Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

 

 

96 



Çömçəxatun nə istər? 

Tanrıdan yağış istər. 

Qoyunlara ot istər. 

Quzulara süd istər, mə – ə – ə. 

 

Çömçəxatun nə istər? 



Tanrıdan bol su istər

Ağaclara bar – bəhər, 

Çobana quzu istər, mə – ə – ə. 

   


 

 

 



  

Əlincənin buludu, 

Yetimlərin umudu, 

Tanrı bir yağış yetir, 

Demilərim qurudu, mə – ə –ə. 

Çömçəxatun dağ ist 

 

Qoyuna yaylaq istər, 



Mal – qaraya çoxlu süd, 

Dağlarda bol ot istər, mə – ə – ə. 

 

Uşaqlar mələyir. Bu zaman pay gətirirlər. Çömçəxatuna 



pay gətirib deyillər: 

 

Çömçəxatun nə istər? 



Quzulara pay istər

Çobanlara bolca ot, 

Cavanlara toy istər, mə – ə – ə. 

 

Çömçəxatun pay istər, 



Dolu – dolu çay istər, 

Quzusu bol çobanlar 

Pəniri lay – lay istər, mə – ə – ə. 

   


Çömçəxatun duz istər, 


 

 

97 



Çiçək dolu düz istər. 

Havaları buluddu, 

Bol yağışlı yaz istər, mə – ə – ə. 

Bundan sonra yağış yağır. 

 

Yağ yağışım ** 

 

Yağış  yağmıyanda  palçıq  yoğurub  təndirə  yapıllar. 

Palçıq qupquru quruyannan sora onu suya salıb oxuyullar: 

Ay can, ay can, torpağım, 

Odda az yan, torpağım. 

Indi yağış yağacaq, 

Sən düş islan, torpağım. 

 

Yandı torpax qupquru, 



Suya saldım dupduru, 

Yağ, yağışım, çoxlu yağ, 

Çöllər oldu qupquru. 

 

Torpax, qurutdum səni, 



Birdən unutdum səni. 

Gördüm yağış yağmıyır, 

Tez suya atdım səni. 

 

Islandın, arzu gətir, 



Çaylara bol su gətir, 

Qarılara çoxlu yun, 

Çobana quzu gətir. 

 

 



Deyilənə görə, bundan sonra bollu yağış yağır. 

 

Xırman nəğmələri ** 



 


 

 

98 



Xırman  savıranda  yel  əsməsəydi  süpürgə  yandırıb 

deyərdilər: 

 

     


    Yan süpürgə 

    Yel gəti, gəl! 

    Süpürgə yandı, 

    Yandı, oddandı. 

    Yanmağa tələs, 

    Əs, küləyim, əs! 

 

Deyərlər  ki,  süpürgə  yanandan  sonra  yel  qalxardı. 



Xırman savıranda yeli çağırmaq üçün belə də oxuyurlar: 

 

   Heydər, heydər, əsə gəl! 



  Yeddi xırman basa gəl! 

  Qırıldı oğul – uşax, 

 Dəsmal götü yasa gəl! 

 

Çətir – çətir bulut, gəl! 



  Uşaxları ovut, gəl! 

  Xırman savırır baba, 

   Arpa, buğda, noxut, gəl! 

 

  Heydər, əsdi su gəti! 



  Uşağa yuxu gəti. 

    Keçir çəmən – çiçəkdən, 

  Ətirri qoxu gəti. 

 

         Heydər gəl, ha, Heydər gəl! 



  Çiçəkləri hey dər, gəl! 

  Qardaşımın toyuna, 

  Ellər səni heylər, gəl! 

 



 

 

99 



   Heydər gəl, sən haya gəl

 Isti, qızmar, yaya gəl. 

 Sərin çinar altında, 

 Kəndimizə toya gəl. 

  Heydər, Heydər, əs gəti, 

                          Yarpaxlara səs gəti! 

  Qız bacımın toyuna 

  Yeddi toxlu kəs gəti! 

 

         Heydər, Heydər, çörək ver! 



              Kişilərə ürək ver. 

  Xırmannarı yığmağa 

  Sərin – sərin külək ver. 

 

Dünyada  nə  ki,  küləh  var,  hamısının  ixtiyarı  Yel 



babanın əlindədi. Xırman savıranda cəməhət Yel babanı çağırıp 

deyər: Yel baba, Yel baba, kəl atıva saman apar. 

Yel baba da gəlip xırmanı savırar. Dən qalar adamnara, 

samanı da aparar öz atına. 

 

Ilin on üçü 

I mətn 


Bu  olur  Novruzdan  12  gün  keçəndə,  yanı  on  üç  deyən 

günün  səhərində.  Kəndin  qız  –  gəlini  yığışır  bir  həyətə,  hər 

kisli  də  bir  şey  gətirir  özüynən  13  yeməyi  hazırramağa.  Biş  – 

düş eliyəllər, oxuyallar, çalıp – oynuyallar. 13 yeməyində əriştə 

də olar. Odu ki, deyəllər: 

  

 



Əriştə – əlin işdə... 

Yeməhdən sora da hərə gedər öz baxçasına. Bayramnan 

qalma səmənilər o vaxta saralıp – soluxar da. Onnarı çox yerdə 

atallar  suya.  Bizdərdə  suya  atmazlar,  ilin  13–də  qız  –  gəlin 

aparar qoyar bağçada torpağın üstünə. Həmən gün arvaddar evə 

kirbit gətirər, kişilər evə odun gətirər. 

II mətn 



 

 

100 



Bayramdan 12 gün sora arvaddı – kişili, oğullu – uşaxlı 

yığışallar  bir  çayın  qırağına.  Bına  da  deyəllər  ilin  on  üçü. 

Yeyib  –  içəllər.  Kim  də  nəkqədər  istiyər,  okqədər  yalan 

danışar.  Gün  çönənə  yaxın  yuyallar  əllərini  çayın  suyunda, 

deyəllər: 

–  Bı  yalannarın  hamısın  axıtdıq  sua.  Bınnan  da  yalan 

qurtarır. 

 

 



Bəy duran oğlan 

Toyda oğlanın bacısı və yaxın qohumları oxuyardılar. 

Girdim bəyin otağına, 

Papağın qoyub yanına. 

Bacısı qurban boyuna, 

Bəy duran oğlan, sənə qurban olum, 

Xan duran oğlan, sənə qurban olum. 

Girdim bəyin otağına, 

Qəlyanın qoyub yanına. 

Bibisi qurban boyuna, 

Bəy duran oğlan, sənə qurban olum, 

Xan duran oğlan, sənə qurban olum. 

Girdim bəyin otağına, 

Çuxasın qoyub yanına. 

Xalası qurban boyuna, 

Bəy duran oğlan, sənə qurban olum, 

Xan duran oğlan, sənə qurban olum. 

Girdim bəyin otağına, 

Çəkməsin qoyub yanına. 

Anası qurban boyuna, 

Bəy duran oğlan sənə qurban olum. 

Xan duran oğlan sənə qurban olum. 

 

Gəlin, xoş gəldin 

 

Toyda bəyin anası, yaxınları deyərlər: 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə