Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

 

 

48 



*  Duz  yerə  töküləndə  savaş  olar,  gərəh  duzun  üsdünə 

qənt qoyasan.** 

* Yola çıxanda bir adamınan irasdaşırsan ki, ayağı sənə 

düşmür.  Onda  gərəh  qəyidip  güzgüyə  baxasan,  sora  yola 

çıxasan.** 

*  Heş  vaxtı  çörəh  yemədiyin  bir  evdə  çörəh  yeyəndə  o 

çörəhdən  birəz  dilivin  altına  qoyup  niyyət  eliyirsən,  üzüvü 

tutursan  bir  adama  sarı.  O  adamın  ağzınnan  yaxşı  söz  çıxsa, 

niyyətin pitəcəh, pis söz çıxsa pitmiyəcəh.** 

*  Deyərlər,  arvadın  yuxusu  yana  yorar.  Yəni  ki, 

ziyannıx başqa yerdən olar. 

* Bakirə qızın yuxusu çin olar. 

* Kişi qisminin yuxusu düz olar. 

*  Gərəy  yuxuda  nə  görsən  demiyəsən  nə  pis  yuxuydu. 

Deyəsən Allah xeyir eləsin. 

* Bir quşun başı kəndə sarı ola, quyruğu şəhərə sarı ola, 

o quşun quyruğu başınnan şərəfəttlidir. 

* Deyəllər ki, qəzanın beş barmağı var 

*  Qabağa  pişih  çıxanda,  der,  papağın  dimdiyin 

çevirəllər ki, yol açığ olsun. Pişih yol kəsər, bağlıyar. 

*  Qarğa  gəlip  qırıldıyanda,  derdih,  Allah  səən  kökü 

kəssin, biz qar istəmirih. 

*  Uşağı  sünnət eliyəndə  qabda suyun  içinə  yumurta  ilə 

40  nar  çubuğu  da  qoyurdux.  Bı  uşağın  üstünə  qırxlı  adam 

gələndə nar çubuxların suya batırıp çiliyirdih sünnətdi uşağa ki, 

uşağı qırx basmasın. 

* Cavahir nənəm deyirdi ki, oruşduğun 3 böyüh qıçı, 6 

xırda qıçı olur. Hər beş gün xırda qıç, hər on gün isə böyüh qıç 

hesab  olunur.  Oruşduğun  15–ci  gününə  çatanda  deyəllər 

çıxdım  dağın  başına,  elə  ki,  15–i  keçitdin  bı  oxşuyur  dağdan 

yenməyə. 

*  O  vaxtlar  qıza  elçi  gedəndə,  sənəh  apararmışlar, 

verərmişlər  qıza.  Qız  sənəyə  suyu    qəşəhcə  tökə  bilsəydi, 

alarmışlar, yox tökə bilməsəydi almazmışlar. 




 

 

49 



IV. ƏFSANƏLƏR, RƏVAYƏTLƏR 

 

Keygidər  quşları 

 

 

Keygidəri  ovlamazlar,  günahdı.  Lap  əldən  düşəndə, 



ölməyə macal Keygidərin özü çıxar ovçunun qabağına.  

Bu quşlar yekəcədi, ətticə–cannıcadı.  

Deyəllər  ki,  Keygidərlər  ildə  bir  yol  qanad  bağlallar, 

bizim  dağlardan  düz  Isфahanacan  uçallar.  Bunun  işi  bir  sirri–

xudadı. Uçanda qabağına çıxan dağın daşına–qayasına dəyəndə 

hövlünnən  bağrı  çatdıyıb  ölər.  Ölməsə,  dünya  da  dağıla, 

düşdüyü  dağdan  bir  də  uçmaz,  payi–piyada  qayıdar  öz 

dağlarımıza. 



 

Aydaş əfsanəsi 

 

 

Belə  rəvayət  edillər  ki,  Ay  Günün  eşqi  ilə  dağları, 



daşları gəzib dolaşırdı. Gün də Qara divin əlində əsir idi. Qara 

div isə Günün hər addımını izdiyirdi.  

 

Gün  axşamnar  çayın  qırağındakı  mağarıya  gələr, 



buradan  ayı  səslərdi.  Ay  Günün  səsini  eşidən  kimi  mağarıya 

gələr, öz sevgilisi Günlə sevişərdi.  

 

Bir  gün  Qara  div  Ayla  Günün  sevişdiyini,  bir–birini 



sevdiyini eşidib Günü mağarada əsir edir və saşlarınnan asır.  

 

Ay hər axşam mağaranın yanına gəlir, üzünü mağaranın 



daşlarına söyküyür, divin yuxuya getməsini gözlüyürdü. Elə ki, 

div yuxuya getdi, Ay mağarıya girər, sevgilisi Günün saşlarını 

açar, onnan söhbət edib dərddəşərdi.  

 

Günnərin bir günü  Ay  yenə də mağaranın  yanına gəlir, 



üzünü həmişəki kimi mağaranın daşlarına söyküyüp Qara divin 

yatmasını,  yuxuya  getməsini  gözlüyür.  Qara  div  bunnan 

şüphələnir  və  səhərə  qədər  yatmıyıp  Günün  yanında  oturur. 

Səhər  Qara  div  mağaranın  arxasınnan  hənirti  gəldiyini  duyup 

eşiyə  çıxır.  Ay  Qara  divin  gəldiyini  görüp  qaçır.  Ay  üzünü 



 

 

50 



mağaranın  daşdarına  elə  bərk  söykəyip  qulaq  asırmış  ki, 

üzünün  bir  tərəфi  yapışıp  daşda  qalır.  (Bu  gün  də  Ayın  əksi 

olan daş Aydaşda durur)  

 

Qara  div  o  günnən  Ayın  dalınca  düşüp  onu  tutmağ 



istiyir.  

 

Eşqdən alovlanıb  yanan Gün də gündüzlər uca göylərə 



qalxıb  Ayı  axtarır,  Ay  isə  üzünün  ləkəli  olduğunu  görüp 

gündüzlər  Gündən  gizlənirdi.  Axşamnar  Ay  sevgilisi  Günün 

olduğu  mağarıya  gəlip  gecənin  qarannığında  onnan  xəlvəti 

söhbət edərdi.  

 

Bunnan  hirslənən  Qara  div  gündüzlər  gah  Ayı,  gah  da 



Günü  tutur,  onnardan  görüşdükləri  yeri  öyrəmmək  istiyirdi. 

(Bu, Ay və Günün tutulmasına işarədir).  

 

Nə Ay, nə də Gün görüş yerlərini Qara divə deməzdilər. 



Onnar görüş yerlərini gizli saxlayırdılar.  

 

Beləcə  Qara  divdən  xəlvət  yerdə  Ayla  Gün  gecələr 



görüşüp sevişirdilər.  

 

Deyilənə görə, indi də Ay və Gün gecələr həmin yerdə–



Aydaşda görüşüllər. Onnarın görüşdüyü yer isə Aygün addanır.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gəlin qaya 


 

 

51 



 

Şərur 


 

 

Ordubad 

 


 

 

52 



Deyilənə  görə,  Gen  dağın  ətəyində  bir  iyid  öz 

torpağında  işdiyirdi.  O,  təzəcə  əvlənmişdi.  Gəlin  də  ki,  nə 

gəlin. Gözəlliyi dörd bir yana işıx salırdı. Gəlin hər gün ərinin 

yeməyini  Gen  dağın  ətəyinə  aparardı.  Bir  gün  yağılar  yurda 

basqın edirlər. Gəlin də ərinə yemək aparırdı. Xəbəri yox idi ki, 

ərini  düşmənnər  öldürüp.  Gəlin  ərinin  öldürülməsini  görüp, 

yağıdan qaçmağ istiyir. Düşmən də onu qovur. Gəlin görür ki, 

yağılar onu tutacax, göylərə üz tutup yalvarır ki, tanrı onu daşa 

çevirsin. Gəlin daşa çevrilir. O daş gəlin qaya addanır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə