Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

 

 

83 



gedirdi.  Atların  kişnərtisindən,  yaralıların  iniltisindən  qulaq 

batırdı.  Savaş  neçə  gün,  neçə  gecə  davam  etdi.  Düşmən  güc 

gəldi,  elin  varı  yağmalandı,  növbə  qızlara  çatdı.  Qızlarla 

düşmən  arasında  bircə  addım  qalmışdı.  Qırx  qız  əlini  göyə 

qaldırıb tanrıdan mərhəmət diləyərək dedi: 

 – Ey ulu tanrı, bizi düşmənə qismət edincə  ya daşa, ya 

da quşa döndər. 

Dua  qurtaran  kimi  qırx  incəbel  qız  kəkliyə  çevrilir. 

Ancaq  uçmaq  cəhdi  uğursuz  olur.  Qırx  yağı  əlini  uzadıb 

onların  ayaqlarından  yapışıb  pərvazlanmağa  qoymur.  Qırx 

xınalı kəklik tanrıya yalvarır: 

–  Ey  tanrı,  sən  bizi  quşa  çevirdin,  bəs  niyə  düşmən 

əlində əsir – yesir etdin? 

Elə  bu  zaman  kəkliklərin  ayağından  yapışmış  yağılar 

kərtənkəliyə  çevrilirlər.  Onların  əl  izləri  isə  kəkliklərin 

ayağında qalır. 

Deyirlər ki, o vaxtdan həmin yer qırxlar adlanır. 

 

 Iki dağ ** 

 

 



 

 

84 



 

Deyirlər  ki,  qədim  zamanlarda  yer  üzündə  iki  dev 

varmış.  Bu  devlərin  biri  Məğribdə,  o  birisi  Məşriqdə 

yaşayırmış.  Bunlar  qolda  –  qüvvətdə  bir  –  birindən  geri 

qalmazmış.  Hər  ikisi  öz  igidliyindən  dəm  vurub  "mənəm  – 

mənəm" deyərmiş. 

Onlar  bir  –  birinin  haqqında  çox  eşidibmiş,  amma  heç 

vaxt  görüşməyiblərmiş.  "Iki  qoçun  başı  bir  qazanda 

qaynamaz!"  – deyib, Naxçıvanda görüşmək qərarına gəlirlər. 

Uzun  səfərdən  sonra  onlar  Naxçıvanda  üz  –  üzə  durub 

vuruşmağa  başlayırlar.  Vuruşları  çox  çəkir.  Heç  biri  üstün 

gələmmir. Bu minvalnan xeyli vuruşurlar, di gəl bir şey çıxmır. 

Devlər  qurşaq  tuturlar,  genə  bir  –  birini  yıxammırlar. 

Axırda  toppuz  vuruşuna  keçirlər.  Sən  demə,  bu  devlərdən  biri 

qadınmış,  o  biri  kişi.  Amma  bu  məsələdən  kişi  devin  xəbəri 

yoxuymuş.  Toppuz  vuruşu  da  çox  bərk  gedir.  Birinci,  ikinci 

vuruşda toppuzlar göydə toqquşur. Üçüncü vuruşda toppuzu bir 

– birinin başına endirə bilirlər. Qadın devin toppuzu kişi devin 

başın  haçalayır,  kişi  devi  toppuzu  da  nə  təhər  bərk  dəyirsə, 

qadın  dev  uşaq  salmalı  olur.  Həm  də  zərbələrini  bərk 

vurduqlarından  bir  –  birindən  aralı  düşürlər.  Kişi  dev  öz 

əməlindən peşman olur, yaralı – yaralı başını qaldırır ki, qadın 

devi görsün, amma qadın dev çox aralı düşmüşmüş. 

Devlərin  vuruşu  göylərə  xoş  getmir.  Hər  iki  devi  tanrı 

daşa  döndərir.  Üstündən  xeyli  keçəndən  sonra  devlər  iki  dağa 

dönüb aralıdan bir – birinə baxırlar. 

O  vaxtdan  kişi  dev  "Haça  dağ",  qadın  dev  isə  "Ağrı 

dağ" adıyla tanınır. Ağrı dağın yanında balası da var. 

 

Oğlan – qız məqbərəsi ** 

 

Qədim  zamanlarda  Araz  çayının  qırağında  iki  qonşu 

kəndin  adamları  bir  –  biriynən  yaxından  dostluq  edərmiş. 

Kəndlilər bir – birinin evinə gedər, hər dərdinə, sevincinə şərik 




 

 

85 



olarmışlar.  Bu  kəndlərdən  biri  indiki  Aza  kəndi,  o  biri  də 

Arazın o tayındakı kəndlərdən biri imiş. 

Belə  rəvayət  edirlər  ki,  Aza  kəndində  bir  kişinin 

gözünün  ağı  –  qarası  bircə  oğlu  varmış.  Kişi  bütün  var  – 

dövlətini  oğluna  qurban  deyib  onu  böyüdürmüş.  Aylar,  illər 

keçir, bu oğlan böyüyüb boya – başa çatır. Eşq sevdası onun da 

başına  dolur.  O,  Arazın  o  tayındakı  kənddə  bir  qıza  aşiq  olur. 

Elə  bil  ki,  oğlanın  göbəyini  həmin  kənddə  kəsiblərmiş,  oğlan 

ordan əl çəkmir, qıznan tez – tez görüşürmüş. 

Sən demə, qızı həmin kənddə çox varlı bir kişinin oğlu 

da  istəyirmiş.  Di  gəl  ki,  qız  varlı  oğlana  getmək  istəmirmiş. 

Məsələ  çox  müşkülləşir.  Qız  da  ki,  açılışıb  ürəyini  heç  kimə 

deyə  bilmir.  Xəlvətcə  qonşu  kənddə  istədiyi  oğlana  xəbər 

göndərir. Özü də Araz çayının qırağına gəlir ki, qoşulub qaçsın. 

Bu vaxt qızı güdən varlı bunları görür. Qan vurur onun 

beyninə. O, qızı istəyən oğlanı ağır yaralayıb atır Araza. Sonra 

da  qızı  qaçırmaq  istəyir.  Qız  duyuq  düşüb  başlayır  Arazın 

qırağıynan  qaçmağa.  Görür  ki,  çayın  suları  al  qana  boyanıb. 

Qızı  qəhər boğur. Varlı  oğlan da onun dalınca  gəlir. Qız onun 

əlindən  qurtarmaq  üçün  özünü  çaya  atır.  Çayın  burulğanı  qızı 

da  qoynuna  alır.  Hay  –  küyə  gələnlər  neyləyirlərsə  onları 

qurtara bilmirlər. Çay hər ikisini aparır. 

Hamı  varlı  oğlana  nifrət  yağdırır.  Kasıb  oğlanın  atası 

var  –  yoxunu  töküb  hər  iki  gəncin  nakam  məhəbbətinə  Aza 

kəndində  qoşa  məqbərə  tikdirir.  O  vaxtdan  da  həmin  qoşa 

məqbərəyə "Oğlan – qız məqəbrəsi" deyirlər. 

 

 

 



 

 

Gəlin qayası ** 



 


 

 

86 



 

Qədim  zamanlarda  Şahbuzun  çox  ucqar  kəndlərindən 

birində gözəlliyi aləmə yayılan sərv boylu bir gəlin varmış. Əri 

düşmənlə vuruşmada həlak olubmuş. 

Gəlinin  qumral  gözləri,  ilan  kimi  qıvrılan  qoşa  hörüyü 

cavanların  canına  od  salarmış.  Gəlin  isə  öz  gözəlliyinə  baxıb 

qüssələnərmiş.  Yaxından,  uzaqdan  gələn  elçilər  həmişə  kor  – 

peşman geri qayıdarmış. 

Günlərin  bir  günü  gəlini  tanımadığı  bir  oğlan  qaçırır. 

Oğlan  qorxusundan  gəlini  dağlara  aparır.  Onlar  başı  göylərə 

dəyən Toğlu qayayla Salvartı  dağının  arasından keçəndə  gəlin 

çırpınıb  oğlanın  əlindən  çıxmaq  istəyir,  ancaq  bacarmır. 

Əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman 

istəyir... 

Daşa  dönmüş  gəlinin  abidəsi  o  vaxtdan  el  arasında 

"Gəlin qayası" adıyla tanınır. . . 

 

Oğlan – qız dağı  

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə