449
Ismayıl der budu sözün kutahı,
Heydərə qul olan heç çəkməz ahı,
Dilində vird eylə kalamullahı,
Əməl eylə beş vaxtının üçünə.
Qaldı
Əcəl yastığına başım yetəndə,
Фikrim xəyalımda nə isə qaldı.
Ya məndul gey, ya zərbab gey, ya zər gey,
Əynimdə libasım nə isə qaldı.
Qızılın, gümüşün yoxdu dəyəri,
Qılıncın, qalxanın yox havadarı,
Qohumum, qardaşım, gül üzlü yarım,
Oğul–uşaqlarım nə isə qaldı!
Bu dünyada beş gün gəzdik əmanət,
Əmanətə gəl eyləmə xəyanət.
Ya bir dayət imiş, ya bir imarət,
Əlvan otaqlarım nə isə qaldı!
Nə Israфil kimi sur çalasan,
Nə Əzrail təkin canlar alasan,
Nə Ismayıl tək фəqir olasan,
450
Divanım, kitabım nə isə qaldı!
Rəvayət
Danışıllar ki, bir gün valideynnəri Ismayılı
evləndirməh istiyillər. Şahbuzun Biçənəhdən yuxarı Zırnel
kəndində yaşayan Bədircahan addı bir qızı köhnə qayda ilə
Ismayıla nişannıyıllar. Ismayıl Bədircahanın üzünü görməsə
də, dədə–baba adətinə tabe olur. Toy günü Aşağı Qışlax
kəndinin mollası Molla Əhməd Ismayılın anası Zeynəbdən
bir cüt naxışdı yun corap istiyir. Zeynəb arvad isə tabağa
qoyacağı qırmızı, yaşıl və çəhrayı rəngli corabları yerbəyer
eləyib mollaya cavab verir ki, bax, bu bir corab gəlinin
qardaşının, biri atasının, biri də əmisinin. Xülasə, artıq
corabım yoxdur ki, sənə verim. Zeynəb arvadın bu sözünnən
Molla Əhməd bərk hirslənir və hədə–qorxu gəlir. Vaxt olur
ki, Ismayıla gəlin gətirməyə gedillər. Molla Əhməd oğlan
evini gəlinin dalınca göndərir, özü isə qayıdıp Molla
Cəфərlə birlikdə bir tərs dua yazıb yandırır, külünü isə
tüфəngə qoyub atır ki, heç nə ələ gəlməsin.
Molla Əhmədin cadusu Ismayılı sağalmaz dərdə
salır. Toy gecəsi isə nə qədər çalışıllar, gəlin atdan düşmür
və evlərinə qayıtmax istiyir. Bəyin adamnarı və kənt
camaatı bu rüsvayçılığa razı olmurlar. Gəlini aparıp qonşuya
qoyullar ki, bəlkə sora razı salalar. Ancaq Bədircahan
inadınnan dönmür. Bu rüsvayçılığa dözə bilmiyən Ismayıl
xəstələnip yatağa düşür və üzünü görmədiyi bir qızı ona
gəlin gətirdiyi üçün anasını məzəmmətdiyir, Molla Cəфəri
qarğıyır:
Ismayılam, düşdüm mən də çöllərə,
Xəncər batsın görüm yaman gözlərə,
Həsrət qoydu məni gül sənəmlərə,
451
Lənət gəlsin görüm Molla Cəфərə.
Bədircahanı yola gətirmək üçün dua yazdırıllar,
Ismayılı isə ziyarət üçün Xorasana aparıllar. Lakin heç nə
bəyə və gəlinə köməh eləmir. Zeynəb arvad iki inəyini və
bir gəbəsini aparıp Molla Əhmədə verir ki, bəlkə o,
cavannara kömək edə. Ancaq yenə də bir çarə hasil olmur.
Bir gün Ismayıl anasınnan xahiş edir ki, Bədircahanı
yola gətirib bulağa aparsın və Ismayıl bulaq başında qızla
görüşüb onu razı salsın ki, bəlkə bu yolnan rüsvayçılıxdan
yaxasını qurtara. Qonşu qızlarının köməyi ilə Bədircahanı
bulağa aparıllar. Ismayıl sazını da götürüb Bədircahanı
görməh üçün bulağa gedir. Qızı ələ gətirməh üçün onu təriф
etməyə başlayır:
Yenə halqalanır ahu saşların,
Aləmə od salır kaman qaşların,
Biçarə Ismayıl, qanlı yaşların,
Aləmi sellərə verəcək oldu.
Ismayılın səsinə kəndin camaatı yığılıb gəlir.
Adamnarın cəmnəşdiyini görən Bədircahan özünü itirir,
arxıya dönəndə niqabı üzünnən düşür. Ismayıl Bədircahanın
alma yanaxlarını görüb ürəyi tab gətirmir və yenə də sazını
sinəsinə sıxıp deyir:
Cəllad baxışların səbrim alanda,
O şahmar saçların məni çalanda,
Niqab üzdən atıb yana salanda,
452
Ismayıl seyrinə çıxacaq oldu.
Lakin Bədircahan Ismayılın sözünə məhəl qoymayıp
onnan uzaxlaşır. Ismayıl qızın dalınca getmək istəsə də,
ayaxları yerimir və deyir:
Beş qədəm yeridim, qurudu qanım,
Yeddi göydən keçdi ahü фəğanım,
Elə ki, gözümdən yayındı, canım
O yarın yolunda çıxıcaq oldu.
Bir tovuz geyimli, laçın bəzəkli,
Yayındı gözümdən, gedəcək oldu,
Nakam Ismayılın ağlar didəsi,
Şahbuzu sellərə verəcək oldu.
Bu vaxt Ismayıl görür ki, anası oğlunun bu halına
camaatın arasında zulum–zulum ağlayır. Odur ki, anasına
üzünü tutub Bədircahanı qarğıyır:
Gecə–gündüz mən ağlaram zarü–zar,
Şahbuzun dağların eylərəm tar–mar,
Anacan, könlümü qoyma intizar,
Başında çatlasın öz havan, gəlin!
Bədircahan yarğanı aşıb gözdən itir. Ismayıl bu işə
bir çarə olmadığını görüp camaata deyir:
Ay ağalar, bir tərlanı uçürdum,
453
Sağ əlimdən sol əlimə alınca,
Onu alan xeyrin, bəhrin görməsin,
Naləm vardır mənim onun dalınca.
Kəndin ağsaqqalları Ismayılın anasına məsləhət
verillər ki, kasıblara nəzir–niyaz paylasın, bəlkə oğlunun
qisməti dəyişə. Zeynəb arvad ağsaqqalların məsləhəti ilə
gedib Molla Əhmədə verdiyi bir gəbəsini və iki danasını
alıb gətirir. Inəkləri kəsip kasıb–kusuba paylıyır. Bütün
camaat Allahdan dua edirlər ki, Ismayıla bir halal qız
yetirsin. Camaatın duası qəbul olunur.
Bir gün Ismayıl yatıb yuxuda görür ki, nişannısı
Bədircahan ilan cildinə girib onu çalmax istiyir. O qışqırıb
yuxudan oyanır və yuxusunu anasına danışır:
Eşidənlər, görün bu söz yalandı?
Leyli dərdi Məcnun çölə salandı,
Hamı bilir ilan adam çalandı,
Özüm öz əlimlə mar alan könlüm.
Anası Ismayıla təskinlih verir. Ismayıl bir gün
yuxuda nurani bir qoca görür. Yuxuda ona deyillər ki,
Bədircahan şahmar ilana dönüb, onnan sənə yar olmaz.
Sübh tezdən bulağa get, qarşına çıxan Nənəqız adlı birinci
qız sənin qismətindir.
Ismayıl yenə də yuxusunu anasına danışır. Anası
deyir ki, oğul, verdiyimiz nəzir–niyaz qəbul olunup.
Bədircahanı yadından çıxart və bulağa get. Anasının sözü
Ismayıla xoş gəlir və könlünə xitab edib deyir:
Dəli könlüm, nə divana gəzirsən?
Dostları ilə paylaş: |