Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə15/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   11   12   13   14   15   16   17   18   ...   135

 

 

45 



*  Gözümüzünən  nə  görürüxsə,  hamısının  əyəsi  var.  Bı 

əyələr  bizə  görsənməz.  Bizdən  yeylər  də  görünmür.  Əncax 

əyələrinən bizdən yeylərin arasında fərq var. Bizdən yeylər heş 

bir  şeyin  sahabı  dəyil.  Əncax  əyələr  nəyin  əyəsidisə,  onun  da 

sahabıdı,  özü  də  onda  yaşıyır.  Məsəltün,  bəğ  əyəsi  bəğin 

sahabıdı,  bəğdə  də  yaşayır.  Ta  suda,  yaxud,  dəğdə  bəğ  əyəsi 

olmaz.  Onnarın  da  öz  əyələri  var.Əncax  bizdən  yeylər  hər 

yerdə  yaşayıllar.  Illah  da  qərənnıx  yerrərdə,  xərəbə  yerrərdə, 

ağaş altında, su başında yaşayıllar. 

Bizdən yeylər həmmişə insanın pəltarın, düyüsün, yağın aparır, 

plov  bişirip  yeyir,  pəltarın  geyip  oyunuyur.  Ta  bir  sözünən, 

bizdən yeylər həmmişə insana zərəl verir.** 

* Qurdu ki, vırırsan, ölür, öləndə onu mırdarlasan ta heş 

bir  şey  olmaz;  nə  yağıynan  cadı  eləmək  olar,  nə  də  başqa 

şey.** 

*  Qırxlı  uşağı  tək  qoymazlar.  Çünki  cin  onu  öz 



uşağıynan  dəyişdirər.  Cinin  dəyişdirdiyi  uşağa  cin  dəyişəyi 

deyillər.  Cin  dəyişəyi  həmişə  sısqa  qalar,  nə  artar,  nə  ağarar. 

Gərəh  onu  aparsan  qəbirsandığa.  Altı  qəbir  keçip  yeddincidə 

bədəninin  yarısınnan  azını  basdırasan.  Əyər  uşax  qışqırıp 

ağlasa bil ki, öz uşağındı. Əyər ağlamasa, bil ki, cin dəyişəyidi. 

Onda  gərəh  gözdüyəsən  ki,  cin  dəyişəyi  ağalasın,  cin  də 

dözmüyüp  gəlip  öz  uşağını  götürsün,  səninkin  də  özüvə 

qaytarsın.** 

*    Zahını  tək  qoysan  hal  anası  gəlip  ona  zərəl  vırar. 

Deyillər ki, bir zahı əvdə tək imiş. Bir də baxır ki, bacadan bir 

arvat  başı  sallandı,  boynunda  da  mıncığı.  Bilir  ki,  bı  hal 

anasıdı. Tez  şişin qırmax ucunu  ilişdirip muncuxları qırır. Hal 

anası ona yaxın gələmməz.** 

* Tez  –  tez  yuxuda qorxub dihsinən adamın başı  altına 

bıçax qoysan daha diysinməz, deyəllər.** 

* Qırxlı uşağa dovşan tükü, dağdağan, üzərlih vırıllar ki, 

ona  nəzər  işləməsin.  Başının  altına  sarımsax,  iynə,  çörəh 

qoyullar ki, sədəmə toxunmasın.** 




 

 

46 



*  Uşağı  qırxdan  çıxarmaxdan  yana  oturdullar  qara 

parçanın üsdünə. Başına qırx üskük su töküllər.** 

*  Ay  on  beş  günlük  olanda  qəriblikdə  övladı  olan 

güzgüdə Aya baxar. Qəriblikdəki adamın əksi Ayın güzgüdəki 

əksində görünə sağdır, görünməsə yox.** 

* Bayquş gəlib həyətə qonub uluyanda aparıb çörəyinən 

duzu  qoyallar  qabağına  çəkiləllər  kənara  ki,  o  bayquş  ziyan 

verməsin.  Yaşlı  adamnar  uşağa  deyərmişlər  ki,  sənin  əlin 

pakdı, duz–çörəyi  sən apar qoy. Duz  çörəkdən keşməh  olmaz, 

bayquş bizə ziyan verməsin. 

*  Der  qarğıya  deyərlər  qızım  ərə  getsin,  sənə  bağırsaq 

verəcəm.  Der  qarğa  oturar  gözdüyər.  Elə  ki,  qonaxlıx  olar, 

qarğa yaddan çıxar. Qarğa oxuyar: 

 

Sağır ha sağır oldu, 



Qonaxlıx ağır oldu, 

Mənə çatası bir bağır oldu. 

* Ilaxır çərşənbədə qızlar əllərində güzgü tutallar. Ayın 

şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi 

oğlan gedər, deyəllər.** 

*  Yaz  yağışından  sonra  Fatma  nənənin  hanasının 

altından oğlan keçsə qız, qız keçsə oğlan olacaq, deyərlər.** 

*  Şər  vaxtı  ağac  altına  getmək  olmaz.  Deyərlər  ki, 

adama sədəmə toxunar.** 

*  Paltarı  sandığa  yığanda  üstünə  iynə  sancarlar. 

Deyərlər cinlər gecə aparıb geyər.** 

* Hamilə qadın tez – tez Aya baxar ki, oğlu olsun.** 

*  Deyərlər  ki,  gündüz  doğulanın  ayağı,  gecə  doğulanın 

əli yüngül olar.** 

* Deyərlər ki, Ilaxır Çərşənbə gecəsi obaşa yaxın çayın 

suyu dayanar, söyüdlər  başını  əyip torpağa dəyər. Bu vaxt  hər 

niyyət yerinə yetər.** 

*  Uşaq  hamilə  qadının  sağ  böyründə  olarsa  oğlan,  sol 

böyründə olarsa qızdır, deyərlər.** 



 

 

47 



*  Bir  yerdə  oğurrux  olanda  qurdun  zingin  yandırallar. 

Deyərlər,  qurdun  zingi  onun  biləyidi.  Zingi  yandıranda  oğru 

hərrənip – fırranıp gəlip düşəcəx həmin ocağa, yanacax.** 

* Göyərçin öldürən xeyir görməz, deyərlər.** 

Çinar  ağacını  nə  kəsmək,  nə  də  yandırmax 



olmaz. Deyərlər ki, günaxdı, adam zərəl çəkər.** 

* Hansı həyətdə bayquş ulasa ev yiyəsi qorxar. Tez duz 

– çörək gətirip quşun qabağına qoyup deyər: "Səni and verirəm 

bu duz – çörəyə, çıx bırdan get, bizdən uzax ol". Deyərlər, quş 

həmin yerə bir də gəlməz.** 

*  It  ulayanda  bəla  gələr,  bayquş  ulayanda  ev  dağılar, 

toyux bannıyanda ev sahibinə zərər dəyər, deyərlər.** 

*  Qışda    hər  şey  yatıp  donur.  Yaz  gəlip  dört  dəfəmə 

bınnarı  ayıldır.  Bınnarın  ayılması  Novruz  bayramında  olur. 

Ona görə də Novruz bayramı dört həftədi.** 

* Çinarınan əncir ağacını kəsip yəndırmax günaxdı.** 

*  Hava  guruldayanda,  şümşürüy  çaxanda  daşı 

qucaxlıyıp deyillər: 

– Mənə bının ağırlığında var – dövlət ver!** 

Canavarınan 



qarşılaşsan, 

gərəh 


qaşmıyasan, 

başdıyasan  adam  adı  saymağa,  özü  də  ucadan.  Onda  deyərlər 

canavar çıxıp gedəcəh.** 

*  Ilaxır  günü  il  təhvil  olanda  ağaşdar  başını  əyip  yerə 

vırar. Deyərlər bını təhcə at bilər.** 

* Şər vaxtı yatsan, deyərlər, zərəl çəkərsən.** 

*  Yazağzı  göy  guruldayanda  toyuğun  üsdünə  bir  avış 

torpax atsan, toyux yaxşı kürt yatar, deyərlər.** 

* Yazağzı göy guruldamasa, per – pencər yeməh olmaz, 

deyərlər.** 

* – Əlinnən qaşıx düşsə, deyəllər ki, arvat qonağı, pıçax 

düşsə, kişi qonağı gələcəh.** 

*  Uşağın  adını  bələhdə  qulağına  deməsən,  uşax 

yekələndə yalançı olar, deyərlər.** 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə