Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   21   22   23   24   25   26   27   28   ...   135

 

 

87 



Deyirlər  ki,  varlı  bir  kişi  Ordubehiştdə  yaşayıb, 

gözəlliyi dillər əzəbri olan bir qızı almaq istəyir. Buna görə də 

o, Ordubehşitdə elçiliyə gedib qızın atası ilə danışır. Qızın atası 

həmin  kişinin  varına  aldanıb  iki  –  üç  günə  toyun  başlamasına 

söz verir. Ancaq qızın həmin kişidən zəhləsi  gedir. Çünki  kişi 

həm  yaşlı,  həm  də  çox  çirkin  imiş.  Ixtiyarı  atasında  olan  qız 

özünü öldürmək qəsdinə düşür, Dərdini qonşu qıza söyləyir. O, 

qızın sevgilisinə xəbər aparır, oğlan gəlib çıxır. 

Qız  öz  sevgilisinə  qoşulub  qaçır.  Bu  işdən  xəbər  tutan 

varlı  kişinin  adamları  onların  dalınca  düşürlər.  Oğlanla  qız 

yaxalanacaqlarını  görüb  dağlara  üz  tuturlar.  Varlı  kişinin 

adamlarının  arxadan  atdıqları  ox  onların  hər  ikisini  yaralayır. 

Kürəyinə  sancılan  oxun  ağrısına  dözə  bilməyən  qız  özünü 

oğlanın  qolları  arasına  atır.  Onlar  düşmənin  əlinə  düşməsinlər 

deyə, Allaha yalvarırlar: 

Bizi daş elə, daş elə, 

Daşlara yoldaş elə. 

Oğlanla  qız  ağır  yaralanıb  çoxlu  qan  itirdiklərindən 

ordaca  ölürlər.  Varlı  kişinin  adamları  cəsədləri  bir  –  birindən 

ayırır, basdırmırlar ki, qurd – quşa yem olsunlar. 

Illər  keçdikcə  oğlanla  qızın  cəsədləri  daşa,  qayaya 

çevrilir, bir – birinə həsrətlə baxan qoşa dağ əmələ gəlir. 

Elə o vaxtdan qoşa dağ el arasında "Oğlan – Qız" adıyla 

tanınır. 

 



 

 

88 



Fərhad evi ** 

 

Qədim  zamanlarda  Fərhad  adlı  bir  oğlan  varmış.  O, 

cüssəli,  igid,  mərd  bir  oğlanmış,  həm  də  sənətkarmış.  Gözəl 

şəkillər  çəkər,  heykəllər  yonarmış.  Adı  –  sanı  hər  tərəfə 

yayılıbmış. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün 

aparırmışlar. 

Fərhad  sənətində  kamil  olduğu  kimi,  sözündə, 

məhəbbətində  də  dediyindən  dönməzmiş.  Günlərin  birində 

Fərhad  eşidir  ki,  Bərdədə  Şirin  adlı  bir  gözəl  var.  O,  Şirini 

görmək  üçün  Bərdəyə  üz  tutur.  Fərhad  dostlarıyla  Naxçıvan 

torpağından  keçir.  Şahbuzun  sərin  bulaqları,  gur  çayları, 

Batabat dağları onu heyran qoyur. O bir neçə gün burada qalır, 

bir gün üzünü yoldaşlarına tutub deyir: 

– Mən bu  yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə 

bir naxış vuram. 

Fərhad külüngünü əlinə alır, uca dağlar qoynuna hücum 

çəkir.  Az  müddət  içərisində  qayalıqda  bir  ev  düzəldir.  Sonra 

həmin evin divarına Şirinin şəklini həkk edir. 

Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan 

Batabat  yaylağında  gecələyənlər  həmin  evin  qonağı  olur, 

Fərhadın sənəti qarşısında baş əyirlər. 



 

 

89 



Indi  də  Batabat  yaylağında  qalan  həmin  ev  el  arasında 

"Fərhad evi" adıyla tanınır. 



 

Çömçəxatun ** 

 

Çömçəxatun adında bir qız varımış. Bı qız okqədər pak, 

mömün adammış ki, Allah yanında hörməti hamıdan artığımış. 

Bir dəfə il çox quraxlıx keçir. Camahatın bütün məhsulu 

yanıp  tələf  olur.  Ta  camahat  hər  şeyi  yeyip  qurtarır,  pütün 

heyvannarı kəsir. Sora yeməyə heş dad tapbıllar. Göydən də bir 

damcı  yağış düşmür ki, düşmür. Əyər belə getsəymiş adamnar 

qırılacaxmış.  

Çömçəxatun  işi  belə  görüp  çıxır  bir  təpənin  başına. 

Üzün göyə tutup Allaha yalvarır ki, yağış yağdırsın.  

Allah  bını  eşidip  yağış  yağdırır.  Qız  yağışın  altınnan 

getmir,  okqədər  durur  ki,  cum–culux  isdanır,  axırda  da 

yamyaşıl bir ardışa çevrilir. 

 

Qurd südü əmmiş uşaq ** 



 

 

Bir tayfa varımış. Bı tayfanın başçısı sonsuzumuş. Çox 



qurbannan, nəzir – niyazdan sora bının bir oğlu olur. Uşax dörd 

– beş  yaşına  çatır, əmə  yeriyəmmir, heş ayax  üsdə durammır. 

Dədəsi  başdıyır  ağlamağa  ki,  bə  mən  ölənnən  sora  bı  şikəst 

oğlumun axırı nolacaq? 

 

Elə bı vaxdı düşmannar basqın eliyillər, bı tayfanı qırıp 



– çatıllar. Pütün kişiləri öldürüp, arvat – uşağı qul eliyillər. Bı 

uşağı da şikəst olduğuna görə aparmıllar, atıllar bir daşın dibinə 

ki, qurt – quş yesin.  

Düşmannar  tutduxları  əsirrəri  də  götürüp  gedənnən  sora  bir 

canavar gəlir. Uşağı əmizdirir, sora götürüp aparır öz yuvasına, 

başdıyır  bını  saxlıyıp  bəsdəməyə.  Neçə  illər  keçir,  uşağın 

ayaxları  açılır.  Özü  də  bir  pəhləvan  olur  ki,  gəl  görəsən,  əl 



 

 

90 



atmağıynan yüzillih çinarı kökünnən çıxarmağı bir olur. Nərəsi 

gələndə şir, pələh girməyə deşih axtarır. 

 

Oğlanın  adı  hər  yana  yayılır.  Düşmənnər  də  bının 



sorağın eşidip gəlillər onu öldürməyə. Ancaq bir yannan oğlan, 

bir  yannan  da  canavar  bınnarın  əhədin  kəsir,  bir  nəfərin  belə 

sağ  buraxmıyıp  hammısın  öldürür.  Sora  gəlir  tayfasınnan  sağ 

qalannarı da qurtarır, gəlirlər öz torpaxlarına, oğlanı başçı seçip 

başdıyıllar yaşamağa. 

 

O  vaxtdan  bu  tayfıya  "Qurtdar  tayfası"  deyillər. 



Naxçıvanın Qurtdar məhləsi də onnardan qalmadı. 

 

Ağıllı çoban ** 



 

Keçmiş  zamanlarda  Naxçıvanda  Həsən  adlı  bir  xan 

yaşayırdı.  Həsən  xanın  üç  oğlu,  bir  qızı  vardı.  Bədəl  adlı  bir 

cavan  da  xanın  sürüsünü  otarırdı.  Gün  o  gün  olur  ki,  Bədəl 

xanın qızına aşiq olur. Xanın qızı da Bədəli sevir. 

Bir gün Həsən xan bu sevdadan xəbər tutub qəzəblənir. 

Ayrılıq  günləri  başlayır.  Həsən  xan  qızına  həyət  –  bacaya 

çıxmağı qadağan edir. 

Yazıq  Bədəl  fikir  etməkdən  saralıb  –  solur.  O, 

sevgilisinə  qovuşmaqdan  ötrü  çox  yollar  axtarır.  Günlərin  bir 

günü  Bədəl  sürünü  Araz  qırağında  otaranda  haramılar  hücum 

çəkir.  Onun  əl  –  ayağına  sarıyıb  sürünü  çayın  o  tayına 

keçirirlər.  Bədəl  çox  zülümlə  bir  təhər  əllərini  açır.  Sevimli 

tütəyini götürüb başlayır həzin – həzin çalıb oxumağa: 

                  Bəsti, ay Bəsti, 

Kəndir qolumu kəsdi

                            Haramılar sürünü basdı. . . 

Bu  səs  gəlib  Bəstiyə  çatır.  Bəsti  gecə  cəld  yatağından 

durub  atasını,  bir  də  qardaşlarını  yuxudan  oyadır.  Hal  – 

qəziyəni onlara söyləyir. Atası əvvəl inanmır, sonra oğlanlarını 

da götürüb yatağa gedir. Görür ki, sürü geri qayıtmayıb, atlarını 

Araz  qırağına  sürürlər.  Bədəlin  sarıqlı  halda  tütək  çaldığını 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə