Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə14/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   10   11   12   13   14   15   16   17   ...   135

 

 

42 



Uşağın boğazı gələndə deriy ki, mənim əlim dər, Fatma 

nənənin əlidi. Üç dəfə Ya Allah deyib, əlimizi qoyurux uşağın 

boğazına  sığallıya  –  sığallıya  deyirih,  bir,  iki,  üç  və  birdən 

möhkəm  boğazına vurub deyirih puç. Belə  elirik  ki, dihsinsin, 

uşağın boğazı qayıtsın. 

 



 

 



Gəlin gedəndə ayna tutullar ki, sözü adamın üzünə düz 

desin. Çıraq götürüllər ki, həmişə işıqlı olsun. Nimçə sındırıllar 

ki,  фənt–фeldən  uzaq  olsun,  hiylə  bilməsin.  Gəlin  gedəndə 

corabına pul qoyullar ki, var – dövlət aparsın. Bal–yağ dürməyi 

verillər  ki,  ailədə  mehriban  olsun.  Belinə  kəmər  bağlıyıllar  ki, 

bir  yerdə  möhkəm  olsun.  Qaçıb  getməsin.  Üzünə  qırmızı 

salıllar ki, üzünə xoş gün doğsun.  

 



 

 



* Pişik evin əziz heyvanıdır, it paxıldır.  

 

*  Qırxlı  uşağın  üstə  duva  gətirməzlər,  ona  görə  ki, 



duvalı qadın öz duvasını tökər sağlam olan zahı qadının üstünə, 

uşaq da boğular, qaralar, ölər.  

 

* Əti (çiy) qırxlı uşağın üstə gətirəndə uşaq ət kimi olur. 



Əgər üstə ət gətirsələr tez bir parça ətdən kəsib  uşağın üstünə 

tikillər.  

 

*  Qırxlı  uşağı  tək  qoymazlar.  Ona  görə  ki,  cin  onu  öz 



uşağı  ilə  dəyişdirər.  Əgər  cin  onu  dəyişdirsə,  uşağı  altı 

qəbirdən  keçirdillər,  yeddincidə  bədəninin  yarısından 

basdırıllar. Uşaq ağlasa gətirillər evə, ağlamasa gətirməzlər, o, 

cin olur.  

 

*  Qırxlı  uşağın  qırxı  çıxana  qədər  başının  altına  bəyaz 



qoyullar, eşiyə çıxardanda duz–çörək.  

 

*  Qırx  gün  qırxlı  uşağ  gərək  ulduz  görmüyə,  görəndə 



onun yuxusu az olur.  

 

*  Qırxlı  uşağı  axşam  çağı  mal–heyvan  gələndə  açıb–



bələyillər ki, yuxusu qaçmasın.  


 

 

43 



 

*  Qırxlı  uşağı  axşam  astanadan  keçirməzlər  ki,  bizdən 

yeylər ona zəфər toxundurar.  

 

* Qırxlı uşağın yanında altı ay bayaz olur, onda o uşaq 



qorxmaz. 

*  Evin  yiyəsi  məleykədir.  Əgər  məleykə  olmasa  o  ev 

bərbad olar. 

* Yolun yiyəsi cənabi əmirdi. Allah, Məhəmməd, ya 

Əli, suyun sahibi Фatmadı. 

 

* It uluyanda xudabəndialəmdən bəla olduğu gözlənilir. 



* Adam saçını yanıdrmaz – başı ağrıyar. 

* Gün batannan sonra dırnaq tutmazlar – onda ömürdən 

kəsilir. 

 

*  Gəlin  gələndə  ayağının  altına  çörək  atıllar  ki,  urzalı 



olsun. 

 

*  Elçi  gələndə  əvvəlcə  qız  evinnən  bir  daş  gətirillər, 



qoyullar  evin  bir  küncünə.  Zərəl  çəksən  elçi  getmirsən.  Xeyir 

çəksən elçi gedirsən.  

*  Cinnərə  bizdən  yeylər  dəyərix.  Bizdən  yeylər  hər 

yerdə  var,  ancax  insannara  görsənməz.  Təhcə  mal  –  davar 

onnarı  görür. Ona görə qoyun – keçi olan  yerdə bizdən yeylər 

olmaz, yoxsa ayax altında qalıp qırılallar.** 

*  Uşağın  üstünə  bərk  çığırıp  yüyürsən,  onda  bizdən 

yeylər sənnən qabax çatıp uşağı vurar.** 

*  Uşağın  bələyinə  iynə  –  sancax  təxməsən,  şeşə  uşağı 

vırar, uşax qərələr.** 

*  Insan  sudan  əddıyanda  səlam  verməlidi.  Yoxsa  su 

əyəsi əcıxlanar, adama zəfər toxunar.** 

* Hər bir  ein  əyəsi  var.  Əv əyəsi  gözə  görsənməz. Ona 

görə  əvə  girəndə  gərəh  bı  evin  əyəsinə  salam  verəsən.  Yoxsa 

sənə də, əvə də sədəmə toxundurar.** 

*  Yer  üzündə  bir  qəriş  yer  əyəsiz  deyil.  Hər  şeyin  öz 

əyəsi  var.  Suyun  da,  əvin  də,  bəğin  də,  dağ  –  dərənin  də,  ta 

gözümüznən  nə  görürüksə,  hamısının  əyəsi  var.  Bı  əyələr 

insana görsəmməz. Gərəh bıllara səlam verəsən. 



 

 

44 



*  Əncax  əyələr  çox  xeyirxahdı.  əyər  bınnarın  yanına 

gələndə  səlam  versən,  gedəndə  "səlamət  qal"  desən,  bir 

şeylərin  götürəndə icazə istəsən, sənnən xoşu gələcəh, həmişə 

sənə köməh eliyəcəx, həmmişə əvində şaddıx olacax. Yol əyəsi 

yoluvu  uğurru  eliyəcək.  Bağ  əyəsi  məhsuluvu  bol  eliyəcək, 

səni varrandıracax. Qalanları da bınnar kimi.** 

 

 *  Cinnər  toy  eliyəndə  gəlip  əvlərdən  qəzan,  düyü,  yağ 



oğurruyup  aparallar,  plov  pişirəllər.  Onnar  toyda  əncax  plov 

yeyillər. Əəyr bir adamı aldadıp öz plovlarınnan ona yeditsələr, 

o adam da olur cinnərin tayı.** 

*  Evdə  oturup  çörəh  yeyəndə  gərəh  pismillax  deyəsən. 

Çünki  bizdən  yeylər  də  sənnən  barabar  oturup  yeyillər. 

Pisimillax  desən,  onnar  çıxıp  gedəcəh,  çörəyivi  rahat  özün 

yeyəcəhsən.** 

*  Uşağın  yanında  şeşənin  adını  çəkməzlər.  Yoxsa  şeşə 

gəlip uşağı vırar.** 

*      Hal  anası  cinnərin  anasıdı.  Cinnər  yerin  altında 

yaşayıllar.** 

*  Əyər  it  dişi  tapıb  cibinə  qoysan  gecə  hara  gedirsən 

get, heş nədən qorxmuyassan.** 

*  Ocağa  tüpürməh,  üsdünə  su  töhməh,  ya  da  ayaxlıyıp 

söndürməh olmaz. Yoxsa ocax sahabının acığına gələr, adama 

zəfər toxuyar.** 

*  Qırxlı  uşağı  axşamçağı  mal  –  heyavan  gələndə  açıb 

bəliyəllər ki, yuxusu şirin olsun.** 

*  Şeşə  bir  quşdu.  Uşax  olanda  bı  quş  evə  girsə,  uşax 

qalmaz, ölər. Arvat uşaq gətirəndə şeşəni tutub miras qızılınan 

başını kəsip əvə gətirəllər. Onnan sora uşax doğulanda diri şeşə 

gəlsə də uşağa heş dad olmaz.** 

* Su əyəlidi. Suya gedəndə gərəh səlam verəsən. Yoxsa 

su əyəsi sənnən inciyip zərəl vırar.** 

*  Meyə  gətirən  ağacı  kəsməh  günaxdı.  Ağacı  kəsəndə 

ağaş əyəsi insana zərər toxuyar.** 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə