Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   18   19   20   21   22   23   24   25   ...   135

 

 

73 



saldı.  Gəmisi  də  Ordubadın  Nəsirvaz  kəndi  yaxınlığındakı 

Gəmiqayada qaldı. 

 

Cincili bulaq ** 

 

 

Sədərəyin yaxınlığında Əjdəkom dağı var. Dağın altında 

bir  bulaq  çıxır,  adına  Cincili  bulaq  deyillər.  Rəvayətə  görə, 

bulaq  yeddi  ildən  bir  çıxır.  Deyirlər,  bu  bulaq  çox  suluymuş. 

Əkini,  bağ  –  bağatı  onun  suyuyla  suvarırmışlar.  Bir  əjdaha 

gəlib  suyun  qabağını  kəsir,  əvəzində  gündə  bir  adam  qurban 

istəyir.  Qurban  vermirlər.  O  vaxtdan  bulağın  suyu  kəsilir. 

Əjdaha yeddi il bir tərəfi üstə yatır, yeddi il də o biri tərəfi üstə. 

Yeddi ildən bir tərpənib yerini dəyişəndə su gəlir, sonra kəsilir. 



 

 

74 



Dağyunus necə Dağyunus  

oldu

 

 



 


 

 

75 



 

 

 O  vaxt  Təmleyxa  adında  çoban  olur,  bir  də  Yunus 

adında.  Onda  Yunusuydu  ,  Dağyunus  dəyildi.  Bınnar  qoyun–

quzu otarıllar. Bir gün yenillər bulax başına. Təmleyxanı  yuxu 

aparır. Bı  yatır. Yunus da qoyunu sağır, südü də qoyur bulağa 

sərinnəsin. Yunus görür ki, Təmleyxanın burnunnan bir milçək 

çıxdı. Bı milçək getdi, dolandı, gəldi. Onnarın yanında 3 dənə 

kələk  varmış  daşdan.  Milçək  gəlip  girir  o  kələylərin  içinə  bir 

xeyləm.  Təzədən  uçur,  girir  Təmleyxanın  burnuna.  Yunus 

oyadır bını ki, dur e. Temleyxa der məni niyə durquzdun, belə 

yaxşı yuxu görürdüm. Düşmüşdüm süd gölünə, göldən çıxdım, 

gördüm bı daşın altında qızıl var. 

Axşam  hər  kistə  gedir  öz  evinə.  Yunus  yatmır,  durur 

gedir  Təmleyxa  deyən  yerə.  Həmən  daşın  yanını  qazır,  görür 

nəkqədər  qızıl  var.  Səhər  də  gəlip  der  ki,  mən  day  çobannığa 

getmirəm. Təmleyxa der, bu der, bir şey çıxmır. Təmleyxa tək 

geer çobannığa. 

Sora  da  eşidir  ki,  Yunusun  var–dövləti  yer  batırır. 

Təmleyxa  barmağın  dişdiyir  ki,  hay–hay,  görən  bı  Yunus 

çoban ola–ola, bı qədər var–dövləti hardan alıp. Bir günnəri də 




 

 

76 



Temleyxaya  dellər  ki,  Yunus  padşahın  qızın  alır,  Temleyxanı 

da toya çağırır. Temleyxa da der ki, ay canım, mən hara, Yunus 

hara.  Mən  çoban,  Yunus  da  padşahın  giyəvi.  Qonşular  bını 

eşidip dellər ki, sən get toya. 

Nəsə, Təmleyxa da gedir toya. O vaxt Yunus mərfətdi–

qanacaxlı  oğlan  imiş.  Padşah  da  toyda  der  ki,  bınnan  sora 

Yunus  onun  oğludu,  varisidi.  Yunus  da  Təmleyxanı  day 

buraxmır yanınnan, saxlıyır özüynən. Padşah birdən ölür, hamı 

da elə bilir bı əzrayılın işidi. Əmə padşahı Yunus zəhərləmişdi 

ki, taxt–taca sahip olsun. 

Yunus  olur  şah,  vəkili  də  Təmleyxa.  Yunusun  yavaş–

yavaş  gözünü  qan  örtür,  isdəhləri  çoxalır.  Çoxlarının  ürəyinə 

dağ  çəkir.  Ona  Dağ  Yunus,  yanı  ürəhlərə  dağ  çəkən  Yunus 

derlər. Bı ta hamıdan gücdüdü, torpaxları da ucsuz–bucaxsızdı, 

Allahlıx iddası eliyir. Der ki, bırda yaşıyannarın bir Allahı var, 

o  də  elə  mənəm.  Kim  desə  yox,  boynu  vırılacax.  Yüzlərlə 

adamı öldürüllər hər gün. Temleyxa görür Yunusun iddası çox 

böyühdü,  özü  də  ürəyində  razı  dəyil  Dağyunusnan.  Der,  axı 

mən gül kimi qoynumu otarıp, Allahıma  duva eliyirdim. Niyə 

gəlip  çıxdım  bura?  Dağyunus  bir  günnəri  mənim  də  boynumu 

vuracax. 

Axırı özü kimi altı nəfəri də yanına alıp qaçdı Asafkəfə 

sığındı. 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

77 



Nuhdaban **   

 

 

  



 

 

 




 

 

78 



Rəvayətə  görə,  Nuhun  gəmisi  Gəmiqayada  quruya 

oturmuşdu.  Oğlanları  bir  gün  gördülər  ki,  uca  dağlar  od  tutub 

yanır. Gəmi oturan dağ da tüstüsüz alova bürünüb. Özləri də od 

– alovun içindədilər. Qorxudan bilmədilər neyləsinlər. Haray – 

həşir salıb bağırdılar. 

–  Aman  tanrı!  Günahımız  nədi  ki,  indiyədək  tufanda 

qaldıq, indi də od – alova düşmüşük. 

Amma  bu  qorxu  çox  çəkmədi,  gördülər  ki,  od  –  alov 

onları yandırmır. Yaşıl çəmənə, gülə, çiçəyə də toxunmur. 

– Bu nə sirrdir? – dedilər. – Dağ da yanar? 

Onlar atalarının yanına gedib bu sirri soruşdular. 

Nuh Nəbi dedi: 

–  Gördüyünüz  elə  belə  od  deyil.  Sirli,  möczəli  oddur. 

Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını 

oddan  –  alovdan  alır.  Yanan  dağların  biri  Gəmiqaya,  biri 

Ilandağ, biri Ağrı dağıdır. Bu arada yurd salın. Dediyim üç dağ 

sizə  qüvvət,  bərəkət  verəcək.  Bərkdə  şərdən,  yağıdan 

qoruyacaq. 

Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım 

irəli atdı, ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. 

Oğulları  həmin  yerdə  yurd  saldılar,  adına  da  "Nuhdabanı" 

dedilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə