Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə18/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   14   15   16   17   18   19   20   21   ...   135

 

 

58 



Asnı bulağı 

əфsanəsi

 

 



Belə  deyillər  ki,  Arazın  o  tayında  Qara  adlı  bir  igid 

Asnı adında bir gözələ vurulur. Qara da gözəl olduğunnan Asnı 

xanım  da  onu  sevir.  Asnının  atası  çox  varrı  imiş.  O,  qızını 

yoxsul ailədən olan Qaraya vermək istəmir. Qaranın bu vilayəti 

tərk etməsini ona çatdırır. Qaraya çatdırıllar ki,  getməsə onun 

boynu  vurulacax.  Əlacsız  qalan  Qara  bir  müddət  oradan 

uzaxlaşır.  Asnının  həsrəti  ilə  yaşıyır.  O,  imkan  tapıb  Asnı  ilə 

yenidən  görüşə  bilir.  Onnar  vədələşib  günnərin  birində  Arazı 

keçir və gözdən itillər. Qara ilə Asnı bir xeyli gedib dağlara üz 

tutur və qayalıxlar arasında özlərinə sığınacaq tapırlar. Yorğun 

və susuz gənclər nahar etmək üçün yer seçillər. Onnar ətraфı nə 

qədər  gəzsələr  də  su  tapa  bilmillər.  Qara  Asnını  bir  qayanın 

dibinə  qoyub  su  dalınca  gedir.  O  yorulub  əldən  düşür,  lakin 

suya rast gəlmir. Yerli əhalinin Qalacıq adlandırdığı ərazidə üç 




 

 

59 



gün, üç  gecə  Qaranı  gözlüyən  Asnı bilmir ki, nə etsin, hayana 

üz tutub getsin.  

 

Asnı bir qədər yuxarı çıxıb yenə əlacsız qalır, ağlamaq, 



фəryad etməkdən başqa heç nəyə gücü çatmır, gümanı gəlmir. 

Ağlıya–ağlıya  Qaranı  səsliyir,  фəryad  edir  və  gözləyir.  Belə 

deyillər ki, qızın gözlərinnən axan göz yaşı çaya çevrilir. Yerli 

adamnarın  da  sevinci  yerə–göyə  sığışmır,  onnarın  sevinci 

Asnının  sevincinə  qarışır.  O  vaxtdan  bu  bulağı  Asnı 

adlandırıllar.  

 

Asnı  su  tapsa  da,  Qaranın  həsrətinnən  bilmir  nə  etsin, 



hara  üz  tutub  getsin.  Ətraфı  dərdli–dərdli  gəzən  Asnı  bir 

çobana  rast  gəlir.  Çoban  onun  kim  olduğunu,  bu  çölləri  nə 

yaxşı dolaşdığını xəbər alır. Asnı başına gələn əhvalatı olduğu 

kimi çobana danışır. Çoban Asnını tək buraxmax istəmir. Odur 

ki,  Asnıdan  xahiş  edir  ki,  Qaranı  birlikdə  axtarsınnar.  Onnar 

yollarına  davam  edillər.  Sıx  bir  meşəlihdə  Qaranı  yaralı 

vəziyyətdə  tapıllar.  Vəhşi  heyvannar  onu  yaralamışdı.  Qaranı 

Asnı  bulağının  yanına  gətirillər.  Qara  sudan  doyunca  içir, 

şükürlər  edir.  Çoban  onun  yarasına  çarə  axtarır.  Vəhşi 

heyvannarın 

dişi  batmış  yerlər  irinnəmişdi.  Arxların 

kənarınnan  bağayarpağı  tapır,  onu  əzib  yaralarının  üstünə 

döşəyir.  Iniltisi  ətraфa  yayılan  Qaradan  xahiş  edir  ki,  əlac 

yoxdur,  özündə  güc  toplasın.  Təbiətin  bu  məlhəmi  Qaranı 

sağaldır.  Çobanın  xeyirxahlığı  sayəsində  sevgililər  bir–birinə 

qovuşullar.  O  zamannan  onnarın  qalıb  ömürlük  yaşadığı  bu 

ərazi Qarabağlar adlanır.  

 

 

 



 

 

 



 

 



 

 

60 



Apardı sellər Saranı 

 

 



 

Deyillər  ki,  hər  gün  əmioğlu  və  əmiqızı—Xançobanla 

Sara  öz  qoyun–quzularını  Ər  dağının  ətəklərinə  sürər, 

günbatana  kimi  bir  yerdə  oynuyar,  nəğmə  oxuyarmışlar.  Illər 

ötdükcə  gözlər  bir–birinnən  utandı,  baxışlar  yarıda  qırıldı. 

Nəğmələr  öz  donunu  dəyişdi.  Sara  gözəl–göyçək  bir  qız, 

Xançoban  isə  qollu–biləkli  bir  igid  oğlan  olmuşdu.  Hərdənbir 

onnar  qaya  üzərində  qoşa  dayanır,  dağın  dibi  ilə  dəli  kimi 

dalğalarını  sahilə  çırpan  Arpaçayın  səsini  dinliyirdilər.  Öz 

əksini  Sara  ilə  Arpaçayın  dalğalarında  görən  Xançoban 

qorxmuş  kimi  geri  çəkilər,  Saranın  da  qolunnan  yapışar, 

sahildən  uzaqlaşarmışlar.  Xançobanla  Saranın  məhəbbətinnən 

xəbər  tutan  Saranın  atası  artıq  Saraya  qoyun–quzu  otarmağa 

icazə  vermir.  Xançoban  Ər  dağına  gələr,  yan  tütəyi  ilə  həsrət 

oduna yandığını aləmə yayardı.  



 

 

61 



 

Günnərin  birində  Xançobanı  görmək  həsrəti  ilə  səhəng 

çiynində qızlarla Arpaçaydan su gətirməyə gedən Sara şikardan 

qayıdan xanın oğlu ilə qarşılaşdı. Elə o gecə Saranın toy günü 

müəyyənləşdirilir.  

 

Bu  hadisədən  xəbər  tutan  Xançoban  öz  atını  qarannıx 



tövləyə  çəkib    axurunu  saman  və  arpa  ilə  doldurur.  Toyun 

qırxıncı günü Xançoban öz atını da götürüb əmisinin hüzuruna 

gəlir. Bu gəlişdən o qədər də şad olmayan Saranın atası qardaşı 

oğlu ilə razılaşır. Sara Xançobanın atı üzərində bəy evinə gəlin 

gedəcəkdir. Bu xəbər Saranı da sarsıdır. Xançobanla gəzdiyi Ər 

dağı, bağladıqları əhd–peyman onu bərk sarsıdır. 

 

Gəlin ata evindən uzaqlaşdıxca nağara və zurnanın səsi 



Ər  dağına  yaxınnaşırdı.  Xançoban  qayanın  üzərində  durub 

Arpaçaya  baxır,  yanaxlarından  axan  damcılar  çaya  düşdükcə 

dalğalar  dəli  kimi  nərildiyirdilər.  Dəstə  qayıya  yaxınnaşırdı. 

Bax  buradaca  Arpaçayı  görən  Sara  kövrələrək  qaya  üzərinnən 

ona baxan Xançobanın kövrək baxışlarına dözə bilməyəcəkdi.  

 

Birdən  toy  kəsildi,  şivən  düşdü…  Arpaçayın  dəli 



dalğaları «şaqqa» çəkib, ətraфa səs saldı. Heç kim heç nə başa 

düşmədi.  Bircə  əllərini  Sarasına  sarı  uzadaraq  daşa  dönmüş 

Xançobannan başqa. Bəlkə də bu sirri bildiyinnən daşa döndü, 

Xançoban?. Nə bilək…  

 

Əhvalat belə olmuşdu:  



 

Qırx  gün  qırx  gecə  axuruna  saman  və  arpa  tökdüyü 

atına  Xançoban  bircə  dəфə  də  su  vermir.  Su  həsrəti  ilə  alışıb 

yanan  at,  Ər  dağının  zirvəsinnən  suyu  görüb  özünü  çaya  atır. 

Çayın da yaz vaxtı, dəli vaxtı, udur Saranı.  Xançobansa 

tutduğu  əməlinnən,  Sarasızlığınnan,  onsuz  da  Saraya  qovuşa 

bilməyəcəyinnən daşa dönərək Ər dağında qalır.  

 

Bu  əhvalatdan  sonra  Arpaçayın  adını  eşidən  də, 



eşitməyən də oxudu:  

 

 



 

 

 



Arpaçayı aşdı–daşdı,  

              

 

Sel Saranı aldı, qaçdı.  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə