Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   19   20   21   22   23   24   25   26   ...   135

 

 

79 



 

Göygöl ** 

 

 

Rəvayətə  görə  bir  çoban  Göy  gölün  ətrafındakı  səfalı 



yaylaqda  qoyun  otarırmış.  Sürüdəki  qoyunların  qoca  gələn 

vaxtıymış. Amma  çobanın qoçu  yoxuymuş. Odur ki, Allahdan 

arzu  edir  ki,  ona  qoç  yetirsin,  qoyunları  qısır  qalmasın. 

Qarşıdan  gələn  il  yaylağa  gələndə  gölün  kənarında  bir  qurban 

kəssin.  Bir  az  keçmir  ki,  yer,  göy  titrəyir.  Göy  göl  bərk 

təlatümə gəlir. Göldən bir ağ, bir qara qoç çıxıb sürüyə qarışır. 

Az  keçir,  qoçlar  qayıdıb  suya  girirlər.  Çobanın  sevinci  yerə  – 

göyə sığmır. 

Vaxt  gəlib  çatanda  sürüdəki  qoyunların  hamısı 

quzulayır.  Heyvanların  sayı  birə  –  iki  çoxalır.  Il  dolanır,  yenə 

yaylaq vaxtı çatır. Çoban quzuları da analarının  yanında sərin 

Göygöl yaylağına gətirir. 

Bəli,  bir  gün  sürü  çəmənliyə  yayılıb  şirin  –şirin 

otlayırdı.  Çoban  da  həvəslə  gah  sürüyə,  gah  da  Göy  gölə 

tamaşa  edirdi.  Birdən  yadına  düşdü  ki,  keçən  ilki  vədinə  görə 

gölün kənarında qurban kəsməlidir. 




 

 

80 



Çoban  sürüdəki  heyvanlarına  qıymadı.  Yerdən  bir 

həşərat  tutub  öldürüb  dedi  ki,  bu  da  buranın  qurbanı.  Çoban 

bunu demişdi ki, yenə yer – göy titrədi. Göy göl təlatümə gəldi. 

Keçən  ilki  qoçlar  göldən  çıxdı.  Bir  göz  qırpımında  sürünü 

döşləyib gölə tökdü. 

Çoban başına döyə – döyə qaldı. Dediyinə peşman oldu. 

Itini yanına salıb gölün qırağına gəldi, heç nə görmədi. 

Deyilənə  görə,  çobanla  iti  o  qədər  durub  baxdılar  ki, 

şəkilləri həmişəlik düşüb suda qaldı.  

 

Ilandağ ** 

 

 



Rəvayətə  görə,  dünyada  iki  ilanlar  padşahı  varmış. 

Bunlardan biri Naxçıvanın Əlincə çayındakı  Ilandağda, biri də 

Iranın  Diri  dağında  imiş.  Ilanlar  padaşahlarının  böyük  mülkü, 

tükənməz  xəzinələri  varmış.  Ancaq  bu  mülk,  xəzinə  Irandakı 

ilanlar  padşahına  az  görünürmüş.  Tamah  güc  gəlib  onu  qonşu 

malına şirnikdirirmiş. 




 

 

81 



Bir  gün  Irandakı  ilanlar  padşahı  güclü  qoşunla  Araz 

çayını  keçib  Ilandağa  hücum  edir.  Ölüm  –  dirim  vuruşması 

başlanır. Onlar bir – birini didib dağıdır, boğub öldürürmüşlər. 

Ilanların qanı dərələrdə selə dönür, Əlincə çayıyla Araz çayına 

qarışır, suları qızardır. 

Ilandağdakı  ilanlar  sayca  çox  olan  düşmənə  qarşı 

mərdliklə vuruşub, yeddi gün, yeddi gecə çəkən qanlı döyüşdə 

qalib gəlirlər. Onlar düşməni sıxışdırıb, qovurlar. 

Deyilənə  görə,  ilanların  qanlarının  qızartısı  indi  də 

Ilandağının qayalarında, bir də yanındakı təpələrdə görsənir. 

 

Yalqız ağac ** 

 

Belə deyirlər ki, keçmişdə Ordubadın Nüsnüs kəndində 



gözəlliyilə  aləmə səs  salan sərv boylu  yoxsul  bir qız var imiş. 

Qızın  qumral  gözləri,  qapqara  uzun  saçları  çox  cavanların 

canına  od  salıbmış.  Ancaq  qızın  ürəyinə  yatanı  olmadığından 

heç kimə razılıq vermirmiş. 

Bir  gün  varlı  bir  bəy  qızın  gözəlliyini  görüb  ona  elçi 

göndərir.  Qız  ona  da  razılıq  vermir.  Bundan  qəzəblənən  bəy 

and  içir  ki,  o  qızı  ya  zorla  alacaq,  ya  da  ona  elə  bir  divan 

tutacaq  ki,  ölüncə  dadı  damağından  getməsin.  Bəy  nökər  – 

nayıbını  da başına  yığıb  kəndə  gəlir.  Bu xəbəri  eşidən qız baş 

götürüb  dağlara  qaçır.  Bəy  də  adamlarıyla  qızın  arxasınca 

dağlara  gedir.  Qızı  tuta  bilməyəcəyini  görən  bəy,  ox  atıb  onu 

ağır yaralayır. 

Çox  qan  itirib  taqətdən  düşən  qız  Nüsnüsün  başı 

üstündəki dağda bir annığa dayanır, yarpaq kimi saralan  üzünü 

sonsuz  göylərə  tutub  Allahdan  aman  istəyir.  Zavallı  qız  azğın 

bəylə onun adamlarının gözləri önündə "Yalqız ağac"a dönür. 

Sonralar  camaat  uzun  müddət  "Yalqız  ağac"a  sitayiş 

etmişdir. Altında tonqal qalamış, qurban kəsmişlər. 

Öz  qəmli  görkəmiylə  adamı  heyrətdə  qoyan  "Yalqız 

ağac"  nə  quruyur,  nə  böyüyür,  nə  də  solur.  Həmişəyaşıl  qalır. 




 

 

82 



Onun  yarpağını  qopartmaq,  budaqlarının  kəsmək,  sındımaq 

olmaz. Guya "Yalqız ağac"ın yarpağını, ya da budağını qırsan, 

həmən yerdən qan axar. 

 

Oğlanqala – qızqala ** 

Arpaçay  vadisində  iki  tayfa  yaşayırmış.  Bu  tayfalar 

həmişə  torpaq  üstə  davı  salarmış.  Bunlardan  biri  Muğanlı,  o 

biri də Aranlı tayfası adlandırmış Muğanlı tayfa başçısının igid 

bir  oğlu,  Aranlı  başçısının  gözəl  bir  qızı  varmış.  Bir  günləri 

oğlan  bu  tayfadan,  qız  da  o  tayfadan  çayın  qırağına  yenirlər. 

Uzaqdan  –  uzağa  bir  könüldən  min  könülə  bir  –  birinə  aşiq 

olurlar.  Oğlan  çayı  üzüb  qızın  yanına  keçir.  Görüşürlər,  bir  –

birinə könül verib, əhd – peyman bağlayırlar. Heç kəs bilməsin 

deyə  hər  gün  gecə  görüşməyi  qərarlaşdırırlar.  Şərtləşirlər  ki, 

görüşdən  qabaq  oğlan  o  tayda  Qaratəpə  dağında  tonqal 

qalamalıdı,  qız  da  bu  tayda.  Aralarında  söz  kəsirlər  ki,  kim 

əhdə vəfasız çıxsa özün tonqalda yandırsın. 

Bu  yolla  onlar  çox  görüşürlər.  Bir  gün  oğlan  tonqal 

qalayıb  gözləyir.  Görür  o  tayda  tonqal  yanmır.  Ikinci  gecə  də 

belə  keçir.  Üçüncü  gün  oğlan  qızın  toyu  olduğunu  eşidir. 

Anlayır ki, sevgilisi əhdinə vəfasız çıxıb. Gen dünya oğlana dar 

gəlir. Fikirləşir ki, bundan sonra onun yaşamağı nə yaşamaqdı. 

Özünü qaladığı tonqala atır. Amma vəfasız olmadığından odda 

yanmır. Ağ bir daşa dönür. 

Deyilən  görə,  o  vaxtdan  el  arasında  bura  Oğlanqala, 

qızın  yaşadığı  yer  də  Qızqala  adlanır.  Camaat  indi  də  Axır 

çərşənbədə  Ağ  daşda  od  qalayır,  oranı  müqəddəs  yer  kimi 

tanıyır. 

 

Qırxlar ** 

Keçmişdə düşmən hücum edəndə qız – gəlini əlçatmaz, 

ünyetməz uca bir dağın başına yığırmışlar. 

Günlərin  birində  düşmən  yenə  hücum  edəndə  qırx 

incəbel  qızı  dağın  başına  çıxarırlar.  Aşağıda  qızğın  döyüş 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə