Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə66/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   62   63   64   65   66   67   68   69   ...   90

124 
 
xolera,  malyariya  kimi  xəstəliklər  döyüşçüləri  uzun  müddətə  sıradan  çıxardır,  hətta  onların  ölümünə  səbəb 
olurdu.
425
 
Təkcə  yuxarıda  sadalanan  problemlər  deyil,  ərazidə  yerləşən  silahlı  dəstələrə  malik  erməni  kəndlərinin, 
QİO-nun arxasına zərbə vurmaq ehtimalı  da   hücum   əməliyyatına   əngəl  ola  bilərdi.   Əmirovun dəstəsinin 
iyunun  30-da  Göyçaya  hücumu  belə təhlükənin  əvvəlcədən  aradan  qaldırılmasını  tələb  edirdi.  Göyçay  döyüşü 
bitəndən sonra Nuru paşa Ərkani-Hərb rəisi Nazim bəyə Ağdaş, Xaldan və Nuxadakı milli qüvvələrə rəhbərlik 
edərək Söyüdlü və Qayabaşı ermənilərinin dəstələrini ləğv etməyi tapşırdı. Tapşırıq yerinə yetirildi, erməni dəs-
tələri  və  onların  sığınacaqları  dağıdıldı.  Şəki  milli  dəstəsinin  komandiri  Həqqibəy  Nic  və  Söyüdlü  kəndlərini 
nəzarət altına aldı. Gəncə mövqe komandiri Cəmil Cahid bəy və milli hissə komandirlərinə döyüşlərdən sonra 
meşələrə və dağlara səpələnmiş kiçik erməni dəstələrinin məhv edilməsi üçün tədbirlər həyata keçirmək əmri 
verildi.  İyulun  l-dən-4-dək  Pəzəvəngə  və  Qırdadu  kəndləri tutuldu,  İvanovka  kəndi  ətrafında  10-cu  alayın  bir 
taboru və 2 dağ topu bolşevik-erməni qüvvələrinin iri dəstəsini  məhv etdi (çoxlu sayda silah və 2 top qənimət 
kimi  götürüldü),    Çanaqbulaq  kəndi    nəzarət  altına  alındı.  Təmizləmə  əməliyyatları  döyüş  şəraitində 
keçdiyindən QİO qoşunları itkilər verirdi. İyulun 1-dən 4-dək 7 zabit və 39 əsgər həlak olmuş, 9 zabit və 93 
əsgər  yaralanmış,  1  zabit  və  74  əsgər  itkin  düşmüşdü.
426
  İtkin  düşənlərin  çox  olması  QİO  tərkibində  xüsusi 
axtarış-xilasetmə və çevik tibb hissələrinin olmaması ilə izah edilir. Meşəli dağ şəraitində yaralanan, yıxılaraq 
əzilən  əsgərlər  əsas  qruplardan  aralı  düşürdü.  Onların  axtarılması  üçün 
nə  kifayət  qədər  qüvvə,  nə  də  vaxt  var  idi.  Yerli  sakinlərin    xatirələri   
göstərir      ki,      itkin      düşənlərin      cüzi      hissəsi      ətraf  azərbaycanlı 
kəndlərinin  əhalisi  tərəfindən  xilas  edilən  yaralı  döyüşçülər  sağalandan 
sonra  öz  qoşunlarına  qayıtmışdı.  Əksər  yaralılar  çoxlu  qan  itirməsi  və 
tibbi yardımın göstərilməməsindən, bəzən də susuzluqdan həlak olurdu. 
Bir  çoxlarının  cəsədi  sakinlər  tərəfindən  həlak  olduqları  yerdə  dəfn 
edildiyindən indiyənədək həmin rayonlarda tək-tək türk və azərbaycanlı 
əsgərlərin qəbirlərinə rast gəlinir. 
İyulun  4-də  5-ci  Qafqaz  firqəsinin  qoşunları  aşağıdakı  mövqelərdə  dayanmışdılar:  Müsüslü  kəndindən 
şərqdə - Müsüslü dəstəsi; ondan şimalda, Qaraməryəmə çatmamış - Mürəttəb türk süvari alayı; Qaraməryəm və 
ondan  şimalda  -  13-cü  piyada  alayı;  qruplaşmanın  şimalında,  İsmayıllıyadək  -  10-cu  Qafqaz  piyada  alayı. 
Mərkəz Ağsu xəttinə düşürdü. Döyüşlərin ağırlığının da bu hissədə cəmləşdiyi ehtimal edildiyindən Nuru paşa 
Ağsuya  gəlmişdi.  Burada  hücum  planı  tərtib  edilərək  əmrlər  verildi.  Əməliyyat  iyunun  5-də  aşağıdakı  is-
tiqamətlərdə  aparılmalı  idi:  qayməqam  H.Səlimovun  rəhbərliyi  ilə  Müsüslü  dəstəsi  dəmir  yolu  xətti  boyunca 
irəliləyərək  Kürdəmirə  hücum  edir  və  onu  azad  edir;  Mürəttəb  türk  süvari  alayı  Xəlilli  -Qarasaqqal 
istiqamətində hərəkət edir, Kürdəmir - Ağsu xəttini kəsir ki, Kürdəmirə şimaldan kömək gəlməsin; 13-cü piyada 
alayı boyu məsafə qət edərək Ağsu - Şamaxı xəttini kəsməli; 10-cu piyada alayı  Ağsunun şimalındakı dağların 
yamacları ilə hərəkət edərək Gürcüvana çıxmalıydı. Arxada dayanan Göyçay dəstəsi düzülüş xəttindən sızmış 
erməni  dəstələrini  məhv  etməli,  İvanovka-Qoşakənd  xəttində  əsas  qüvvələrlə  birləşməliydi.
427
  Topçu  hissələri 
və milli süvari hissələr alaylar arasında bölüşdürülmüşdü. 
Döyüş əmrinin təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir. Sovet qoşunlarının əsas qüvvələrinin Ağsu 
ətrafında  cəmləşməsi  nəzərə  alınaraq  əsas  zərbə  Kürdəmirə  deyil,  məhz  Ağsu  istiqamətində  vurulurdu.  Bu 
zaman Ağsuya hücum üzbəüz deyil, yanlardan yönəldilirdi. Belə ki, 13-cü alay cənubdan, 10-cu alay şimaldan 
irəliləyərək  Ağsunun  şərqində  düşmən  qüvvələrini  mühasirəyə  almalı  idi.  Mühasirə  təhlükəsi,  Ağsu-Kürdəmir 
yolunun  süvarilər  tərəfindən  kəsilməsi  Kürdəmirin  Müsüslü  dəstəsi  tərəfindən  tutulmasını  asanlaşdırardı. 
Müsüslü dəstəsinə əlavə qüvvələrin verilməməsi Kürdəmirə qərbdən yalnız bataqlıqlar arasındakı dar ərazidən 
irəliləməyin  mümkünlüyü  ilə  izah  olunur.  Göyçay  ətrafında  30  iyun  hadisəsi  təkrarlanmasın  deyə  döyüş 
düzülüşündən arxada Göyçay dəstəsi təşkil edilmişdi. Əsasən milli hissələrdən ibarət olan dəstə düşmənin qəfil 
hərəkətlərinin  qarşısını  almalı,  eyni  zamanda  firqənin  ehtiyat  qüvvəsi  rolunu  oynamalı  idi  (nəzərə  almaq 
lazımdır ki, 3-cü ordudan istənilmiş əlavə qüvvələr, о cümlədən 38-ci alay hələ gəlməmişdi). Göyçay dəstəsinin 
tədricən  şimala  doğru  yönəlib  Qoşakənd  istiqamətində  irəliləməsi  əmri  onunla  bağlıdır  ki,  komandanlıq 
hücumun sonunda məhz sol (şimal) cinahın vacib Şamaxı istiqamətinə çıxmasını nəzərə almışdı. 
İyulun  5-də  səhər  başlayan  döyüş  ağır  şəraitdə  keçdi.  Müsüslü  dəstəsi  güclü  müqavimətlə  üzləşərək 
Kürdəmirə çətinliklə yaxınlaşdı, günün axırınadək stansiya və kəndi tuta bilmədi, lakin düşmən xeyli itki verdi. 
Mürəttəb  türk  süvari  alayı  vəzifəsini  yerinə  yetirmişdi.  13-cü  piyada  alayı  onun  qarşısında  dayanan  düşməni 
əzsə  də  günün  axırınadək  Şamaxı-Ağsu  xəttini  kəsə  bilmədi.  10-cu  piyada  alayı  düşməni  darmadağın  etmiş, 
lakin  dağlıq  əraziylə  irəlilədiyindən  və  göstərilən  mövqeyə  vaxtından  gec  çatdığından  mühasirə  yarada 
                                                           
425
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92-93. 
 
426
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.312-313.  
427
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.222. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə