465
Çobankərəli Aşıq Cəfər XIX əsrin ikinci yarısında
yaşamışdır. Naxçıvanın Şıxmahmud kəndində ömür sürmüş
bu el sənətkarı neçə – neçə məclislər yola salmış, şagirdlər
yetişdirmişdir. Onun şagirdlərindən Aşıq Fətulla xüsusilə
məşhur olmuşdur.
Kimi
Qızlar durub xan Arazın başında,
Eybi yoxdu kirpiyində, qaşında.
Həddi – buluq on dörd – on beş yaşında,
Sanasan dağların maralı kimi.
Arazın dörd yanı sırsıra buzdu,
Kimisi gəlindi, kimisi qızdı.
Başına döndüyüm ay ala gözdü,
Könlümü eylədin qaralı kimi.
Aşıq Cəfər burda qoydu nişana,
Ayrılıq həsrəti kar eylər cana.
Sinəmə gəibdi bir neçə xana,
Deməsəm, qalaram yaralı kimi.
Rəvayət
Novruz bayramı yaxınnaşırdı. Kəndin camahatı 3 ay
aranda qalırdı, ilin 9 ayını qoruxda keçirirdi. Kəndimizdən 5
verst aralıda bir yeri "Sarı qamış" qoruğu addandırırdılar.
Köçürdülər həmin qoruğa, ona görə də əl – ayaq edirdilər ki,
bayramı yola salıb çıxsınnar qoruğa. Hanalar az qalırdı
kəsilsin, farmaş, xurcun, bəzən də düz torbası toxuyurdular.
Kilim, kəbə, xalı, kimə nə lazımdı onu toxuyurdu. Xurcuna
köç dövrü lazım olan yeməyi yığıb salırdılar atın tərkinə,
farmaşa ev içini qablıyırdılar, yüklüyürdülər dəvələrə.
Kilimi, xalınıdakı salırdılar evlərə, dağda alacığa, çadıra.
466
Kəndimiz Novruz bayramını çox əziz keçirərdi. Yumurta
döyüşdürən kim, qodu – qodu oynuyan kim. Kosa bəziyən,
od yandıran kim. Nə başını ağrıdım, hərə bir oyun çıxarardı.
Qız–gəlin çiyninə səhəngi alıb bulağa gedirdi. Kəndi
plovun, halvanın ətri, sacarası iyi bürüyürdü. Qız–gəlin
səbirsizliklə günün batmasını gözləyirdi ki, gedib qapıdan
qulaq asacaqlar.
Bayram ayında kətdə havalar hərdən bir cür olurdu.
Gah yağış yağır, gah da gün çıxırdı. Aranlı – dağlı elat
camahatı yenə də qoruğa çıxmağa hazırlıx görürdü. Vaxt
yetişdi. Dəvələr yühləndi, çıxdılar qoruğa, hərənin özünün
yurd yeri var idi. Hərə öz yerinə düşürdü. Elə ki, yığışdılar
qoruğa, hərə öz işi ilə məşğul olardı. Qamış yığıb çətəh
hörürdülər, alaçığın aşağı tərəfinə tuturdular. Bir ərşin
boyda qamışdan nəmi çətəni toxuyurdular, alacığın bir
böyründən qurub dalında mis teştlərdə süd sərirdilər.
Hərənin özünün nehrəsi, nərəni asmaq üçün çatısı var idi.
Südün üzünü tökürdülər nehrəyə çalxalıyırdılar. Yağ
hazırlıyırdılar. Sonra isə mis teştlərə töküb yağı yığıb
motallara basırdılar. Gündə obada heyvan öldürürdülər.
Dərisini bütöv çıxarırdılar. Qız – gəlin həmin dərini ayrana
yatırdıb təmiz yuyurdu, tikirdi, sonra isə yağı basdırırdılar
içinə. Ayranı da tökərdilər torbuya, suyu süzülərdi, qurut
elərdilər. Bəzən də ayranı tökürdülər mis qazanlara, şor
qurudub onu da şor motallarına yığırdılar. Qorux çox səfalı
yer idi. Hər səhər duranda bənövşənin, nanənin,
kəklikotunun qoxusu adamı ruha gətirirdi. Kəndimiz Dəvəçi
kəndi idi. Onlar hər vaxt dəvə saxlardılar. Arandan
yaylaqlara, yaylaqdan arana dəvə ilə gedərdilər. Qoruxda
olan zaman qonşular biri kəndə gedəndə o birisi onun mal –
qarasına, evinə – uşağına göz olardı. El dağdan gələndə
gəlib qalax qururdular. Üzünü də suvayırdılar ki, qışda
islanmasın. Hərənin öz ot yeri var idi. Cavanlar biçər,
xorumluyar, taya vurardılar. Qız, gəlin dəvələrə xoman
467
toxuyardı, sinəbənd düzəldərdilər. Qocaları çobanları başına
yığıb dəvələrə cahaz tikərdilər. Oysar düzəldərdilər, üstünə
dəvə muncuğu, balaca – balaca zınqırov asardılar. Peşəngi
həmişə nər çəkərdi. Köç yeriyəndə güllə atılsaydı eşitmək
olmazdı. Kənd də çox böyük kənd idi. 1500 ev var idi. Oba
dağa gedəndə kəntdə 2–3 nəfər cavan oğlan qalardı, otlağa,
kəndə baş çəksin. Elatın qarpız – yemişdən başqa bir əkini
olmazdı. Xülasə, oba başladı dağa çıxmağa, farmaslar
yükləndi nərlərə.
Mal – qara böyürtüsü, qoyun – quzu mələməsi dağı –
dərəni bürümüşdü. Bu dəmdə göy kəhərin üstündə başında
şabalıdı buxara papax, Koroğlunun bığı kimi eşmə bığ,
çiynində üç telli saz bir atlı hərdən atı karvanın qabağına
sürür, karvanı yoxluyırdı. Bu atlı kim ola, kim olmaya, həm
elin ağsaqqalı, həm də sazlı–sözlü, sinəsi söz xəzinəsi olan
aşıq Cəfər. Kənd Çobankərə kəndi idi. Karvan mənzil düşə
– düşə gedib çatdı Ağmanqala, gündüzünə karvan əyləndi,
dəvələrin yükünü açdılar. Hərə öz çadır yerinə düşdü. Aşıq
Cəfər göy nəri xıxlayıb, yükünü açıb on səkkiz tənəfli çadırı
açdı. Qardaşları, qayınları çadırı qurdu, həyat yoldaşı Tərlan
xanım xurcunu atın belinnən yendirib, çadır qurulana kimi
samovarı çıxardı, kömürlə doldurdu, süfrə hazırlamağa
başladı. Samovar zümzüməsinə başladı. Tərlan xanım çayını
dəmləyib, samovarın dəmkeşinə qoydu. Xurcundan yağ –
şor, südlü yuxa, yağlı bozdamac, sacarası çıxarıb süfrüyə
düzdü. Aşıq Cəfərin bir sözü iki olmazdı. Obanın
ağsaqqallarını, dost, tanışını yığdı süfrənin başına, başladılar
şirin
kamlıxla
yeməyə.
Obanı
çobanyastığının,
novruzgülünün, yarpızın, kəklikotunun, nanənin qoxusu
bürümüşdü. Keçmə dağın əvəlih qovurmasınnan. Bulaxlarda
lilpar yarpağı pöhrə vururdu. Qız – gəlin yığılıb dolma
bükərdi. Qayaların dibində quzuqulağını, keçiməməsini
yeməklə doymax olmurdu. Nahara göbələk qovurması,
üstünnən də kəklikotu çayı, soyuq dəyməsi olana, başı
Dostları ilə paylaş: |