Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   15   16   17   18   19   20   21   22   ...   135

 

 

62 



 

 

 



Qara gözlü, qələm qaşlı, 

 

 



 

Apardı sellər Saranı,  

 

 

 



Bir ala gözlü balanı.  

 

 



Çay qızı 

 

 

Muğan  adlanan  bir  kənddə  iki  gənc  yaşayırdı. 



Bunlardan  biri  qoçaq  bir  cavan  olan  Sarvan,  o  birisi  isə 

Muğanın  yaraşığı  Gözəl  idi.  Bunlar  yenicə  evlənmiş,  kasıb 

olsalar da çox mehriban bir ailə qurmuşdular.  

 

Gözəl  və  Sarvan  Arpaçayın  sahilində  boya–başa 



çatmışdılar.  Gözəl  Arpaçayın  zəriф,  incə  qızı  kimi  ad 

çıxarmışdı.  Sarvan  da  Muğanda  at  çapmaqda,  qılınc 

oynatmaqda şöhrət qazanmışdı.  

 

Muğan  camaatı  əkinçilik  və  bənnalıqla  məşğul  olurdu. 



Sarvan  özünü  xoşbəxt  sayırdı.  Çünki  bütün  Muğan  onu  sevir, 

ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.  

 

Aylar,  illər  keçdi.  Gözəl  hamilə  oldu.  Doqquz  ay, 



doqquz gün, doqquz saat, doqquz dəqiqə keçəndən sonra Gözəl 

dünyaya  bir  qız  gətirdi.  Gəlin  ana  qızı  olduğunu  görüb  çox 

sevindi. Ancaq zahı çox zəiф idi, getdikcə halı pisləşirdi.  

 

Bütün  Muğanın  biliciləri  tökülüşüb  gəldilər.  Amma 



gəlinə heç bir köməklik edə bilmədilər.  

 

Gözəl ölüm yatağına düşdüyünü duyub Sarvanı yanına 



çağırdı, dedi:  

 

–  Əzizim,  Sarvanım,  mənim  səndən  bir  xahişim  var, 



qulaq as deyim.  

 

Məndən  sonra  evlənəcəksən  evlən,  amma  qoyma 



balamı  incitsinlər.  Mən  ömürdən  yarımadım,  osa  yarısın. 

Körpəmizə  hələ  də  ad  qoyulmayıb.  Adını  mən  verdim,  yaşını 

yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırsın.  

 

Mənim  sözüm  bu  idi…  indi  də  balamı  gətir,  qoy 



sonuncu dəфə onunla görüşüm.  


 

 

63 



 

Sarvan  tez  Saranı  gətirib  Gözələ  vermək  istədi.  Amma 

yetişmədi…  Gözəl  artıq  gözlərini  əbədi  yummuşdu.  Sarvan 

ağladı,  ürəyində  ağladı…  Sara…  balaca  məsum  körpə  də  elə 

bil  anasının  ölümünü  duyub  atasına  qoşuldu,  bərkdən  qışqıra–

qışqıra ağladı.  

 

Ən ağır dəqiqələrində körpəsinin səsini eşitcək gözlərini 



açan Gözəl, bu dəфə Sarvanın qışqırmasına cavab vermədi.  

 

Bala səsini eşitmədi.  



 

Gözəli torpağa tapşırdılar.  

 

Sarvan  Gözəlin  hər  dediyini  etdisə  də  evlənmədi.  O, 



Saranı  qayğısız  böyütməyə  çalışırdı.  Sara  evdə  oturmur,  tez–

tez  Arpaçayın  sahilinə  gəlirdi.  Qız  heç  kəslə  oynamır,  yalnız 

Arpaçayla oynayırdı. Arpaçay da sanki Saraya öyrəşmişdi, qız 

sahilə  gəlməyəndə  kədərlənir,  sakit–sakit  axır,  gələndə  isə 

sevincindən  aşıb–daşırdı.  Bütün  Muğan  camaatı  bu  qızı 

görəndə Gözəli xatırlayıb deyirdi:  

 

–  Sara  lap  elə  Gözəlin  özüdür  ki,  durub.  Torpağı  sanı 



yaşasın.  

 

–  Gözəl  də  uşaq  çağlarını  Arpaçayın  sahilində  keçirib, 



Sara da.  

 

– Gözəl də Muğan Gözəli idi, Sara da.  



 

Belə  deyənlər  çox  idi.  Amma  heç  kəs  istəmirdi  ki, 

Saranın həyatı Gözəlin həyatına oxşasın. Odu ki, deyirdilər:  

 

– Surətdə oxşayıb, baxtda oxşamasın. Beləcə Sara qayğı 



bilmədən  Arpaçayın  sahilində  oynaya–oynaya  böyüdü.  Qızlar 

bulağından su içdi.  

 

Qızı istəyən çox idi. Sara bu cavanların içində gözəl bir 



gənci sevdi.   Xançoban  çobanlıq  edirdi.  Onu  bütün  Muğan 

camaatı sevirdi, çox qızlar gizli–gizli onun həsrətini çəkirdi, o 

isə  təkcə  Saranı  sevirdi.  Kəndin  mötəbər  qocaları  Saranın 

atasına  elçi  düşdü.  Ata  qızının  razılığı  ilə  onu  Xançobana  ərə 

verdi.  

 

Muğan  düzünə  yaz  gəldi.  Xançoban  sürüsünü  yaylağa 



aparmalı oldu. O, Sarası ilə görüşüb ayrılanda, təzə gəlin ondan 


 

 

64 



üzülüşmək  bilmədi,  ağladı,  Xançoban  bundan  kədərləndi  və 

soruşdu.  

 

–  Mənim  Saram,  sən  axı  niyə  ağlıyırsan?  Bir–iki 



gündən sonra qayıdıb səni də aparacağam.  

 

Sara dedi:  



 

– Heç özüm də bilmirəm niyə ağlıyıram… səndən ayrıla 

bilmirəm,  ürəyimə  damıb  ki,  sən  gedəndən  sonra  bir  bədlik 

olacaq. Bəlkə bir də səni görməyəcəyəm, ondan qorxuram.  

 

Xançoban güldü və Saranın ipək tellərini sığalladı:  



 

– Qorxma, gülüm, – dedi, – heç nə olmaz.  

 

Çoban sürünü çəkib dağlara getdi.  



 

Sara  Xançobanı  yola  salandan  sonra  köhnə  dostu 

Arpaçayın sahilinə gəldi, oturub фikrə daldı.  

 

Bu  vaxt  ölkənin  xanı  çayın  qırağından  keçəndə  Saranı 



gördü, durdu, hərisliklə qıza tamaşa etməyə başladı.  

 

Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə 



gördü.  Saranı  qısqandı.  Bu  yad  baxışlardan  qəzəbləndi,  aşdı–

daşdı,  Saranı  öz  qoynuna  aldı,  apardı,  Sara  da    heç  nə 

olmayıbmış kimi sakit–sakit axmağa başladı.  

 

Bütün  Muğan  camaatı  tökülüb  gəldi.  Saranı  oturduğu 



yerdə  görməyib  kədərləndilər.  Ürəklərinin  ağrısı  qəmli  bir 

mahnıya çevrildi… o gündən həmin mahnı dillər əzbəri oldu:  

 

 

 



Arpa çayı aşdı–daşdı,  

 

 



 

Sel Saranı aldı qaşdı…  

   

Sara, Arpaçay və əjdaha 

 

 

Deyilənlərə görə, Sara çox gözəl imiş. Sərv boylu, incə 



belli,  ağ  buxağlı,  alma  yanaqlı  Saranın  bədənində  Günəş  şoxu 

kimi heyrətli bir işıq varmış.  

 

Qızın çoxlu aşiqi, dəli–divanəsi candan keçibmiş. Lakin 



Sara öz ürəyini Xançobana vermişmiş.  

 

Saranın  gözəlliyinə  təbiət  də  vurğun  imiş.  Rəvayətə 



görə zaman–zaman kükrəyib daşan Arpaçay və onunla düşmən 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə