Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə70/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   66   67   68   69   70   71   72   73   ...   90

130 
 
su  və  ərzağı  çatdırır,  yaralıları  daşıyır  və  sonra  hücumu  davam  etdirirdi.  Belə  hərəkət  ləng  olsa  da,  düşmənə 
əkshücum təşkil etmək, qəfil zərbələr vurmaq üçün ümid belə vermirdi. Döyüş Mədrəsə istiqamətində davam 
etməli  idi.
469
  Cənub  qrupu  əvvəlki  kimi  qarşısında  dayanan  düşməni  narahat  etməli,  şimala  qoşun 
göndərilməsinə  imkan  verməməli  idi.
470
  İyulun  21-də  başlayan  hücum  Mədrəsə  kəndinin  tutulması  ilə 
nəticələndi.  Türk-azərbaycanlı  qoşunlarının  "vəhşilikləri"  haqqında  bolşevik-ermənilərin  şayiələrinə  inanmış, 
Şamaxı  qırğınlarında  iştirak  edən  Mədrəsənin  xristian  əhalisi  kəndi  sovet  qoşunları  ilə  birgə  tərk  etdi. 
Mədrəsənin  alınması  Şamaxı  da  daxil  olmaqla  böyük  ərazinin  nəzarət  altına  alınması  demək  idi.
471
  Mərəzə 
kəndi yaxınlığında 28-ci taborun komandiri yüzbaşı İzzət bəy həlak oldu.
472
 3-cü sovet briqadasının komissarı 
A.Mikoyan  hesab edirdi  ki,  türk-Azərbaycan  qoşunlarına  qarşı  müqavimət  təşkil  etməli  olan  Amazasp  geriyə 
çəkilmək əmrini verməməli idi. Mikoyan  öz  fikrini  S.Şaumyana  raport  vasitəsi ilə  çatdırmışdı. S.Şaumyan 
da  öz  növbəsində  V.Leninə  göndərdiyi  teleqramda  Şamaxı  və  Mədrəsənin  Amazaspın  ucbatından  itirildiyini 
bildirdi və günahkarları tribunala verəcəyinə söz verdi,
473
 lakin bunu icra etmədi və Amazaspı heç vəzifədən də 
çıxarmadı.  21  iyul  döyüşündə  qənimət  kimi  2  top,  1  zirehli,  6  yük  və  1  minik  avtomobili,  30  araba,  6  səhra 
mətbəxti, sursat ələ keçirildi.
474
 
İyulun 22-də sovet komandirlərinin geri çəkilən qoşunları toplayıb müqavimət təşkil etmək cəhdləri boşa 
çıxdı.  Bundan  istifadə  edən  Cənub  qrupu  hücuma  keçdi.  Səhər  başlayan  hücumla  düşmənin  müdafiə  xətti 
yarıldı,  azərbaycanlı  süvarilər  irəli  atılaraq  cəbhəni  yardılar,  saat  13:30-da  onlar  Sığırlı  stansiyasını  ələ 
keçirdilər, hücumu davam etdirərək düşməni təqib etdilər və Padar stansiyasını tutdular. İyulun 22-nin axşamına 
olan  vəziyyət:  Şimal  qrupu  qarşısında  olan  düşmən  Cəngi  kəndindən  6  verst  şərqdə,  Cənub  qrupu  qarşısında 
dayanan düşmən Padar stansiyasından şərqdə möhkəmləndi.
475
 Şamaxı ətrafında 60-dan artıq azərbaycanlı, 6 rus 
və  6  erməni  kəndi  var  idi.  Azərbaycanlı  kəndlərinin  1918-ci  ilin  aprel-iyun  aylarında  talanıb  dağıdılmasında 
təkcə Qırmızı Ordu deyilətraf rus və erməni kəndlərinin əhalisi də iştirak etmişdir. Şamaxı əməliyyatı zamanı 
onların  bir  qismi  Biçeraxovun  və  erməni  dəstələrinin  tərkibinə  qatılmışdı.  Sovet  qoşunları  məğlub  ediləndən 
sonra rus və erməni əhalisi Bakıya doğru qaçdı.
476
 
Beləliklə,  Şamaxı  əməliyyatı  türk-Azərbaycan  qoşunlarının  növbəti  uğuru  ilə  nəticələndi.  Əvvəlki 
döyüşlərdə üzə çıxmış qüsurların aradan qaldırılması itkilərin az olması, əməliyyatların əsasən plandan kənara 
çıxmaması ilə səciyyələnirdi. Şamaxı əməliyyatı sona çatana yaxın bu ehtiyatlar tükənmişdi. Bakı istiqamətində 
sürətli  hücum  təşkil  etmək  üçün  qüvvə  çatışmırdı.  Türk-azərbaycanlı  hissələrinin  hərəkətinin  qarşısını  almaq 
üçün  düşmən  öz  texnikasını  keçirdikdən  sonra  körpü  və  keçidləri  məhv  edir,  mümkün  olan  yerlərdə  yolları 
korlayır,  dəmir  yolunu  və  teleqraf  xətlərini  sökürdü.
477
  Nəticədə  QİO-nun  ərzaq,  su  və  döyüş  sursatı  gətirən 
arabaları  qoşunlardan  aralı  düşmüş,  səhra  hospitalları  geridə  qalmışdı.  Körpü  və  yolları  təmir  etmək  üçün 
istehkam  hissələri    çatışmır,    dəmir  yolu  parovoz  və  vaqonlarının,  həmçinin  arabaların  çatışmaması  sursat  və 
ərzağı çatdırmaqla bağlı problemləri həll etməyə imkan vermirdi. 
Mürsəl bəy Şimal və Cənub qruplarını dayandırıb təminat məsələlərini həll edəndən sonra hücumu davam 
etdirməyi  planlaşdırır,  Nuru  paşa  isə  düşmən  vahimədə  olduğundan 
sürəti  artırıb  onu  təqib  etməyi  tələb  edirdi.  O,  23  iyulda  yazdığı 
məktubunda  bildirirdi  ki,  cəbhədə  olan  düşmən  qüvvələri  pərişandır, 
arxada Biçeraxovun "ingilis parası" (ingilis pulları) ilə hakimiyyəti ələ 
keçirəcəyi  barəsində  söz-söhbətlər  gəzir,  lakin  ingilislərin  Ənzəlidən 
çıxacağı ehtimal edilmir. Nuru paşanın fikrincə, xüsusi təyinatlı dəstə 
yaradılıb  düşmən  arxasına  keçməli,  Hacıqabul-Bakı  dəmir  yol  xəttini 
partlatmalı, Cənub qrupu Hacıqabula hücum etməli idi. О təklif edirdi 
ki,  süvari,  topçu  və  piyadalardan  ibarət  təqib  dəstəsi  yaradılsın  və 
düşmən  arxasınca  göndərilsin,  ərzaq  və  lazım  olan  kömək  isə  müsəlman  kəndlərindən  alınsın.
478
  Mürsəl  bəy 
qoşunların və bölgənin vəziyyətini öz gözləri ilə görürdü. Azərbaycan kəndləri düşmən tərəfindən viran edilmiş, 
dağı-dılmış, orada qoşunların hərəkətinə kömək edə biləcək əhali qalmamışdı. Mərəzədən Bakıya qədər ərazidə 
                                                           
469
Большевики в борьбе за победу, с.578. 
470
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с.119. 
471
Дарабади П.Г. Военные проблемы, с.119. 
472
Yuceer  N.  Birinci  Dunya  savaşında,  s.93  İzzət  bəy  Acıdərədə  erməni  –  bolşevik  qüvvələrinin  böyük  dəstəsini  məğlub  edəndən  sonra  düşmənin  əsir  və 
yaralılarına  yaxşı  davranmağı  tələb  etmişdi.  Hər  zaman  yaxşılığa  vəhşiliklə  cavab  verən  erməni  xisləti  burada  da  özünü  göstərdi.  İzzət  bəy  düşmən 
əsirlərindən  aralandıqda  yaralı  erməni  əsgərlərindən  biri  gizlətdiyi  tapança  ilə  atəş  açmış  və  İzzət  bəyi  belindən  vurmuşdu.  Yaxınlıqdakı  azərbaycan 
kəndinə  çatdırılsa  da  İzzət  bəyi  xilas  etmək  mümkün  olmadı.  O,  vurulduğu  yerdə  dəfn  edilməsini  vəsiyyət  edildi.  Sovet  illərində  yerli  əhali  tərəfindən 
qorunmuş qəbir itməmişdir. Hal – hazırda magistral yolun qırağında Təklə kəndi yaxınlığında İzzət bəyin qəbri qorunmaqdadır. Görüryılmaz M.  Türk 
Kafkaz İslam Ordusu, s.118.
 
473
Большевики в борьбе за победу, с.582, Токаржевски странной интервенции, с.125. 
474
Yuceer N Birinci Dünya savaşında, s.93. 
475
Süleymanov M.S. Azərbaycan Ordusu, 8.112. 
476
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.114. 
477
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.240. 
478
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.240-241. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə