79
Göygöl **
Rəvayətə görə bir çoban Göy gölün ətrafındakı səfalı
yaylaqda qoyun otarırmış. Sürüdəki qoyunların qoca gələn
vaxtıymış. Amma çobanın qoçu yoxuymuş. Odur ki, Allahdan
arzu edir ki, ona qoç yetirsin, qoyunları qısır qalmasın.
Qarşıdan gələn il yaylağa gələndə gölün kənarında bir qurban
kəssin. Bir az keçmir ki, yer, göy titrəyir. Göy göl bərk
təlatümə gəlir. Göldən bir ağ, bir qara qoç çıxıb sürüyə qarışır.
Az keçir, qoçlar qayıdıb suya girirlər. Çobanın sevinci yerə –
göyə sığmır.
Vaxt gəlib çatanda sürüdəki qoyunların hamısı
quzulayır. Heyvanların sayı birə – iki çoxalır. Il dolanır, yenə
yaylaq vaxtı çatır. Çoban quzuları da analarının yanında sərin
Göygöl yaylağına gətirir.
Bəli, bir gün sürü çəmənliyə yayılıb şirin –şirin
otlayırdı. Çoban da həvəslə gah sürüyə, gah da Göy gölə
tamaşa edirdi. Birdən yadına düşdü ki, keçən ilki vədinə görə
gölün kənarında qurban kəsməlidir.
80
Çoban sürüdəki heyvanlarına qıymadı. Yerdən bir
həşərat tutub öldürüb dedi ki, bu da buranın qurbanı. Çoban
bunu demişdi ki, yenə yer – göy titrədi. Göy göl təlatümə gəldi.
Keçən ilki qoçlar göldən çıxdı. Bir göz qırpımında sürünü
döşləyib gölə tökdü.
Çoban başına döyə – döyə qaldı. Dediyinə peşman oldu.
Itini yanına salıb gölün qırağına gəldi, heç nə görmədi.
Deyilənə görə, çobanla iti o qədər durub baxdılar ki,
şəkilləri həmişəlik düşüb suda qaldı.
Ilandağ **
Rəvayətə görə, dünyada iki ilanlar padşahı varmış.
Bunlardan biri Naxçıvanın Əlincə çayındakı Ilandağda, biri də
Iranın Diri dağında imiş. Ilanlar padaşahlarının böyük mülkü,
tükənməz xəzinələri varmış. Ancaq bu mülk, xəzinə Irandakı
ilanlar padşahına az görünürmüş. Tamah güc gəlib onu qonşu
malına şirnikdirirmiş.
81
Bir gün Irandakı ilanlar padşahı güclü qoşunla Araz
çayını keçib Ilandağa hücum edir. Ölüm – dirim vuruşması
başlanır. Onlar bir – birini didib dağıdır, boğub öldürürmüşlər.
Ilanların qanı dərələrdə selə dönür, Əlincə çayıyla Araz çayına
qarışır, suları qızardır.
Ilandağdakı ilanlar sayca çox olan düşmənə qarşı
mərdliklə vuruşub, yeddi gün, yeddi gecə çəkən qanlı döyüşdə
qalib gəlirlər. Onlar düşməni sıxışdırıb, qovurlar.
Deyilənə görə, ilanların qanlarının qızartısı indi də
Ilandağının qayalarında, bir də yanındakı təpələrdə görsənir.
Yalqız ağac **
Belə deyirlər ki, keçmişdə Ordubadın Nüsnüs kəndində
gözəlliyilə aləmə səs salan sərv boylu yoxsul bir qız var imiş.
Qızın qumral gözləri, qapqara uzun saçları çox cavanların
canına od salıbmış. Ancaq qızın ürəyinə yatanı olmadığından
heç kimə razılıq vermirmiş.
Bir gün varlı bir bəy qızın gözəlliyini görüb ona elçi
göndərir. Qız ona da razılıq vermir. Bundan qəzəblənən bəy
and içir ki, o qızı ya zorla alacaq, ya da ona elə bir divan
tutacaq ki, ölüncə dadı damağından getməsin. Bəy nökər –
nayıbını da başına yığıb kəndə gəlir. Bu xəbəri eşidən qız baş
götürüb dağlara qaçır. Bəy də adamlarıyla qızın arxasınca
dağlara gedir. Qızı tuta bilməyəcəyini görən bəy, ox atıb onu
ağır yaralayır.
Çox qan itirib taqətdən düşən qız Nüsnüsün başı
üstündəki dağda bir annığa dayanır, yarpaq kimi saralan üzünü
sonsuz göylərə tutub Allahdan aman istəyir. Zavallı qız azğın
bəylə onun adamlarının gözləri önündə "Yalqız ağac"a dönür.
Sonralar camaat uzun müddət "Yalqız ağac"a sitayiş
etmişdir. Altında tonqal qalamış, qurban kəsmişlər.
Öz qəmli görkəmiylə adamı heyrətdə qoyan "Yalqız
ağac" nə quruyur, nə böyüyür, nə də solur. Həmişəyaşıl qalır.
82
Onun yarpağını qopartmaq, budaqlarının kəsmək, sındımaq
olmaz. Guya "Yalqız ağac"ın yarpağını, ya da budağını qırsan,
həmən yerdən qan axar.
Oğlanqala – qızqala **
Arpaçay vadisində iki tayfa yaşayırmış. Bu tayfalar
həmişə torpaq üstə davı salarmış. Bunlardan biri Muğanlı, o
biri də Aranlı tayfası adlandırmış Muğanlı tayfa başçısının igid
bir oğlu, Aranlı başçısının gözəl bir qızı varmış. Bir günləri
oğlan bu tayfadan, qız da o tayfadan çayın qırağına yenirlər.
Uzaqdan – uzağa bir könüldən min könülə bir – birinə aşiq
olurlar. Oğlan çayı üzüb qızın yanına keçir. Görüşürlər, bir –
birinə könül verib, əhd – peyman bağlayırlar. Heç kəs bilməsin
deyə hər gün gecə görüşməyi qərarlaşdırırlar. Şərtləşirlər ki,
görüşdən qabaq oğlan o tayda Qaratəpə dağında tonqal
qalamalıdı, qız da bu tayda. Aralarında söz kəsirlər ki, kim
əhdə vəfasız çıxsa özün tonqalda yandırsın.
Bu yolla onlar çox görüşürlər. Bir gün oğlan tonqal
qalayıb gözləyir. Görür o tayda tonqal yanmır. Ikinci gecə də
belə keçir. Üçüncü gün oğlan qızın toyu olduğunu eşidir.
Anlayır ki, sevgilisi əhdinə vəfasız çıxıb. Gen dünya oğlana dar
gəlir. Fikirləşir ki, bundan sonra onun yaşamağı nə yaşamaqdı.
Özünü qaladığı tonqala atır. Amma vəfasız olmadığından odda
yanmır. Ağ bir daşa dönür.
Deyilən görə, o vaxtdan el arasında bura Oğlanqala,
qızın yaşadığı yer də Qızqala adlanır. Camaat indi də Axır
çərşənbədə Ağ daşda od qalayır, oranı müqəddəs yer kimi
tanıyır.
Qırxlar **
Keçmişdə düşmən hücum edəndə qız – gəlini əlçatmaz,
ünyetməz uca bir dağın başına yığırmışlar.
Günlərin birində düşmən yenə hücum edəndə qırx
incəbel qızı dağın başına çıxarırlar. Aşağıda qızğın döyüş
Dostları ilə paylaş: |