|
Az?Rbaycan
NAXÇIVANIN SÖZ XƏZINƏSI
9
NAXÇIVANIN SÖZ XƏZINƏSI
Böyük iftixarla Naxçıvanda "ədəbi düşüncənin tarixinin
az qala insanlığın yaranma tarixi ilə üst–üstə düşdüyü"
(I.Həbibbəyli) qeyd olunur.
Bura ən qədim sivilizasiya mərkəzlərindən biri, etnik–
mənəvi xüsusiyyətlərin daha çox qorunduğu, milli mentaliteti
müəyyənləşdirmiş keyfiyyətlərin daha çox saxlandığı bir
diyardır.
Bura zaman–zaman ucsuz–bucaqsız türk dünyasında
milli düşüncənin ağırlıq mərkəzlərindən olub, etnik–mədəni
davranışlar yad təsirlərdən, bu yurdun adına–sanına layiq
şəkildə, daim qorunub. Bütün bunlar isə bölgənin folklor
mühitində öz təcəssümünü tapıb. Vaxtı ilə geniş coğrafi ərazini
əhatə etmiş tarixi Naxçıvanın salnaməsi kimi folklor
nümunələri çox əhəmiyyətli qaynaqlardır, bədii sözün tarix
qarşısında misilsiz xidmətidir.
Bu nümunələr xalqın kağızda yox, ağızda, ürəyinin
başında yaratdığı Naxçıvannamədir; bu diyarın söz xəzinəsi, öz
xəzinəsidir.
Bu nümunələrdə "ədəbiyyat yaratmaq" missiyası yox,
dünyanı qavrama üsulu, onu dərk etmə, özününküləşdirmə
praktikasına daxil etmə niyyəti daha aktivdir.
Şifahi xalq ədəbiyyatı irsinin yarandığı coğrafi məkan
və onun öyrənilməsi vacib və zəruri məsələlərdəndir.
Folklor yaddaşdır, milli kimliyi şərtləndirən faktorlar
folklorda yaşayır. Informasiyanı bədii – poetik, mifik, fəlsəfi
düşüncənin reallaşdırmasından asılı olmayaraq, onun bir
həqiqət kimi qəbul edilməsi də var.
Naxçıvan
folkloru
nümunələrinin
"ab–havasını"
bölgənin təbiəti proqnozlaşdırır. Naxçıvan folklor mühitində
mifik bir əhval, etnik qədimliyin qüdrəti "hökm–fərmadır",
burda
qlobal
səciyyəli
onomastik
vahidlər
mifin
"nəzarətindədir".
10
Mif onları bütövlükdə modelləşdirmişdir. Gəmiqaya ilə
bağlı mətnlər bu torpağın sahibi olan etnosun şüurundakı
xronotop (məkan – zaman) parametrlərinin çox qədimliyindən
soraq verir. Milli düşüncə Gəmiqayanı məhz ilkinliklə, mifoloji
keçmişlə bağlı qəbul edir.
"Peyğəmbər ayağı" piri xalqın düşüncəsində Nuh Nəbi
ilə bağlıdır. Yayılan mətndə motivlənmə tamlıqda mifin
"ixtiyarındadır". Mətndəki motivlənməni izləyək:
1.
Tufan hələ çəkilməyib;
2.
Nuh qayalar üzərində hərəkət etməyə məcburdur;
3.
Ayağını qoyduğu yerdə yerimək asanlaşsın deyə
qaya yumşalır (Müqəddəsliyin yaratdığı möcüzə);
4.
Nuhun ayaq izi yumşalmış qayada qalır (obyektin
müqəddəsləşməsi).
Sədərəkdəki Ağ oğlan bulağının yanında Günəşin Ağ
oğlunun qəbri ilə əlaqəli söylənilənlər də çox qədim görüşlərin
ifadəsidir. Gün və Ay mifləri ümumtürk mifologiyasının tərkib
hissəsi kimi bölgədə müxtəlif çalarları özündə birləşdirir. Belə
ki:
1.
Ay və Gün yaradıcı qüdrətə malikdirlər.
2.
Ay, Gün kişi və qadın cinsinin başlanğıcı kimi
təsəvvür olunur.
3.
Hər ikisi canlı insan kimi qavranılır, bu səbəbdən də
onlar
adi
həyat
məsələlərinin
mərkəzində
dayanırlar.
4.
Onların bəzi xarakterik cəhətlərinin izahı zamanı
regionun landşaftına üz tutulur.
K.Levi Stros yazır ki, mif nə qədər ki, mif kimi
qavranılır, o, mif olaraq qalır
1
. Yəni mif ona inanıldığı qədər,
qəbul edildiyi qədər öz ömrünü yaşayır.
Mifoloji təsvirlərin gerçəkliyini isə bölgədəki saysız –
hesabsız abidələr təsdiq edir. Mifdəki hadisələrin haçan baş
1
К.Леви Строс. Структурная антропология. М., 1985, s.194.
11
verməsindən, nələrdənsə asılı olmayaraq o, yarandığı və
yaşandığı yerdə həqiqət kimi dərk edilir.
Xızır peyğəmbər bölgədə folklor yaddaşının obrazı kimi
epik folklorun çeşidli mətnlərində funksiyalaşır. Ilaxırda
səməni halvası bişirəndə qazanın üstünə qırmızı örtük salar,
örtüyün üstünə sürmə, güzgü, daraq qoyar, deyərlər ki, Xızır
peyğəmbər gəlib bunlarla özünü bəzəyəcək, barmağını səməni
halvasına batıracaq, bundan sonra halvanın rəngi qızaracaq,
özü isə şirinləşəcək.
Mifologiyada mövcud olanlar onun yaşadığı və
yaratdığı tarix olmaqla mifik elementlər vəhdətidir. Yağış
yağdırma mərasimi türk xalqlarında bodu, dodu, gode – gode,
gelingök, çomça gelin, kepçe gelin, çullu kadın, kepçe kadın,
çulla kepçecik və s. adlanıb.
Naxçıvanda yayılan Çömçəxatunla bağlı əfsanədə
inancları mərhələlərlə izləyirik:
1.
Çömçəxatun pak (təmiz) bir qız imiş.
2.
Pak olduğundan Allah yanında hörməti hamıdan
artıq imiş.
3.
Xaos (quraqlıq) başlanır.
4.
Çömçəxatun bir təpənin (dağın) başına çıxıb Allaha
yalvarır.
5.
Allah onu eşidir, yağış yağdırır (xaosa son qoyulur).
6.
Qızın yağış altında cumculuq islanması onun
nəziridir.
7.
Onun
yamyaşıl
ardıc
ağacına
çevrilməsi
müqəddəsləşməsidir.
Əfsanədə ağac (ardıc), dağ (təpə), su (yağış) birləşir,
bir–birini tamamlayır. Su stixiyasının nizamlayıcı kosmik
başlanğıc
tərəfindən
idarə
olunmasının
Naxçıvan
nümunələrində əksi məsələsi başqa bir nümunədə də
maraqlıdır: "Il quraxlıx olanda birisinin üstünə söyüt
yarpaxlarıynan su atardılar, qapı – qapı gəzdirip oxuyardılar:
Gülül, gülül, xoş gülül,
Dostları ilə paylaş: |
|
|