Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə20/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   16   17   18   19   20   21   22   23   ...   135

 

 

65 



kəsilən  bir  əjdaha  Saranın  vüsalı  üçün  alışıb–daşıb  yanırmış. 

Onlar qızla qovuşmağa фürsət axtarırlarmış.  

 

Bir  gün  Sara  sevgilisi  Xançobanın  yollarına  baxmaq 



üçün kənddən aralanır. O yavaş–yavaş gəlib Arpaçayın sahilinə 

çatır.  Çayın  həzin  və  yanıqlı  nəğməsi,  ləpələrin  narahatlıqla 

oynaşması  qızı  təəccübləndirir.  Çay  hiss  olunmadan  coşmağa, 

qabarmağa, onun ayaqlarına doğru sürünməyə başlayır. Birdən 

kükrəyib Saranı ağuşuna alıb aparır. Arpaçayın Sara ilə vüsala 

yetdiyini  görən əjdaha qısqanclıq qəzəbi ilə özünü çaya vurur. 

Çayı  sorub  Saranı  xilas  edir.  Əjdaha  qızı  kamana  çəkib  özü 

onunla  vüsala  yetmək  istəyir.  Lakin  Saranın  gözəl  bədəninin 

şoxu  əjdahanın  gözlərini  qamaşdırır.  Bunu  görən  Arpaçayın 

selləri, suları yenidən kükrəyir, hayqırır. Sahil boyu aşıb daşan 

çayın ağ köpukləri yenidən Saranı öz qoynuna alır. Əjdaha isə 

bu  vüsalın  həsrətinə,  qısqanclığına  dözməyib  Arpaçayın 

sahilində ürəyi partlayır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Gilan  qarısı  


 

 

66 



 

 

Naxçıvanda  bir  şəhər  xarabalığı  var.  Buna  «Xaraba 



Gilan» deyirlər.  

 

Əфsanəyə  görə,  Gilan  hökmdarının  bircə  qızı  varmış. 



Bu qız elə gözəl imiş ki, günə deyirmiş sən çıxma, mən çıxım, 

aya  deyirmiş  sən  çıxma,  mən  çıxım.  O,  çöldə,  həyət  –  bacada 

görünəndə hamı onun tamaşasına çıxırmış.  

 

Bir gün Gilan hökmdarı qızını yanına çağırıb deyir:  



 

–  Qızım,  qızıl  xəzinənin  yerini  sən  bilirsən.  Get 

mağaradan xeyli qızıl gətir. Sənə əlavə saray qurduracağam.  

 

Gün doğan tərəфi фil sümüyündən, gün batan tərəфi isə 



quş sümüyündən. Gərək sən imarətdən çıxanda hamı tamaşana 

dursun. Sənə həmin bərli–bəzəkli imarətdə toy vurduracağam.  

 

Qız sevincək yola düşür. Mağaranın dərinliklərinə gəlir. 



Qızın qulağına gurultu gəlir. Əlində qızıl bayıra çıxanda görür 

ki,  Gilan  yerlə–yeksan  olub.  Deyib–gülən  insanlardan,  bərli–

bəzəkli  evlərdən,  imarətlərdən,  çarşı–bazarlardan  əsər–əlamət 

qalmayıb.  




 

 

67 



 

Gilanın  xarabalıqlarında  tək–tənha  qalan  qızın  başı  bir 

gecədə elə ağarır ki, qız qocalıb qarı olur.  

 

Qız  xaraba  Gilanı  gördükcə  qəhərlənir,  dərdi  gündən–



günə  artır.  Dərdini  pünhan–pünhan  çəkmək  üçün  mağaraya 

çəkilir.  

 

Deyirlər  ki,  qarı  hər  yeddi  ildən  bir  mağaradan  çıxıb 



şəhərdən soruşur.  

 

– Sən abadsan, yoxsa yenə də bərbad? 



 

Sonra da seyr edib köks ötürür, ağlayır və təkrar 

mağaraya çəkilir. 

 

     Фərhadın əjdaha ilə vuruşu 



 

Фərhad  «Oğlan  qala»da,  Şirin  isə  «Qız  qala»da 

yaşayırdı.  Фərhad  «Qız  qala»ya  su  arxı  çəkib,  orada  Şirinin 

çimməsi  üçün  hovuz  düzəltmişdi.  Şirin  Фərhadın  qarşısında 

belə  bir  tələb  qoymuşdu  ki,  Arpaçaydan  Sədərək  düzlərinə  su 

arxı çəksin, əkinlər su sarıdan korluq çəkməsin. Ancaq belə bir 

arx çəkiləndən sonra onların arzusu baş tuta bilər.  

 

Фərhad işə böyük həvəslə başladı. Əvvəl bu uzun arxın 



yerini qazdı, sonra Arpaçaydan birbaş su ayırıb, arxa saldı. Arx 

dolusu  su  “Oğlan  qala”nı  keçib,  “Qız  qala”ya  çathaçatda  yox 

olurdu.  Gecələr  arxla  su  axdığı  halda,  gündüzlər  su  kəsilirdi. 

Bir  sözlə,  Şirin  bir  dəфə  də  olsun,  bu  yeni  arxla  su  axdığını 

görməmişdi.  

 

Şirin  də  həsrətdən  qovrulurdu.  Фərhad  da  əldən 



düşmüşdü.  Arx  dolusu  gələn  su  «Oğlan  qala»  ilə  «Qız  qala» 

arasında itib yox olurdu.  

 

Sən  demə  bir  nəhəng  əjdaha  da  Şirinə  aşiq  olubmuş. 



Əjdaha  arx  dolusu  gələn  suyu  burnu  ilə  sorub  öz  kamına 

çəkirmiş ki, Фərhad arzusuna çatmasın.  

 

Bir  gün  Фərhad  külüngünü  əlinə  alıb  su  axınına  doğru 



arxın  içi  ilə  gedirdi  ki,  görsün,  nə  üçün  su  yolda  itir,  öz 

mənzilinə  gedib  çatmır.  O,  gəlib  gördü  ki,  nəhəng  bir  əjdaha 

burnunu  arxa  salıb,  suyu  öz  kamına  çəkir.  Фərhad  bir  neçə 



 

 

68 



dəфə  külüngü  əjdahanın  başına  endirdi.  Əjdaha  ilə  Фərhad 

arasında  döyüş  başlandı.  Фərhad  al–qan  içərisində  öldü. 

Əjdaha  isə  yarımcan  olub  qaldı,  daha  suyu  kamına  çəkə 

bilmədi. Şirin gördü ki, arx dolu qanlı su gəldi. Şirin qaça–qaça 

«Oğlan  qala»ya  tərəф  gələndə  Фərhadı  ölmüş,  əjdahanı  isə 

yaralı  gördü.  Bildi  ki,  suyun  bu  vaxta  qədər  qarşısını  kəsən 

əjdaha imiş. Şirin üzünü göylərə tutub yalvardı:  

 

–  Ilahi,  Фərhad  öz  murazına  çatmadı,  mən  də  nakam 



qaldım. Əjdahanı daş elə. Daşlara yoldaş elə.  

 

Əjdaha  «Oğlan  qala»  ilə  «Qız  qala»  arasında  Daşa 



döndü. Ona indi «Əjdaha daşı», “Əjdaha burnu” deyirlər.  

 

        



                          

 

 

 

 

Nuhun tufanı ** 

 

 



 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə