459
Aşıq Məmmədcəфər:
Gözəl, gəl artırma dərdim, amandı,
Salıbsan boynuma sevda kəməndi,
Matahım duz deyil, yaqut–Yəməndi,
Sən xiridarsan, mən tüccarə gəlmişəm!
Lakin Səhnə xanım usta tərpənib qaфiyədən dönmür
və yenə də əvvəlki qaфiyə üstündə Məmmədcəфərə deyir.
Səhnə xanım:
Kərəm kimi cismü canın alışır,
Eşqin atəşindən ciyərin pişir,
Karvan adamısan, güzarın düşür,
Aclığın var, bəlkə nanə gəlibsən!
Aşıq Məmmədcəфər:
Ərvahım ərvaha, uruфum nəcib,
Pirim Şahi–Mərdan doyursun acı,
Bir dərdə düşmüşəm, yoxdur əlacı,
Sən təbibsən, mən dərmanə gəlmişəm!
Səhnə xanım:
Dürüst danış, dürüst söylə sözünü,
Pərvanə tək oda salma özünü,
460
Yəqin bil, oydurram iki gözünü,
Qəza tutub, bu meydanə gəlibsən!
Aşıq Məmmədcəфər:
Əslim Kəlфirlidir, yerim Naxçıvan,
Bir ərzim var Mehdi xanə, gəlmişəm.
Zəlxa vurub məni, salıb dərbədər,
Yusiф deyər o zindanə gəlmişəm!
Səhnəxanım:
Səhnə deyər yandı mənim iqbalım,
Əzəl ibtidadan bəd vurdu фalım,
Gələn aşıq, səndən bir xəbər alım,
Haçan dini–müsəlmanə gəlibsən?!
Aşıq Məmmədcəфər:
Cəфərə əmr oldu ərşi–əladən,
Zərreyi–xurşiddə keçdik vəladən,
«Ələsti–rəbbi–küm» qalu bəladən,
Şükür, dini–müsəlmanə gəlmişəm!
Məmmədcəфərin bu cür hazırcavablığını görən
Səhnə xanım onun müqabilində daha söz tapa bilmir. Lakin
qızlıq qüruru ona birdən–birə təslim olmağa imkan vermir.
Odur ki, Səhnə xanım Məmmədcəфərə «daldaya düşəndə»
461
sevgidən danışıb sevişməyi, «aşkarada» camaat arasında isə
«ədavətdən» danışıb deyişməyi məsləhət görür.
Səhnə xanım:
Iki sevgi bir araya varanda,
Gəl oturaq sədaqətdən danışaq.
Daldaya düşəndə üzündən öpüm,
Aşkarada ədavətdən danışaq!
Səhnə deyər ləblərimdə bal mənim,
Tirmə mənim, atlas mənim, şal mənim,
Sən xirdar ol, matahımı al mənim,
Tacir olaq, ticarətdən danışaq!
Dəvəçi Heydər
Dəvəçı Heydər Şərur–Dərələyəz mahalının Dərəli
kəndində yaşayıb.
AÇILIR
Iki sevgi bir araya gələndə,
Sanasan behiştdə güllər açılır.
Bir–birinə nazü qəmzə edəndə,
Utana–utana dillər açılır.
Atlas zər–zibadan geyib əyninə,
462
Qızıl həmayili salıb boynuna,
Istədim ki, əl uzadam qoynuna,
Öz–özünə düymələri açılır.
Mən Heydərəm, mənzil oldu iraxlar,
Yar evində yanar şamü çıraxlar,
Iki həsrət bir–birini qucaxlar,
Axar gülab kimi sellər açılır.
Aşıq Əli Xanxanım oğlu **
Aşıq Əli Xanxanım oğlu XIX əsrdə Sədərək
kəndində yaşamış el aşıqlarındandır. Onun həyat və
yaradıcılığı haqqında müfəssəl məlumat olmasa da,
yaddaşlarda yaşayan söhbətlər, rəvayətlər, şeirlər aşıq Əli
Xanxanım oğlunun hazırcavab, mərd, kamil bir sənətkar
olduğunu göstərir.
Aşan yollar yar yanına gedirmi?
Qarşıda dayanan Ucubiz dağı,
Aşan yollar yar yanına gedirmi?
Gözəllər yığınağı – Qızlar bulağı,
Aşan yollar yar yanına gedirmi?
Aparıb ayağım darvaza daşı,
Sinəmi çürüdüb gözümün yaşı.
Səndən xəbər alım yoxuşun başı,
Aşan yollar yar yanına gedirmi?
463
Hamıdan gözəldi əmimin qızı,
Elə bil doğubdu bir dan ulduzu.
Səndən xəbər alım, Kərkinin düzü,
Aşan yollar yar yanına gedirmi?
Toyu çalın, yarım tutsun oyunu,
Bir görərdim qamətini, boyunu.
Yedik, içdik xan Kərkinin suyunu,
Aşan yollar yar yanına gedirmi?
Çəkilsin üstündən haramı, yağı,
Olsun hər tərəfin gözəl yığınağı.
Pənahım sənədir Ələkuçan dağı,
Aşan yollar yar yanına gedirmi?
Gəldik çıxdıq Əyricənin belinə,
Durub baxdıq Ələsgərin elinə,
Heyran qaldıq çiçəyinə, gülünə,
Aşan yollar yar yanına gedirmi?
Nə uzun daldalar
Məxmər çuxa geyib, qolları nazik,
Dəstinə yaraşır gümüş bilərzik,
Veriblər xoryada, olubdu yazıq,
Nə uzun daldalar, nə sinə bağlar.
Məxmər çuxa geyib, ucu dizindən,
Doymaq olmur bunun ala gözündən,
Bir gözəl törəyib urum qızından,
Nə uzun daldalar, nə sinə bağlar.
Allahım veribdi, bu da bir paydı,
464
Ördəyin məskəni çəməndi, çaydı,
Asnılı Əlini çarvadar saydı,
Nə uzun daldalar, nə sinə bağlar.
Gülalı Məmməd **
XIX əsrdə Naxçıvanın Şərur mahalında yaşamış el
aşığıdır.
Qurban olduğum
Ağ əllərin oynar bağda gül ilə,
Dindirərəm səni şirin dil ilə.
Qapında əylənib qallam il ilə,
Oyan, gözlərinə qurban olduğum.
Bahar olcaq baxçanıza bar gələr,
Payız olcaq dağınıza qar gələr.
Səndən ayrı düşmək mənə ar gələr,
Oyan, gözlərinə qurban olduğum.
Gülalı Məmmədəm, qadan alayım,
Ölməyəyim, qol boynuna salayım.
Istərsən qapında qulun olayım,
Oyan, gözlərinə qurban olduğum.
Çobankərəli Cəfər **
Dostları ilə paylaş: |