Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   8   9   10   11   12   13   14   15   ...   135

 

 

36 



Oğlan sirri açıb deyir ki, mən bir pəriyəm. Mən  sənin eşqinnən 

ilan  cildinə  girmişəm, indi isə səni  and verirəm o bir allaha, 

bu sirri  heç kimə demiyəsən. Qız sirri saxlaya bilmir. Əhvalatı 

qonşu  qadına  danışır.  Qonşu  qadın  ona  tapşırır  ki,  özünü 

mundarlasın,  bəlkə  oğlan  bunnan  əl  çəkə.  Qız  özünü  içki  ilə 

mündarlıyır. Oğlan bunu bilir, elə o saat yox olur. 

 



 



 



Şahab məhləsində Məmən adında bir kişi varmış. Bının 

evində  ocax  ilanı  yaşayırmış.  Bı  ilan  hər  gün  üç  balasını  da 

yanına    salıb  evi,  həyət-bacanı  dolanır,  ancax  heş  kimə  zərəl 

vermirmiş.Bir  gün  Məmən  фikirrəşir  ki,qoy  bı  ilanın 

balalarınnan birini gizlədim, görüm,neynir? 

                 Məmən  aşsüzəni  çevirir  bala  ilannardan    birinin  

başına,  Ilan  çıxmağa    yer  tapmıyıb  qalır  aşsüzənin  altında.  

Ocax  ilanı  bir  də  baxır  ki,    balalarınnan  biri  yoxdu.    Başdıyır 

axtarmağa.  Nəkqədər  axtarırsa  tapammır.  Bərk  hisdənir. 

Pəncərədə qatıx dolu kasa vardı. Ilan gedir bu qatığı zəhərriyir. 

Sora su qabına girir, onu da zəhərriyir. 

                 Məmən  qorxub  aşsüzəni  götürür,  ilanın  balasını 

buraxır.  Ocax  ilanı  balasını  görəndə    duruxur.  Sora  gedib 

kasanı  aşırır,  qatığı  yerə  tökür.  Onnan  sora  da  gedib  özünü 

palçığa  bələyir,  qayıdıb  su  qabına  girir.  Bir  neçə  dəфə  belə 

edir, su bulanır, ta işməli olmur.  

                  Sora  da  ocax  ilanı  balalarını  da  götürüb  gedir. 

Məmən  bir  də  onnarı  görmür.  Ilanınan  bərabər  xoşbaxtlıx  da 

Məməngildən gedir. 



 

 

37 



II. MIF OBRAZLARI 

 

 



 

Ruh – yaşayır. Gözə görünmür. Onu heç kəs görməz.  

 

Ruh – yuxu zamanı bədəndən çıxar  

 

Iфritə – şeytandır  

 

Küpəgirən – o qarıya deyillər ki, şeytan olar, ara vurar  

 

Çən qarısı– tərs qarı deməkdir. Narahatçılıq eyləyir. 

Birindən – birinə xəbər aparır. Şeytanlıq eyləyir.   



Damdabaca  –  uşaqları  qorxutmaq  üçün  deyərlər: 

dinməyin damdabaca gəlib sizi aparar.  

 

Çay  qarısı  –  adamı  düz  yoldan  çıxarıb,  pis  yola  salır. 

Onlar imansız, dinsizdir.  

 

Çay anası – bu adamı pis yoldan qaytarır, yaxşı yola 

salır. 


 

Şeşə  –  quş  olub.  Sərçə  kimi  kiçik  imiş.  Evə  girəndə 

uşax göyərərmiş. Indi yoxdu. Keçmişdə çox olub.  

 

Su pərisi – Mələkdir, baş tərəфi adam, ayağı balıqdır.  

 

Ata–baba günü – pis hadisə, ağır, böyük фaciə olduğu 

günə deyirlər.  

 

Əjdaha – ilandan əmələ gəlib.  

 

Tovuz quşu – müqəddəsdir. Behişdə olub.  

 

Cin – xəstə adamların gözünə görünər.  

 

Göyərçin  –  müqəddəs  quşdur.  Onu  öldürmək  olmaz. 

Quşu vuran zərər çəkər.  

 

Hal  anası  –  bizdən  yeylərdir.  Onlar  zahı  adama 

göründükdə  o  adamda  ürəkgetmə  olar.  Hal  anası  evə  bacadan 

boylanır. Boynunda cürbəcür muncuxları olur. Zahı qadınların 

yanına  həmişə  şiş  qoyurlar.  Əgər  qadın  o  şişlə  hal  anasının 

boynundan  muncuq  qırsa  hal  anası  muncuğunun  yığmaq  üçün 

evə  girər.  Bu  vaxt  əgər  onun  üstünə  iynə  sancsan,  o  evdə 

qalacaq. 

 



 

 

38 



III. INANCLAR, SINAMALAR, YASAQLAR 

* It olan həyətə məlaikə gəlməz 

 

* Ilan qaraçuxadan qorxar. 



 

* Duzun üzünə gülümsəllər 

 

* Gecə zibili süpürüb qapının dalına  yığmazlar.  Zibilin 



içində şeytan balalar.  

 

*  Sıфranı  aparıb  qonşuda  çörək  yappazlar.  Saca  salıb 



evdə yapallar, qonşunun təndirində yappazlar. 

 

* Əzan vaxtı zibili atmazlar.  



 

* Tükü yerə atmazlar. Atanda üstünə tüpürəllər.  

 

* Tükü yandırmazlar, başın ağrıyar.  



 

* Yuxuda ölüyə çörək verməzlər, ölüynən getməzlər.  

     

*  Məhərrəmlikdə  uşaqlar  çoxlu  cında  yığıb  ağaclara 



bağlayıllar ki, arzu–niyyətləri çin olsun.  

*  Xəstəni,  uşağı  olmayan  gəlini  imamın  qırxında 

kəcavənin altından keçirdəllər.  

* Nehriyə ilan dərisi bağlallar ki, bərəkətdi olsun.  

 

* Dəyirmanda unu borc versən bərəkəti qaçar.  



 

* Qız evi oğlan evinin adamlarına un atardı.  

 

* Bar verməyən ağaca qırmızı bağlardılar.  



 

* Gəlin üç şey  gətirər: bir uzun (yol), bir qısa (dil), bir 

yoğun (dövlət).  

 

*  Deyir  ki,  ay  gün  sevgilidir.  Onların  toyu  qiyam–



qiyamətdə  olacaq.  Onlar  o  vaxt  birləşəcəklər.  Bu  vaxt  yer 

üzündə hər şey dəyişəcək, ins–cins olmuyacax.  

 

* Gəlinin şalını meyvəli ağacın başına atallar ki, gəlin 



oğllu–qızlı olsun.  

 

* Bubbu gələndə obanın dağa getmək vaxtı olar. 



* Kirpik yük götürəndə, evə əlidolu qonaq gələr.  

 

* Uşağın boynundan öpsən küsəyən olar.  



 

* Sağ göz səyirərsə xeyir gətirər, sol göz səyirərsə 

bədbəxtlik olar.  

 

* Qaş qaşınarsa tanışınla qarşılaşacaxsan.  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə