və yolların dağıdılması Cənub qrupunun, ərzaq və su çatışmazlığı, 
döyüş 
sursatının 
Kürdəmirdəki 
anbarlardan 
Şimal 
qrupuna 
çatdırılmaması isə bu qrupun irəliləməsinə imkan  vermirdi. Mürsəl bəy 
bunları Nuru paşaya bildirdi. Bununla belə, irimiqyaslı hücum əməliyyatı 
keçirmək imkanı olmasa da, tədricən qoşunlar irəliləməyə başladı. İyulun 
                                                           
479
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.327. 
480
Большевики в борьбе за победу, с.582. 
481
Yenə orada, s.569,573,582.
 
482
Yenə orada, s.566.
 
483
Yenə orada, s.579.
 
484
Большевики в борьбе за победу, с.569. 
485
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246. 
486
Денстервиль, s.159. Bakıdan göndərilən emissarlara işarə edən Denstervil bu günlər barəsində yazırdı: «mənim hər gün Bakı ilə əlaqəm var idi.» 
487
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246. 
488
Большевики в борьбе за победу, с.300. 
489
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94.  
490
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249. 


132 
 
26-da Cənub qrupu irəliləyərək 3 kəndi və Qarasu stansiyasını  azad etdi.  İyulun 27-də  qrupun qərargahı bura 
köçürüldü.  Qrup həmçinin  Kür  çayı  boyunca  mövqe  tutmuş  Əhməd  Həmdi  bəyin  qüvvələri ilə  əlaqə  yaratdı. 
Cənub  qrupu  və  Əhməd  Həmdi  bəyin  dəstələri  üzbəüz  irəliləməyə  başladıqda  gözlənilmədən  Hacıqabulda 
cəmləşmiş  sovet  qoşunları  mühasirə  təhlükəsi  ilə  üzləşdi.  Hücumun  qarşısını  almaq  üçün  kifayət  qədər 
qüvvələri  olmayan  sovet  komandanlığı  bundan  ehtiyat  edərək  Hacıqabulu  tərk  etməyi  əmr  etdi.
491
  V.İ.Leninə 
göndərdiyi  teleqramda  S.Şaumyan  göstərirdi  ki,  Q.Korqanov  məcburiyyət  qarşısında  Hacıqabulu  tərk  etmək 
əmrini  verdi,  çünki  Kür  çayı  istiqamətindən  irəliləyən  süvarilər  az  qala  sovetləri  mühasirəyə  salacaqdırlar. 
Məktubda  qeyd  edilirdi  ki,  infrastruktur  dağıdılıb,  yollar  və  körpülər  partladılıb.
492
  İrəliləyən  Cənub  qrupu 
Müsüslüdən Bakıya qədər 22 körpünün partladılmasını qeyd etmişdi.
493
 Hacıqabulun özündə stansiya tikililəri, 
neft, benzin, ağ neft çənləri partladılmış və ətraf ərazi viran qoyulmuşdu. 
Cənub qrupu qarşısında olan düşmən Pirsaat stansiyası ətrafında, Şimal qrupu qarşısında olan düşmən isə 
Cəngi  ətrafında  mövqe  tutmuşdu.  Cənub  qrupunun  irəliləməsi  üçün  ona  istehkam  bölüyü  verildi  və  bölük 
körpüləri  yararlı  vəziyyətə  gətirməyə  başladı.  Əks  tərəfdə  düşmən  qüvvələrinin  çox  olması  nəzərə  alınaraq 
Cənub  qrupundan  bir  tabor  (38-ci  alayın  2-ci  taboru)  və  Gəncədə 
yerləşən  bir  tabor  (38-ci  alayın  3-cü  taboru)  Şimal  qrupuna  tabe  edildi. 
İyulun  28-də  verilmiş  əmrə  əsasən  Cənub  qrupu  yayındırıcı  döyüşlər 
apararkən  Şimal  qrupu  hücuma  keçməli  və  düşmənin  Cəngi  ətrafındakı 
mövqelərini tutmalı idi.
494
 
Nuru  paşanın  raportuna  görə,  iyulun  27-də  Azərbaycanın  qərb 
sərhədlərindən  həyəcanlı  xəbərlər  gəldi.  Azərbaycana  müdaxilə  etmək 
üçün  imkan  axtaran  Almaniya  hökuməti  hərbi  yola  əl  atmaq  fikrinə 
düşmüşdü.  Onun  təhriki  ilə  Gürcüstan  qoşunlarının  bir  neçə  dəstəsi 
Azərbaycanın  Qazax  bölgəsində  Sınıq  körpü  adlanan  sərhəd  məntəqəsinə  hücum  etdi.  Orada  gürcü  və  alman 
bayraqları  qaldırdılar.  Türk  zabitlərinin  rəhbərliyi  ilə  Azərbaycan  könüllülərindən  ibarət  dəs-tələr  əks-zərbə 
endirərək  gürcü  dəstələrini  qovdular.  Döyüş  nəticəsində  gürcü  tərəfdən  26  nəfər  həlak  oldu,  20  nəfər  əsir 
götürüldü,  2  pulemyot  ələ  keçirildi.  Zaqatala  və  Şəki  istiqamətində  də  sərhəddi  pozmaq  cəhdlərinin  qarşısı 
qətiyyətlə alındı.
495
 
İyulun  28-də  gecə  saat  3-də  başlayan  hücum  bolşevik  -  erməni  qoşunları  üçün  gözlənilməz  oldu.  Saat 
11:30-da güclə özünə gələn sovet komandanlığı Şimal qrupunun hücumunun önündə gedən 2-ci mürəttəb süvari 
alayına  qarşı  150  süvari,  2  top,  1  zirehli  avtomobil,  sonra  isə  200 
piyada  və  50  süvari  atdı; lakin  süvari  alayı  10-cu  Qafqaz  piyada  alayı 
ilə  birgə  düşməni  əzdi  və  Cəngi  ətrafındakı  mövqeləri  tutdu.  Cənub 
qrupu  yayındırıcı  hücum  təşkil  etməsinə  baxmayaraq  irəliləməyə  və 
Pirsaat  stansiyasının  qərb  tərəfinə  çıxmağa  nail  oldu.  Axşam  düşəndə 
qrupların  hərəkəti  dayandırıldı.  Cəngi  uğrunda  döyüşdə  düşmənin  2 
topu və 1 zirehli avtomobili ələ keçirildi.
496
 
İyulun 28-də Bakı Soveti İcraiyyə Komitəsi bəyannamə yayaraq 
hakimiyyəti  ələ  keçirmək  istəyənlərin  qarşısının  alınması  üçün,  əsas 
diqqəti  QİO-ya  qarşı  yönəltməyin  vacibliyini  bildirirdi.
497
  Bolşevik 
aviasiyası daim kəşfiyyat uçuşları keçirir, QİO hərbi hissələrinin yerdəyişmələrini müəyyən etməyə çalışırdı. 
İyulun  29-da  türk-Azərbaycan  hissələrinin  hücumu  davam  etdirildi.  Qruplar  qarşılarında  dayanan 
qüvvələri  məğlub  edərək  geri  çəkilməyə  məcbur  etdi.  Cəngi  və  Pirsaat  stansiyası  azad  edildi.  Həmin  gün 
Almaniya  nümayəndələri  QİO-nun  hücumunun  qarşısının  alınması  məqsədi  ilə  Osmanlı  dövlətinə  təzyiqi 
artıracaqları haqqında Sovet Rusiyasına vəd verdilər. 
İyulun  30-da  hücumu  davam  etdirən  qruplar  Bakıya  doğru  hərəkət  edirdilər.  Şimal  qrupu  Atbatandan 
cənuba doğru hücuma keçdi. Onun qarşısında bir piyada taboru, 200 süvari, 2 top və 3 zirehli avtomobili olan 
düşmən dayanmışdı. Buna baxmayaraq saat 12:30-da düşmənin cəbhəsi yarılmış və  o, Xırdalan istiqamətində 
geriyə  çəkilməyə  başlamışdı.  Bakının  sovetlər  tərəfindən  yaradılan  birinci  müdafiə  xətti  məhz  Xırdalandan 
keçirdi.  Düşmən  Qobu  ətrafında  əvvəlcədən  qazdığı  səngərlərdə  də  möhkəmlənə  bilmədi  və  geri  çəkildi.
498
 
Başıpozuq bir bölüyün Sumqayıt tərəfə qaçdığı nəzərə alınaraq onu məhv etmək üçün dəstə ayrıldı. Dəstənin 
                                                           
491
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249. 
492
Большевики в борьбе за победу, с.610. 
493
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114. 
494
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250. 
495
Budak M. Nuru paşanın raportu, s.460.
 
496
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.334.
 
497
Большевики в борьбе за победу, с.608. 
498
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə