129
gözlənilən əməliyyatlar iki bir-birindən aralı istiqamətdə: Göyçay-Şamaxı şosse yolu və Kürdəmir-Bakı dəmir
yolu boyunca aparılmalı idi. Qoşunlar bir-birindən aralanmalı olduğundan, komandanlıq hər iki istiqamətə eyni
vaxtda eyni diqqəti ayıra bilməzdi. Nəticədə QİO-nu təşkil edən 5-ci Qafqaz piyada firqəsi, 15-ci firqənin 38-ci
alayı və azərbaycanlı hissələr iki taktiki qrupa bölündü.
Şimal (quzey) qrupu adını almış qrup Ağsu-Şamaxı-Bakı istiqamətində irəliləməli idi. Qrupun tərkibinə
13-cü Qafqaz piyada alayı (komandir yarbay Əhməd Rza bəy), 10-cu Qafqaz piyada alayı (komandir yarbay
Səlim bəy), Zehni bəy dəstəsi (komandir süvari minbaşısı Zehni bəy), 25-ci, 26-cı və 28-ci taborlar daxil idi.
Qrupun komandiri yarbay Osman bəy təyin edildi.
Cənub (güney) qrupu adını almış qrup Kürdəmir-Bakı dəmir yolu boyunca irəliləməli idi. Qrupun
tərkibinə Müsüslü dəstəsi, bir türk piyada taboru (38-ci alay tərkibindən 2-ci tabor), 1 türk piyada bölüyü (26-cı
tabor tərkibindən), istehkam bölüyü, 2 top, 1 zirehli qatar daxil idi. Qrupun komandiri H.Səlimov təyin
olundu.
461
38-ci alayın 1-ci taboru ehtiyat qüvvəsi kimi arxa
cəbhədə 3-cü taboru isə Gəncədə saxlanılmışdı. Qruplar arasında
əlaqələndirmə itməsin deyə onlar Şərq Cəbhəsi komandanlığı (və
ya Bakı cəbhəsi komandanlığı) çərçivəsində birləşmiş, Cəbhə
komandanı Mürsəl bəy təyin edilmişdi.
462
Yeni qruplaşmaya əsasən qoşunlar iyunun 16-18-də təşkil
olundu, istiqamətlərə bölündü. İyulun 19-da planlaşdırılan hücumda
qoşunlar qruplar şəklində hərəkət etməli idi. Komandanlıq hesab
edirdi ki, Cənub qrupu qarşısında 200 süvari, 700 piyada, 1 zirehli
qatar, bir neçə zirehli avtomobil olan qüvvə dayanıb. Ehtimallara görə, Şimal qrupu qarşısında 2-3-tabor piyada,
zirehli avtomobillər, bir neçə top və pulemytoları olan düşmən dəstəsi var idi.
463
Döyüş əmrinə əsasən 13-cü
alay Ağsu yaxınlığındakı mövqeyindən Göylər kəndinə, oradan Şamaxıdan şərqə hərəkət edərək Şamaxı-Bakı
yolunu kəsməli idi. 10-cu alay Gürcüvan kəndi ətrafından hücuma keçərək birbaşa Şamaxı üzərinə hərəkət
etməli idi. 38-ci piyada alayın l-ci taboru, mürəttəb süvari alayı və milli azərbaycanlı dəstələr, rus dağ topları
taqımı Şərq cəbbəsinin ehtiyat qüvvəsi olaraq Ağsuda toplandı. Şimal qrupunun hücumu zamanı Cənub qrupu
hücuma keçməsə də fəal hərəkətləri ilə düşməni özünə cəlb etməli və şimala qüvvə göndərilməsinə imkan
verməməli idi.
464
Mürsəl bəy, tərtib etdiyi planla razılaşan Nuru paşadan döyüş əmrini dəstəkləyən teleqram
almışdı. Teleqram "Hədəfiniz Bakı olacaqdır" sözləri ilə bitirdi.
465
Beləliklə, ən çətin vəzifə 13-cü alay qarşısında qoyulmuşdu. O, çox da hündür olmayan (831-936 m),
lakin sıldırımlı Göylər dağ silsiləsini aşmalı, daha sonra Pirsaat çayını keçməli, Şamaxını cənubdan mühasirəyə
alaraq Şamaxı-Bakı yoluna çıxmalı idi. Əməliyyat plan üzrə həyata keçirilsəydi, düşmənin qüvvələri
Şamaxıdan çıxa bilməyəcəkdi.
İyulun 19-a keçən gecə Şamaxı ətrafına şiddətli yağış yağdı, bu isə qoşunların hərəkətini ləngitdi. Hücum
zamanı yağışın davam etməsi, bir tərəfdən də gilli-palçıqlı ərazilər 13-cü alayın hərəkətini daha da
çətinləşdirirdi. Tədricən alay hücum istiqamətini dəyişdi və müəyyən olunmuş vaxtda Göylər kəndi (Şamaxıdan
cənub-şərqdə) əvəzinə Mədrəsə kəndinə (Şamaxıdan cənub-qərbdə) yaxınlaşdı. Nəticədə 10-cu alayın
hücumunu sol cinahdan dəstəkləyən 13-cü alay Şamaxıya birbaşa zərbəni gücləndirdi. Lakin sovetlərin
Şamaxıdan çıxmaq yolu qapanmamışdı. Şamaxıya gözlədiklərindən də güclü zərbə vurulduğundan bolşeviklər
səhər saat 11:00-da geri çəkilməyə başladılar və saat 16:35-də kütləvi şəkildə Şamaxını tərk edirdilər. Nuru paşa
əməliyyatın gedişindən, ilk növbədə 13-cü alayın istiqamət dəyişməsindən narazı idi və sovet qoşunlaranın
buralardan sağ-salamat çıxmasını Bakı ətrafında döyüşlərin daha da şiddətli olacağı kimi qiymətləndirirdi.
466
Döyüşdə Şimal qrupundan 1 zabit, 4 əsgər həlak olmuş, 20 əsgər yaralanmışdı.
467
Havanın yağışlı olmasına
baxmayaraq iyunun 20-də hücum davam etməli idi. Yeni plana əsasən 13-cü alay hərəkət istiqamətini dəyişməli
və Çuxanlı-Məlik Çoban kəndlərini tutmalı idi (kəndlər Şamaxıdan cənub-şərqdə yerləşirdi).
İyulun 20-də Şimal qrupu hücuma keçdi və döyüşdən sonra Çuxanlı və Məlik Çoban kəndlərini tutdu.
Döyüşdə 1 top, 2 pulemyot, 1 zirehli və 2
yük avtomobili, ləvazimat və döyüş sursatı olan
arabalar qənimət kimi
ələ keçirildi. Avtomobilləri ələ keçirmək üçün süvari bölmə Şamaxı ilə Mərəzə arasında xüsusi pusqu qurmuş
və texnikanı tuta bilmişdi. Texnika ilə birlikdə 1 ingilis zabiti və 4 ingilis əsgəri də əsir götürüldü.
468
QİO-nun
qoşunları bir az da irəliləyə bilərdi, lakin Azərbaycan ərazisində ilk döyüşlərdən fərqli olaraq indi komandanlıq
tam sığortalanmış şərait yaradır, cinahları möhkəmlədir, ehtiyat qüvvəsini cəbhəyə yaxınlaşdırır, döyüş sursatı,
461
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322.
462
Yuceer N. Birinci Dünya savaşında, s.91.
463
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.324.
464
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.236.
465
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.112.
466
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.238.
467
Yuceer N. Birinci Dünya savaşında, s.92.
468
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.333.