Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə73/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   69   70   71   72   73   74   75   76   ...   90

135 
 
istiqaməti  kimi  Qurd  qapısı  və  Qurd  qapısı  ilə  dəniz  arasında  olan  ərazi  nəzərdə  tutulmuşdu.  Halbuki  məhz 
burada  güclü  müdafiə  xəttləri  yaradılmışdı.  Məhz  burada  relyef  müdafiə  olunan  tərəfin  işini  asanlaşdırırdı. 
Əməliyyata  xüsusi  artilleriya  dəstəyi  nəzərdə  tutulmamışdı,  yəni  əvvəlki  kimi  toplar  hərbi  hissələr  arasında 
bölüşdürülmüşdü.  Yalnız  Heybət-Biləcəri  dəmir  yolunun  şərqində  təpələrdə  düşmənin  3  səhra  topunun 
mövqeləri müəyyənləşdirilmiş və əməliyyat başladıqda bu batareyanı məhv etmək üçün qüdrətli top batareyası 
ayrılmışdı. Bununla belə top mərmiləri ehtiyatı olduqca az idi. Misal üçün, 38-ci alay avqustun 4-də cəmi 4 top 
mərmisinə malik idi və təbii ki, belə mərmi ehtiyatı ilə döyüşmək olmazdı.
515
 
Sentrokaspi komandanlığının məqsədi ingilislərin şəhərə gəlişinə qədər mövqeləri qoruyub saxlamaq və 
vaxt qazanmaq idi. 
İyulun  31-də  Şərq  Ordular  qrupunun  komandanı  Xəlil  paşa  Batumdan  Tiflisə 
gəldi ki, qoşunların təminatında mövcud olan problemləri şəxsən öyrənsin və onların 
həll olunmasına çalışsın.
516
 
Avqustun  1-də  səhər  tezdən  döyüş  başladı  və  qoşunlar  əmrdə  göstərilmiş 
hüdudlardan  irəliləməyə  başladılar.  Тор  atəşi  ilə  Heybət-Biləcəri  dəmir  yolunun 
şərqində  təpələrdə  düşmənin  3  səhra  topu  susduruldu.  13-cü  alay  şiddətli  döyüşdən 
sonra  saat  14:30-da  dənizə  yaxın  olan  763  №-li  hündürlüyü  tutdu.  Onu  geri  almaq 
üçün  düşmən  iri  qüvvələrlə  əkshücuma  atılır,  lakin  hər  dəfə  geri  oturdulurdu.  13-cü 
alayın sol cinahı ilə irəliləyən 10-cu alay Qurd qapısı istiqamətində vuruşurdu. Onun 
29-cu  taboru  Sallaxana  və  Qışla  ətrafındakı  yüksəkliklərə  qalxdı  və  şəhərin  2  km-də 
mövqe tutdu.
517
 Hacıhəsən kəndini tutan 60-cı tabor dəmir yolunu kəsdi.
518
 Düşmənin 
zirehli  qatarı  döyüşən  hissələri  atəşlə  dəstəkləmək  imkanını  itirdi.  Hərbi  gəmilərin 
atəşi,  üç  təyyarənin  uçuşları  ilə  dəstəklənməsinə  baxmayaraq  Sentrokaspi  ordusu 
itirdiyi  mövqeləri  geri  qaytara  bilmədi.
519
  Günün  2-ci  yarısına  türk-Azərbaycan 
qüvvələrinin  top  mərmiləri  ehtiyatı  tükəndi,  bu  isə  irəliləməni  çətinləşdirdi.  Bolşeviklərin  hissələri  şəhərin 
itirilməsinin qarşısını almaq üçün Sentrokaspi qüvvələrinə kömək etdilər.  Petrovun  dəstəsinin  iki  batareyası  
Bibiheybət  istiqamətində  13-cü  alayın  mövqelərini,  sonra    isə    Qurd    qapısı    ətrafında      10-cu    alayın 
mövqelərini  atəşə  tutdu.  Mərmi  ehtiyatının  böyük  olması  düşmənə  aramsız  atəş  açmağa  və  bununla  da  türk-
Azərbaycan  hissələrinin  irəliləməsinin  qarşısını  almağa  imkan  verdi.  Hücumu  gücləndirmək  üçün  Cənub 
qrupunun  qoşunları  zərbə  endirməliydi,  lakin  onlar  Ələt  stansiyasını  ələ  keçirsələr  də  ləng  irəliləyirdilər. 
H.Səlimov  içməli  suyun  gətirilməməsini  bildirir,  bəzi  döyüşçülərin  susuzluqdan  huşunu  itirməsindən  xəbər 
verirdi.  Səlimov  belə  şəraitdə      Heybət  stansiyası  istiqamətində    irəliləməyin    mümkünsüz    olduğunu 
vurğulayırdı. Qrupun nisbətən yaxşı vəziyyətdə olan hissəsinin Ələt-Bakı dəmir yolu  və  ona  paralel şose
  
yolu 
boyunca  irəliləməsi  Sentrokaspi  hərbi  gəmilərinin  həmin  istiqaməti  atəş      altında        saxladığından  mümkün 
deyildi. Texniki suyun olmaması səbəbindən  Cənub qrupunun  əsas zərbə qüvvəsi olan və döyüş gəmiləri ilə 
atəş  dueli  aparmağa  qadir  olan  Azərbaycan  zirehli  qatarının        lokomotivi  işləmədi.
520
  Səlimovun  göstərdiyi 
səbəblər  Nuru  paşaya  çatdırıldıqda  o,  hərəkatın  belə  şəraitdə  mümkünsüz  olması  ilə  razılaşmış,  Hacıqabul 
Nəvai-Muğanlı-Ötəmki  qışlağı-Çarbulaq-Güzdək  məntəqələrindən  keçən  yolun  öyrənilməsini  tapşırmışdı. 
Axşama yaxın döyüş dayandırılanda qoşunlar aşağıdakı mövqelərdə idi: Cənub qrupu Ələtdə möhkəmləndi, 10-
cu və 13-cü alaylar Qurd qapısı ilə Hacıhəsən kəndi arasındakı sahədə yerləşdilər. 60-cı piyada taboru Xırdalan 
yaxınlığında,  38-ci  alayın  1-ci  taboru,  mürəttəb  süvari  alayı,  1  səhra  topları  taqımı  Sumqayıt  stansiyasında, 
ehtiyat qüvvələr olan 38-ci alayın 2-ci taboru və Ləzgi süvari alayı Güzdəkdə idi. Avqustun 1-də axşam Mürsəl 
bəy  Nuru  paşaya  hadisələr  barəsində  raport  göndərdi.  Nuru  paşa  növbəti  hücumu  güclü  top  atəşindən  sonra 
başlamağı (halbuki mərmi ehtiyatı çox azdı), şəhərə daxil olduqda soyğunçuluğa yol verməməyi, dənizdən ola 
biləcək hücumların qarşısını almağı məsləhət gördü.
521 
Avqustun  2-də  gecə  başlayan  döyüş  hücumun  davamı  oldu.  60-cı  tabor  irəliləyərək  düşmənin  diqqətini 
özünə cəlb etmək əmrini aldı. Cənub qrupu mütləq Heybət stansiyasını tutmalı idi. Mühasirə halqası daraldıqca 
düşmənin müqaviməti artırdı. Qərb və cənub-qərb istiqamətlərinə əlavə qüvvələr gətirən Sentrokaspi qüvvələri 
əkshücum  cəhdləri  də  edirdilər.  13-cü  alay,  həmçinin  29-cu  və  60-cı  taborlar  düşmənin  əkshücumlarını  dəf 
etdilər.  Bu  zaman  Xırdalan-Biləcəri  isti-qamətində  Sentrokaspi  zirehli 
qatarı ilə türk-Azərbaycan topçuları arasında "duel" baş verdi, zirehli qatar 
geri  çəkilməyə  məcbur  oldu.  788  №-li  Qurd  qapısı  təpəsi  istiqamətində 
                                                           
515
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.194. 
516
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 147. 
517
Süleymanov M.S. Аzərbaycan Ordusu, s. 117. 
518
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 336. 
519
Yuceer N. Birinci Dünya savaşında, s. 101-102

520
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267. 
521
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.143. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə