Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   7   8   9   10   11   12   13   14   ...   135

 

 

33 



Əjdıx  düşüpmüş.  Cəməhət 

yeməyə 


heş 

zad 


təpammırmış.  Bir  arvat  min  bir  zulumnan  bir  tikə  qatıx  aşı 

bişirir. Davar gələndə qabı aşnan doldurup çıxır küçə qapısında 

yesin.  Birdən  yadına  düşür  ki,  əvin  qapısın  bağlamıyıp.  Qabı 

qoyur divarın üsdünə, qəyidir qapını bağlamağa. 

Qəpını  bağlıyıp  gəlir  ki,  aş  yoxdu,  aşın  yerində  balaca 

bir  kişi  oturup.  Kişi  deyir  ki,  mən  bı  yerrərin  sahabıyam.  Hər 

gün  bıra  gəlirəm.  Əvin  işığın  sönmüş  görəndə  sənə  acığım 

tutur.  Qəyit  içəri,  işığı  yandır.  Arvat  qəyidip  əvin  işığın 

yəndırır.  Görür  ki,  qatıx  aşı  əvdədi.  Çıxır  eşiyə  ki,  kişi  –  zad 

yoxdu. 


 

Qurd Zalxa ** 

 

Zalxa  adında  bir  qız  gecə  lümlüt,  başı  açıx  çıxır  eşiyə. 

Qurd  xırxasını  atır  bının  üstünə.  Zalxa  doqquz  il  qurdlarnan 

gəzir,  nəqqədər  adam  yeyir.  Sora  bir  gün  itdər  tökülüb  bının 

xırasın yırtıllar, bı da çevrilir adam olur. 

 

Qüleybanı ** 

Bir kətdə qüleybanı peyda olur. Bu qüleybanı heş kimə 

zərəl  verməsə  də,  camahat  qorxuya  düşür.  Cavannardan  bir  – 

iki  ürəhlisi  tüfək  götürüp  başdıyıllar  qüleybanını  güdməyə. 

Gecənin bir vədəsində görüllər ki, bıdrana, qüleybanı gəlir. Tez 

tüfəhlərin  tuşduyup  atıllar.  Əmə  nəqqədər  çaxmağı  çəkillər, 

tüfək açılmır ki, açılmır. 

Qüleybanı saymazyana gəlip bınnarın yanınnan keçip gedir. O 

gedənnən  sora  cavannardan  biri  çaxmağı  çəkir,  tüfək  açılır. 

Baxıllar ki, o biri tüfəhlər də sazdı. 

 



 



 

Bir kişi  əkin suvarmaxdan qəyidirmiş. Birdən qabağına 

bir  qüleybanı  çıxır.  Kişi  qorxusunnan  isdiyir  ki,  əlindəki  beli 



 

 

34 



qaldırıp onu vırsın. Elə beli qaldıranda qüleybanı dil açıp deyir 

ki, ay kişi, mənim sənə nə pisdiyim keçip? Məni niyə vırırsan? 

Bayax  ha  kişinin  ürəyi  keçir,  bayılıp  yıxılır  yerə. 

Qüleybanı da çıxıp gedir, bir də o yerrərdə görünmür. 

 



 



 



Bir gün biçinə gedəcəydıx. Razılaşmışdıx ki, qarannıxlı 

gedəx.  Gecə  sahat  dörd  –  zad  olardı,  biçinçi  yoldaşlarımınan 

biri məni çəğırdı ki, Əyyub, di gəl, gedırıx. Durdum çıxdım, bu 

düşdü  qəbəğa,  mən  də  bunun  dalınca.  Ha  deyirəm  ki,  bir  az 

yavaş  get.  Deyir,  sən  tez  –  tez  gəl,  indicə  hava  işıxlıyacax. 

Nəysə bir xeyləy yol getdıx. Genə elə o qəbəxda gedir, mən də 

dalınca.  Birdən  yadıma  düşdü  ki,  bəlkə  bu  cindi  –  zaddı  belə. 

Məni harasa aparır. Tez bir pisimillah çəkdim. Gördüm bu elə 

doordan yox oldu, cin iymiş. Döndüm təzədən kəndə qəyıtdım. 

 



 



Bir  gün  getmişəm  davara.  Günortaydı.  Davarı 

gətirmişəm Urumus pirinin yanına ki,  yatışdırım. Özüm də bir 

–  iki  tikə  çörəy  yeyim,  pirin  keşməsinnən  də  götürüm  çay 

qoyum.  Çörəyimi  yedim,  çay  işdim,  bir az da süpürgə  bişdim. 

Gördüm  yox,  bərk  yuxum  gəlir.  Başımı  atdım,  yatdım.  Elə 

təzəcə hüşlənmişdim ki, gördüm, kimsə məni çəğırır. Oyandım, 

gördüm  heç  kəs  yoxdı.  Bir  də  yatdım,  genə  həmin  səs  məni 

çəğırdı,  dedi,  dur  bu  davarı  burdan  yığışdır.  Fikir  vermədim, 

dedim əşi  quləğıma səs  gəlir. Üçüncü dəfə  bu təkrar olunanda 

gördüm  uzəxda  bir  əğ  atdı,  əğ  geyimli  adam  durub.  Da  demə 

bu  pirin  sahabıymış.  Durdum  davarı  da  götürdüm  urdan 

getdim. 


 

 

Qurdunan qiyamətə 



 

Deyir, axır məqamda – dünyanın sonu çatanda bir qurd 

qalacax,  bir  qarı.  Bunlar  tutuşacaxlar.  Qurd  yıxsa,  hər  şey 

bitəcək, qarı yıxsa, həyat davam edəcək.  




 

 

35 



 

Hacı  hoppan 

 

Kənddimiz  Hacı  kişi  gecə  evlərinə  gəlirmiş.  Kəndin 

qırağında Nazlının priyezi deyilən yerə çatanda görür bir vur–

çatdasındı,  bir  çal–çağırdı,  ta  nə  təhər.  Qazannar  dəmdədi, 

süфrələrdə  də  da  nə  yoxdu.  Oynuyan–oxuyana,  oxuyan–

oynuyana qarışıb.  Bunu  görən  kimi səs–səsə  verdilər  ki,  Hacı, 

hoppan... 

 

Hacı  da  hoppana–hoppana  onlara  yaxınlaşır.  Birdən 



yadına düşür ki, Nazlının priyezi cinnər yığınağıdı. 

 

Bayaxdı ha, ürəyi gedir, yıxılır. Özünə gələndə görür ki, 



çölü–biyabanın  ortasında  tək–tənha  düşüb–qalıb,  o  çal–

çagırdan da əsər–əlamət yoxdu. 

 



 



 



Deyilənə görə bir  gözəl qız var imiş. Bu qızın var yox 

bir qoca anası var imiş. Qız hədsiz gözəl olur. Bir gün qıza elçi 

gəlir.  Elçilər  qızgilə  gəlib  çatanda  onların  qabağına  qızıla 

çalan,  gözəl  bir  ilan  çıxır.  Ilan  insan  kimi  dil  açıb  bunnara 

yalvarır. Sizi and verirəm duz-çörəyə buradan uzaxlaşın. 

              Elçilər ilanın dil açmağına məhəttəl qalırlar. Onlardan 

biri  ilanı  öldürmək  istəyir.  Ilan  çıxıb  gedir.  Elçilər  qızın 

razılığını alıb gedillər.  Sonra isə toyu başlıyıllar. Gəlin gedən 

zaman həmin ilan yenə də gəlir, bir qıraxda durub tamaşa edir.  

               Qız  gedənnən    bir  ay  sonra  qızın  həyat  yoldaşı  ölür. 

Qız gözü yaşlı  yenə də qoca anasının yanına  qayıdır. Aradan 

bir müddət keçir. Qız фikirli-фikirli  yatır. Bu zaman ilan gəlib 

pəncərədən  içəri  girir,  başlıyır  qıza  tamaşa    eləməyə.  Səhər 

açılanda  ilan  çıxıb  gedir.  Belə-belə  ilan  hər    gün  gəlib    qıza 

tamaşa  eləməyə  başlıyır.  Br  gün    qız  yuxu  görüb    qorxulu-

qorxulu oyanır. Qız  baxır ki, bu bir ilandı. Ilan qıza sarı gəlir, 

qız  qışqırmax  istəyir.  Ilan  dönüb    gözəl  bir  oğlan  olur.  Oğlan 

qızın xoşuna gəlir, onlar bir müddət görüşüllər. Lakin qız dözə 

bilmir,  yalvarır  ki,  bu  sirri    açıb  ona  desin,  görək  bu  nə  işdi. 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə