Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə17/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   13   14   15   16   17   18   19   20   ...   135

 

 

53 



Gülüstan  əфsanəsi 

 

 

 

Neçə  illər  idi  ki,  Gülüstan  Araza  aşiqdi.  O,  hər  gün 



Arazla çayın sahilində görüşərdi. Bir gün düşmən yurda hücum 


 

 

54 



edir. Hamı ayağa qalxır. Araz da döyüşə gedir. Yağını qovub – 

çıxarıllar  yurddan.  Döyüşənnər  geri  döndülər.  Gülüstan  allı  – 

güllü  paltarın  geyib  çayın  sahilinə  gəldi.  Lakin  Araz  gəlip 

çıxmadı.  Gülüstan  səhərəcən  onu  gözlədi.  Gözlərinnən  axan 

yaş hər tərəfi suya döndərdi. Suyun əhatəsində bir parça allı – 

güllü  yerə  qaldı.  Deyilənə  görə,  o  yer  ilin  3  fəslində  güllü  – 

çiçəkli olur. O yeri Gülüstan adlandırdılar. 

 

Güzgüdəki əjdaha 

Rəvayətə  görə,  adam  qocalanda  aparıb  qoyarmışlar 

dağa. Bir oğlan da aparıb atasını dağa qoyarkən vəhşi quşların 

onu  didib  dağıdacağını  gördühdə  ürəyi  dözmür.  Atasını  daş 

altında gizliyir. Hər gün də çörəyini, suyunu gizli aparıb verir. 

Padşahın  ölkəsindəki  çayın  qabağını  əjdaha  kəsir. 

Gündə  bir  qurban  verməhlə  bir  az  su  gəlir.  Oğlan  əhvalatı 

atasına  deyir.  O,  atasının  məsləhəti  ilə  gəlib  şaha  böyük  bir 

güzgü  düzətdirir.  Güzgünü  əjdahanın  qarşısına  tutullar.  Öz 

böyüdülmüş şəklinnən qorxan əjdaha qaçır, bu yolla onu şahın 

torpağınnan çıxarıllar. 

Şah  oğlana  deyir,  get  atanı  gətir.  Fərman  verir  ki,  kim 

qocalmış atasını aparıb dağa qoysa, boynu vurulacax. 




 

 

55 



Nuhun 

gəmisi

 

Qədim zamannarda bir qarı yer üzünü su alacağını eşidir 



və  Nuh  peyğəmbərə  yalvarır  ki,  onu  da  öz  gəmisinə  götüsün. 

Qarı  bir  balaca  çörək  pişirip  özü  ilə  götürmək  istiyir  və 

təndirdə  onu  yuxu  tutur.  Su  qarının  təndirindən  qalxır. 

Peyğəmbər  bütün  cannıların  hamısınnan  bir  cüt  gəmiyə  alır. 

Gəmi  qalxır,  onun  bir  parçası  Ilandağa  dəyərək  düşür.  Sonra 

bir  xeyli  irəlidə  gəmi  yenə  başqa  dağa  çarpır  və  bir  taxtası 

düşür.  Sonra  heyvannardan  ilan  narahatçılıx  edir.  Peyğəmbər 

deyir,  allahın  heyvanı,  səni  kor  olasan,  gecə  başın  ağrısın, 

gündüz dişin, sürüncəhli qalasan. Nuhun gəmisi yenir, quşların 

hamısı  uçup  gedir.  Toyuq  uça  bilmir,  soruşur  mən  niyə  uça 

bilmədim, ya Allah. 

Peyğəmbər  cavabında  deyir:  –  Nahaqdan  danışdığına 

görə uça bilmədin.  

  

 



 

 

 



 

 

 



 

 

 


 

 

56 



Əcəldən qaçmaq olmaz 

 

Süleyman (p) vaxtında Əzrail gözə görünərmiş. Bir gün 

bir  kişi  yolunan  gedirmiş,  Əzrailnən  qarşılaşır.  Əzrail  kişini 

görüb  təəccübnən  ona  baxır.  Kişi  də  gəlir  Süleyman 

peyğəmbərin  yanına  ki,  bəs  məni  göndər  Hindistana.  Əzraili 

gördüm, mənə təəccüblü baxdı, nəsə eliyəcək mənə. Süleyman 

(p) deyir: Narahat olma, çağırıb yanıma soruşaram. Deyir, yox, 

göndər məni. Süleyman (p) ah çəkib kişini göndərir Hindistana. 

Səhəri  gün  Əzraili  çağırıb  yanına  deyir:  –  Niyə  o  kişiyə  elə 

baxıb qorxutmusan? Deyir, Allah məni çağırmışdı yanına ki, o 

kişinin  canını  Hindistanda  al,  mən  də  burda  gördüm, 

təəccübləndim  ki,  burda  neyniyir.  Süleyman  (p)  deyir: 

"Əcəldən qaçmaq olmaz". 

 

Oğuz oğlu və qurd  



 

 

Oğuz  oğlu  zağada  yaşıyanda  qışdan  yaman  qorxarmış. 



Ona görə də ilin üç фəslində qışa tədarük görər, dünyanın naz–

nemətini zağıya yığıb gözlərdi.  Il boyu yığdığı quru meyvələri 

özü və ailəsi yiyərdi, bir təhər yaza çıxardı.  

 

Bir  il  qış  uzun  çəhdi.  Oğuz  oğlunun  azuqəsi  qutardı. 



Çarəsiz  qalan  Oğuz  oğlu  böyüh  çillənin  otuzuncu  günü 

zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər 

gəzdi, dolandı, bir şey tapbadı. Saqqalı buz bağladı, əli–ayağı 

dondu.  Kor–peşiman  evə  qayıdanda  yolda  bir  qurd  balasına 

rast gəldi.  

 

«Oğuz oğlu, bu qarda, boranda haradan  gəlirsən»–deyə 



qurd  balası  soruşdu.  Oğuz  oğlu  başına  gələn  əhvalatı  danışdı. 

Ilin  aylarınnan  gileyləndi.  Dedi  ki, elə  ay  var,  yaxşı dolanırıx, 

elə ay var acınnan qırılırıx. Ayları təriфlədi, ayları yamannadı, 

qışdan gileyləndi.  

 

Qurd balası dedi:  




 

 

57 



 

–  Ey  Oğuz  oğlu,  qabaqdakı  dörd  yolayrıcında  səni  bir 

sürü  qoyun,  bir  qucax  sünbül,  bir  cəhrə,  bir  də  əl  dəyirmanı 

gözlüyür.  Onnarı  alıb  zağana  apararsan.  Qoyunnardan  bir 

neçəsini  kəsib  ətini  yiyərsən,  yununnan  cəhrədə  ip  əyirip, 

özünə isti paltar toxuyarsan, dərisini əyninə geyərsən, sünbülün 

ununnan çörəh bişirərsən, yaza çıxarsan. Ancaq sənə verdiyim 

əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu gərək 

özün artırasan. Sünbülün dənini yerə səpib onu annının təri ilə 

suvarasan.  

 

Dedihlərimə  əməl  eyliyə  bilməsən  yaşamax  sənin  üçün 



çətin olacax.  

 

Oğuz oğlu yolayrıcına gəldi. Qurd balasının dedihlərini 



götürüb  zağıya  gətirdi.  Qurd  balasının  dediyi  kimi  etdi.  Qışı 

keфi  kök  dolandı.  Yayda  sürünü  dağlara  yaydı,  sünbülü 

torpağa səpdi, gecə gündüz sürülərin, sarı sünbülün qulluğunda 

dayandı.  

 

Oğuz  oğlu  bütün  ili  işlədi.  Qurd  balasına  rast  gəldiyi 



böyüh  çillənin  otuzuncu  gününnən  isə  bayrama  hazırlaşmağa 

başladı.  Ilin  beş  gününü  yedi,  içdi,  çaldı,  çağırdı,  qohum–

qardaşa  bayrama  getdi,  qurd  balasının  ona  verdiklərinnən 

qohum–qardaşa sovqat apardı.  

 

Oğuz oğlu ilin başlanğıcını o günnən hesapladı. O günə 



Novruz  adı verdi. Novruzu bayram etməyə  adət  elədi.  Novruz 

ona uğur gətirdi.  

 

Ağ oğlan bulağı  

 

 

Sədərək kəndi yaxınnığında bir bulax var. Adı Ağ oğlan 



bulağıdır.  Həmin  bulağın  yanında  bir  qəbir  var.  Qəbrə  isə 

Günəşin Ağ oğlunun qəbri deyillər.  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə