Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə67/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   63   64   65   66   67   68   69   70   ...   90

125 
 
bilməmişdi. Göyçay dəstəsi verilən tapşırığı yerinə yetirmişdi. Düşmənin müdafiə xətti əsasən yarıldığından və 
boyük  itkiyə  məruz  qaldığından  komandanlıq  planı  dəyişmədi.  Qoşunlar  tutduqları  mövqelərdə  gecələyərək 
iyulun  6-da  hücumu  davam  etdirməli  idilər.  Mürəttəb  süvari  alayının  istiqaməti      dəyişdirilərək      Müsüslü   
dəstəsinin      gücləndirilməsinə  yönəldilmişdi.
428
  Kəşfiyyatın  məlumatına  görə,  düşmənin  qüvvələri  azı  7  min 
nəfər idi.
429
 Onların əməliyyatlarını 1 zirehli qatar, 20 top dəstəkləyir, eyni zamanda əlavə texnika gətirilirdi.
430
 
İyulun 6-da düşmən döyüşə təyyarə və zirehli avtomobillər dəstəsini yeritdi. 13-cü alay Ağsunu tutaraq 
şəhərdən  keçdi  və  Şamaxıya  gedən  yolu  kəsdi.  Ağsu  ermənilər  tərəfindən  dağıdılmış,  bir  çox  evlər  talanıb 
yandırılmışdı. 10-cu alay Ağsunu şimaldan çevrəyə alıb Ağsu-Şamaxı yolu ilə geri çəkilən düşmənə güclü zərbə 
vurdu.  Azərbaycanlı  süvari  dəstələri  düşməni  təqib  etməyə  başlamış  və  onun  tədricən  geri  çəkilmək  planını 
vahimə içərisində qaçışa çevirmişdilər. Ağır silahları və arabaları atan düşmən Ağsunun şimalında yeni müdafiə 
mövqeləri tuta bilmədi və Şamaxıya çəkildi. 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, talan edilən əhalinin 
var-yoxu  ilə  doldurulmuş  15  nəqliyyat  arabası,  1  səhra  lazareti  çadırı, 
çoxlu  sayda  tibbi  ləvazimat,  silahlar  qənimət  kimi  götürüldü.
431
 
Düşmənin  parçalanmış  hissələrindən  biri  Kürdəmir  istiqamətində 
hərəkətə başladı, lakin onlardan cəmi 100 nəfərə yaxını Kürdəmirə çata 
bildi.  Qaraqoyunlu  kəndi  Həsən  bəyin  dəstəsi  (bir  türk  piyada  taboru, 
mürəttəb süvari alayı) tərəfindən tutulmuş və Ağsu ilə Kürdəmirin yolu 
QİO-nun  əlinə  keçmişdi.  Müsüslü  dəstəsi  Kürdəmir  ətrafında  Qırmızı 
ordunun  1-ci  briqadası,  Biçeraxovun  dəstəsi,  Təlimatçılar  məktəbi,  6 
zirehli  avtomobil,  2  zirehli  qatar,  çoxlu  sayda  artilleriya  ilə 
üzləşdiyindən  çətinliklə  irəliləyirdi.  Ələ  keçirilmiş  əsirlərin  dindirilməsi  göstərdi  ki,  düşmən  əsgərlərinin  sayı 
kəşfiyyatın verdiyi məlumatlardan artıqdır. Belə ki, bilavasitə Biçeraxovun dəstəsində 1500 deyil, 3000 döyüşçü 
var  idi.
432
  Ehtimal  ki,  bu  gözlənilməz  say  artımı  ətrafdakı  rus  və  erməni  kəndlərindən  Qırmızı  Orduya 
qoşulanların  hesabına  yaranmışdı.  Müəyyən  olundu  ki,  düşmən  Kürdəmir  ətrafında  cinahları  bataqlıqlara 
dirənən dairəvi müdafiə xətti təşkil etmişdir. Xəttin arxasına keçmək üçün Həsən bəyin dəstəsi Kürdəmirə deyil, 
ondan şimal-şərqdə yerləşən Qarasaqqal kəndinə hücum etdi. Burada dayanan bolşeviklərin 150 nəfərlik dəstəsi 
məhv edildi.  Lakin sovet komandanlığı anlayırdı ki, kəndin itirilməsi Kürdəmirdə olan qoşunların mühasirəyə 
düşməsi ilə nəticələnəcək. Buna görə dərhal vəziyyəti xilas etməyə çalışdı. Əvvəlcə 350 piyada, 3 pulemyot, 2 
topdan  ibarət  olan  dəstə,  sonra  isə  250  nəfər  piyada,  2  pulemyot,  5  topdan  ibarət  olan  dəstə  Kürdəmirdən 
Qarasaqqal kəndinə göndərildi. Döyüş nəticəsində Həsən bəy geri çəkilməyə məcbur oldu.
433
 
Gecə  qoşunları  yeni  döyüşlərə  hazırlayan  Səlimov  və  Biçeraxov  yerdəyişmələr  etdi.  Səhərisi  gün 
hadisələrin gedişi H.Səlimovun vəziyyəti daha düzgün qiymətləndirməsindən xəbər verdi. 
İyulun 7-də Müsüslü dəstəsinin süvariləri dəmir yolunun cənubu, iki taqımı isə dəmir yolunun şimalı ilə 
Kürdəmirə  tərəf  hərəkətə  başladı.  Dəstənin  digər  üç  bölüyü  isə  bataqlıq  ərazidən  keçərək  düşmənə 
gözlənilmədən  zərbə  endirdilər.  Qüvvələr  nisbəti  və  hərbi-texniki  üstünlük  Biçeraxovun  tərəfində  olsa  da,  12 
saatlıq döyüşdə o, Müsüslü  dəstəsinin   döyüşçülərini mövqelərindən  vurub   çıxara bilmədi. Rəhbərliyin dəqiq 
taktiki seçimi sayəsində Müsüslü dəstəsinin itkiləri də böyük deyildi: gün ərzində Azərbaycan hissələrindən 8 
əsgər həlak olmuş, 12 nəfər (onlardan 2 zabit) yaralanmışdı; türk taborundan 5 əsgər həlak olmuş, 50-dən çoxu 
isə  yaralanmışdı.  Ağdaş  və  Xaldan  ətrafında  olan  könüllülər  Nuru  paşanın  əmri  ilə  Müsüslü  dəstəsinin 
sərəncamına  göndərildi.  İyulun  7-də  sovet  komandanlığı  Əmirovun  iyunun  30-da  keçirdiyi  əməliyyatı 
təkrarlamağa  cəhd  göstərdi.  Erməni  kəndlərindən  çıxan  bolşevik-daşnak  bölməsi  Göyçayın  şimalında  5-ci 
firqənin  arxasına  zərbə  vurmağa  çalışdı,  lakin  ehtiyatda  dayanan  qüvvələr  onların  qarşısını  alaraq  düşmən 
qüvvələrini dağıtdı. 
Mərmi və cəbbəxana ehtiyatının azlığı Müsüslü dəstəsinin koman-danlığını fəal hücuma keçməyə imkan 
vermirdi.  Üstəlik  istər  Kürdəmirin  qərbində,  istərsə  də  şimalında  düşmən  öz  mövqelərini  yaşıllıqlar
 
arasında 
qurmuş, türk-Azərbaycan hissələri isə açıq ərazi ilə irəliləməli idi. Bu səbəbdən Nuru paşa planı dəyişdi. Yeni 
plana əsasən iyulun 7-dən 8-nə keçən gecə 13-cü alay Kürdəmir istiqamətinə gətirilməli, Həsən bəyin dəstəsi ilə 
birləşdirilməli idi. İyulun 8-də səhər Müsüslü dəstəsi fəal hücumu immitasiya etməli, Biçeraxovun qüvvələrinin 
diqqətini  özünə  cəlb  etməli,  13-cü  piyada  alayı  isə  şimaldan  Kürdəmirə  hücum  etməliydi.  Düşmən  Şamaxı 
istiqamətində  13-cü  alayın  yoxluğunu  hiss  etməsin  deyə,  10-cu  alay  geniş  cəbhədə  Şamaxıya  doğru  hücum 
etməli  idi.
434
  Vəziyyəti  düzgün  qiymətləndirən  Biçeraxov  hərbi  texnikada  üstünlüyü  hesabına  13-cü  alayın 
                                                           
428
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.223. 
429
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92. 
430
Süleymanov M.S. Azərbaycan Ordusu, s.105. 
431
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92. 
432
Yenə orada, s.94.
 
433
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, s.315. 
434
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.225. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə