Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

 

 

110 



güldürməyə  çalışır.  Min  –  bir  hoqqadan  sonra  xanı  güldürüb 

taxtdan yendirir, aparıb suya basırlar. 

 

Can gülüm mərasimi ** 

 

Ilin  axır  çərşənbəsində  subay  oğlan  –  qız  bir  məhləyə 

toplaşır.  Baxıçı  arvad  ortaya  bir  dilək  tası  qoyur.  Hərə  tasın 

içinə bir əşya atır. Tasın yanında balaca bir uşaq oturur. Baxıçı 

arvad bayatı deyir: 

 

Xırda yarın dəstəsi, 



Oldum yarın xəstəsi 

Yarım gəlir uzaqdan, 

Əlində gül dəstəsi. 

Uşaq tasdan bir əşya çıxarır. Baxıçı qadın aşağıdakı 

bayatı – nəqarəti deyir: 

 

Can gülüm oldu gəl – gəl, 



Gülləri soldu gəl – gəl, 

Tələsmə dəli könlüm, 

Dediyin oldu gəl – gəl. 

 

Əşya sahibi gəlib əşyasını alanda hamı bir ağızdan: "can 



gülüm can – can" deyir. 

Mərasim  bu  qaydada  davam  edir.  Hər  bayatıdan  sonra 

yuxarıdakı bayatı nəqarət deyilir: 

Qızıl üzük bir badam

Qızlar içində yadam. 

Qəfəsdə bülbül kimi 

Gah küsülü, gah şadam. 

 

Qızıl üzüyün qaşı, 



Nişana qoydum daşı, 

Dost tutma, dost tutaram 




 

 

111 



Yanar ürəyin başı. 

 

Ağ at, minərəm səni 



Yorğa minərəm səni. 

Məni yara yetirsən 

Qardaş bilərəm səni. 

 

 



Corabım doğanaqdı, 

Yar qalada qonaqdı. 

Gedəndə küsdürmüşəm 

Gələndə bedamaqdı. 

  

 

 



 

 

 



Bu yolun o üzləri 

Bitibdi nərgizləri. 

Oğlan qızın dərdindən 

Itirib öküzləri. 

 

Qardaş, atı səhdimi, 



Nal mıxını töhdümi. 

Bacın qərib ölkədə

Baçın fikir çəhdimi? 

 

Arxalığın bir üzdü, 



Bir astardı, bir üzdü. 

Üzün qoy üzüm üstə 

Görən desin, bir üzdü. 

 

Səməni halvası 



 

 

Ilaxır çərşənbədə səməni pişirməh üçün bööyh tabaxlara 



buğda  töküp  isladallar.  Buğda  göyərər,  pişələri  bir–birinə 

qarışar. Sora onu parça–parça doğruyup əzəllər. Onun ağ rəhli 

pişələrini  çıxarıp  qablara  yığallar,  sora  da  ona  bir  qədər  su 



 

 

112 



axıdıb,  ocaxda  bööyh  mis  qazannarda  qaynadallar.  Pişənə 

yaxın  bunun  rəngi  qızarar.  Onun  içinə  qabıxlı  qoz–фındıx 

tökəllər.  Qonum–qonşu  arvaddar  hərə  bir  xonça  düzəldib 

aparar,  allah  qəbul  eləsin!—deyip  həyətə  düzəllər.  Səməni 

qazannarının  üsdünə  darax,  sancax,  bir  kasa  da  su  qoyallar. 

Qazanın  üsdünə  örtüh  (qırmızı)  salar,  örtüyün  üstünə  sürmə, 

güzgü,  darax    qoyallar.  Deyəllər  ki,  Xızır  peyqumbər  gəlib 

bunnarla özünü bəziyəcəh, sora da barmağını səməni halvasına 

batıracax,  bunnan  sora  halvanın  rəngi  qızaracax,  özü 

şirinnəşəcəh.  Səməni  qazannarının  ağzı  açılan  zaman  qız–

gəlinnər beləcə oxuyar:  

 

 



 

 

Səməniyə saldım badam,  



 

 

 



Ətraфımı aldı adam.  

 

 



 

Qoymullar bir barmax dadam.  

 

 

 



 

Səməni, siranə gəldim.  

 

 

 



Səməni, bezana gəldim,  

 

 



 

Qaynadım qazana gəldim.  

 

 

    



Uzana – uzana gəldim.  

 

 



 

 

Ərimnən izin alıb 



 

 

 



Bəzənə – bəzənə gəldim  

 

 



 

Səməni, saxla məni.  

 

 

 



Ildə göyərdərəm səni.  

 

 



 

 

 



 

 

Səməni Xızır üçündü.  



 

 

 



Qaymağı qızım üçündü.  

 

 



 

Yazın ilk günnərində  

 

 

 



Dadı damax üçündü.  

 

 



 

 



Buğdanı  qəşəhcənə  yuyursan,  tökürsən  belə  böyüh 



ləyənə,  onu  qoyursan  qalır  göyərir,  göyərənnən  sonra  qəşəh 

yelan  açırsan,  bir  də  bir  qəşəh  taxta  qoyursan,  toxmağ  ilə 




 

 

113 



döyürsən,  suyun  sıxırsan,  tökürsən  qazana,  bir  də  qazandan 

qaytarıb  tökürsən,  sıxırsan,  onu  da  bir  gecə  səhərə  qədər 

pişirirsən,  qıp–qırmızı  götürürsən,  özün  də  yeyirsən,  qonşuya 

da versən. 

 

Çömçə xatun 

 

 

Yağış  yağmıyanda,  quraxlıx  olanda  Çömçəxatun 



çömçəni  götürüp  aparar  qonşuya.  Qonşu  çömçüyə  su  tökər,  o 

da suyu atır göyə, başlıyır oxumağa.  



Xıdır Nəbi 

 

Naxçıvanda  ən  çox  sevilən  bayramlardan  biri  də  Xıdır 

Nəbi bayramıdır. Hər il fevral ayının təxminən ikinci həftəsinin 

ilk  cümə  axşamı  qeyd  olunur.  O  zamana  qədər  ilk  iki  cümə 

axşamı xanların və bəylərin bayramı hesab olunur. 

Xıdırın  gəlişi  münasibətilə  yerli  camaat  qovud  və 

qovurğa hazırlayar, oğlanlar evlərə torba ataralr. 

Üydülmüş  qovudu  bayram  axşamı  gecəsi  çöldə  teştin 

içində  saxlayardılar.  Rəvayətə  görə,  dan  üzü  açılanda  Xıdır 

Nəbi  atı  ilə  gəlib  bütün  evlərədə  qoyulmuş  qovudlara  xeyir–

duasını  veririmiş.  Mən  bir  neçə  dəfə  nənəmin  üzündə  sevinc 

görmüşəm. O, çox məmnun bir tərzdə deyərdi ki, gecə qurban 

olduğum  gəlib,  atının  nalı  qovudun  üstündə  açıq–aydın 

görünürdü. Şübhəsiz ki, biz bunun nə demək olduğunu o qədər 

də  başa  düşmürdük  və  qovudun  gülab  tökülmüş  şərbətlə 

ovulmasını, 

lavaş 

dürməyi 


kimi 

sinilərə 

yığılmasını 

gözləyərdik.  Bayram  günü  isə  mütləq  qovurğa  qovrular  ki, 

onun  da  içinə  ailənin  vəziyyətinə  görə  cəviz,  fındıq,  badam, 

küncüt,  çətənə,  buğda,  yemiş  və  qarpız  tumu,  kişmiş  əlavə 

edərdilər.  Yəni  qovurğasız  ev  olmazdı.  Yası  düşən  və  bu 

səbəbdən  bayram  edə  bilməyənə  qohum–əqraba,  qonşular  pay 

göndərərdilər.  Baxmayaraq  ki,  hər  evdə  bu  mərasim  mütləq 

qeyd  olunur.  Bununla  belə  oğlanlar  əllərinə  dəyənək  və  torba 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə