Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə21/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   17   18   19   20   21   22   23   24   ...   135

 

 

69 



 

 

Deyilənə görə, Nuh Nəbi bilirmiş ki, tufan baş verəcək, 

dünyanın üzünü su alacaq. Odur ki, böyük bir gəmi düzəltmək 

qərarına  gəldi.  Günbatanda  bir  meşə  var  idi.  Gün  arxasına 

keçəndə  kölgəsi  günçıxanı  tuturdu.  Ağacaların  gövdəsinə  qırx 

arşın ip – kəndir çatmazdı. 

Meşədə  Ac  adlı  bir  pələvan  yaşayırdı.  Biləyində  öküz 

zoru  var  idi.  Iş  –  peşəsi  el  –  obanın  ilxısına,  naxırına  zərər 

vurmağıydı.  Hər  öynədə  bir  öküz  yeyir,  üstündən  üç  tuluq  su 

içib doymurdu. 

Nuh Nəbi pəhləvanı yanına çağırdı. 

– Sənə doyunca yemək verərəm, – dedi. – Günbatandakı 

meşədən bir xeyli ağac kəs. 

Ac təəccüblə Nuhdan soruşdu: 

– Kişi, sən məni necə doyduracaqsan? Bilirsən ki, mən 

nə qədər yesəm də, elə acam. 

Nuh Nəbi dedi: 

– Səbr edib mən deyənə əməl etsən, mən deyən də olar. 

Ac razılaşdı. 

Nuh onun gücünə görə də balta düzəltdirdi. 




 

 

70 



Pəhləvan  baltanı  götürüb  ac  qurd  kimi  meşəyə  girişdi. 

On gün bəs deyincə kəsib tökdü. 

Nuh  pəhləvana  bir  öküz  kəsdi.  Ətini  qızardıb  qabağına 

qoydular.  Pəhləvan  öküzün  bir  budunu  yedi,  üstündən  də  bir 

tuluq  su  içib  geri  çəkildi.  Doymağına  heyrət  etdi.  Nuh  Nəbi 

dedi: 


– Pəhləvan, bu halal zəhmətin qazancıdır. Onun üçün də 

doydun. Haram yemək səni doyurmaz. 

Pəhləvan o gündən əvvəlki peşəsindən daşındı. 

Nuh  Nəbi  sənətkarlıqda  mahir  olan  yeddi  nəfər  usta 

çağırdı. Əvvəldən gəminin xərcini verib, razı saldı. Ustalar işə 

başladı. Bir aydan sonra gəmi hazır oldu. 

Bir  gün  Nuhun  arvadı  sıfra  açıb,  xəmir  yoğururdu. 

Durub  təndirə  od  salmaq  istədi,  duvağı  qaldıranda  quruyub 

qaldı. Təndir yarıya kimi suyla dolmuşdu. Arvat gedib əhvalatı 

ərinə söylədi. 

Nuh dedi: 

– Get, sıfra – xəmiri yığışdır. Tez ol, dünyanın üzünü su 

alacaq. Yol tədarükündə ol. Üç aylıq azuqə götür. 

–  Arvat  tədarük  gördü.  Azuqəni  gəmiyə  yığdılar.  Nuh 

öz  ailəsini,  əlavə  də  hər  heyvandan,  quşdan  bir  cüt  götürüb 

gəmiyə mindi. Oğlanlarından biri Nuhu eşitmədi. 

Dedi: 

– Mən uca dağın başına çıxacam. 



Nuh  gəmidən  yenib  düşdü  oğlunun  dalına.  Gördü  oğlu 

ona itaət etmir. Qayıtdı mindi gəmiyə. 

Qırx  gün,  qırx  gecə  yağış  yağdı.  Bir  yağış  ki,  tut 

ucundan  çıx  göyə.  Su  qalxdı,  dünyanın  üzünü  almağa  başladı. 

Gəmi də suyun üzünə qalxdı. Uca dağlar görünməz oldu. Axırı 

– sonu görünməyən bir dərya yarandı. Nə qədər canlı vardısa, 

tələf oldu. 

Gəmi  Məğribdən  Məşriğə  üz  qoydu.  Günlər,  həftələr 

dolandı.  Gəmi  bir  dün  nəyəsə  toxunub  keçdi.  Gövdəsi  bərk 

yırğalandı. Nuh Nəbi bildi ki, gəmi dağa toxundu. 




 

 

71 



– Pəh, nə  ağır dağdı! –  dedi. Başından heç qarın əksik 

olmasın. 

Odu – budu, dağın adı "Ağrıdağ" qaldı. Başından da qar 

əskik olmadı. 

Bir  həftə  də  keçdi.  Gəmi  yenə  silkələndi.  Nuh  Nəbi 

gəmidəkilərə: 

– Bı da inan dağdı, – dedi. 

Bu dağın da adı "Inan dağ" oldu. Zirvəsi də zərbədən iki 

yerə haçalandı. 

Gəmi  səfərə  davam  etdi.  Bir  az  getmişdilər  ki,  təkrar 

silkələndi. Nuh gəmidəkilərdən soruşdu: 

– Bu dağ o dağdan kəm deyil?! 

Dağın  adına  "Kəmki"  dedilər.  Gəmi  burdan  aralandı. 

Tufan da yavaşıdı. 

Bir  gün  bir  siçan  gəmin  deşdi.  Su  gəmiyə  dolmağa 

başladı.  Nuh  Nəbi  gördü  ki,  gəmi  qərq  olacaq.  Üz  tutdu 

gəmidəkilərə ki, kimin imkanı var əlac eləsin. 

Ilan dedi: 

– Mən eləsəm, nə verərsən? 

Nuh Nəbi dedi: 

– Nə istəyirsən? 

Dedi: 


– Dünyada şirin nədisə onu. 

Nuh Nəbi razı oldu. 

Ilan quyruğuyla deşiyi tutdu. Qıvrılıb yatdı 

Gəmi  bir  qayaya  yan  alıb  ehmalca  toxundu.  Nuh  buna 

"Gəmiqaya" adı verdi. Gəmidəkilər quruya çıxdılar. 

Tufandan sonra bir gün Nuh Mozalana dedi: 

– Get, fırlan, gör dünyada şirin şey nədir? 

Mozalan  havaya  qalxdı.  Hər  otun,  çiçəyin,  canlının 

üstünə  qondu.Hər  şeydən  daddı.  Şirin  olan  bir  şey  tapmadı. 

Fikirləşdi ki, dünyada dadmadığı  daha nə  qaldı. Yadına düşdü 

ki, bir insan ətindən dadmayıb. 



 

 

72 



Mozalan  bir  dağa  uçdu.  Şirin  yatmış  bir  ovçu  gördü. 

Əlinin kəfəsinə  yapışıb,  ətindən daddı.  Gördü ki, şirindi. Geri 

qayıtdı. 

Qaranquşa  dedilər  ki,  get  gör,  Mozalan  niyə  gecikdi. 

Qaranquş  Mozalan  gedən  tərəfə  uçdu.  Yolda  rastlaşdılar. 

Qaranquş soruşdu: 

– Dünyada nə şirindi? 

Mozalan dedi: 

– Insan əti. 

Qaranquş fikirləşdi  ki, bu  ixtiyar ilana verilsə, dünyada 

insan  qalmaz.  Istədi  Mozalanı  dilə  tutsun  ki,  bu  sirri  açma. 

Amma fikrindən daşındı. Dedi ki, birdən bunun faydası olmaz. 

Odur ki, hiylə işlətdi. Dedi: 

–  Gətir  dilini  dadım,  görüm  şirindi?  Şirin  olmasa  ilan 

səni çalar. 

Qaranquş  Mozalanı  aldatdı.  Mozalan  dilini  ona  uzatdı. 

Qaranquş onun dilini kökündən qopartdı, qabaqda qaçdı. Gəlib 

dedi ki, Mozalan gəlir. 

Mozalan  gəlib  Nuhun  qabağında  yerə  düşdü.  Başladı 

fırlanıb mızıldmağa. Heç nə anlamadılar. Dedilər: 

"Yorulub, ya da dilin şəkər tutub". 

Nuh Nəbi qaranquşdan soruşdu: 

 

Yolda sən görəndə dili var idi? 



Qaranquş cavab verdi: 

– Var idi. Dedi ki, dünyada torpaq şirindi. 

Nuh Nəbi ilana dedi: 

– Torpağı verdim sənə. 

Ilan  qaranquşun  hiyləsini  duydu.  Atılıb  onu  tutmaq 

istədi.  Qaranquş  uçanda  quyruğu  keçdi  ağzına.  Lələyinin 

ikisini çəkib qopartdı. 

O  vaxtdan  qaranquş  haçaquyruq  qaldı,  xeyir  xəbər 

müjdəçisi  oldu.  Mozalan  lal  olduğundan  vızıldamağa  başladı. 

Ilan da torpaqda yaşadı, ondan qənaətlə istifadə etməyə başladı. 

Rəvayətə  görə  Nuh  Nəbi  də  oğlanlarıyla  Naxçıvanda  məskən 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə