Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə10/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   6   7   8   9   10   11   12   13   ...   135

 

 

30 



Əjdahalar  başlayır  vırışmağa.  Ağrı  dağının  əjdahası  bı 

birin  az  qala  basırmış.  Bı  əjdaha  oğlana  işarə  eliyir.  Oğlan 

qılıncın sivirip Ağrı dağının əjdahasın öldürür. 

Sora  əjdaha  oğlana  deyir  ki,  dalımca  gəl.  Bınnar  gəlip 

bir  zağıya  girillər.  Oğlan  görür  ki,  burda  üş  xum  var,  qızılnan 

doludu.  Əjdaha  oğlana  deyir  ki,  nə  qədər  başarırsan  götür. 

Ancax  elə  götür  ki,  bir  də  peşmannıyıp  bıra  qəyitmiyəsən. 

Yoxsa  zərəl  çəkərsən.  Oğlan  pütün  ciblərini,  qol  –  qoltuğunu 

doldurur qızıllarınan, sora çıxıb gedir. Bir müddət keçir. Oğlan 

bı  qızılları  sağa  –  sola  xəşdiyip  qurtarır.  Təzədənnən  durup 

qəyidir  həmin  zağıya.  Görür  ki,  əjdaha  başını  qoyup  qızıl 

xumnarının üsdünə, yatıp. 

Oğlan  yavaşca  yaxınlaşır,  xumun  ağzın  açıb  gizdincə 

qızıllardan götürməh isdiyir. Bı dəmdə əjdaha oyanır. Baxır ki, 

oğlan  qızıl  götürür.  Tpürüp  bının  üzünə  ki,  adam  oğurrux 

eləməz. 


Ta  oğlan  heş  zad  götürmüyüp  dala  qəyidir.  Ancax 

əjdahanın tüpürdüyü sifəti qapqara qaralır çürüyür. 

 

Qurd arvad ** 

 

Bir  kişi  dostugilə  gəlir.  Çörəh  yeyillər,  içillər,  axşam 



olur.  Kişi  duru  getsin,  dostu  deyir  ki,  əkişi  getmə,  gecədi,  bir 

şey olar. 

Kişi deyir ki,  yox gedəcəm, at altımda, tüfəng belimdə, 

nədən  qorxacam?  Dostunun  arvadı  bını  eşidir.  Demiyəsən,  bı 

arvad  bizdən  yeylərdənimiş.  Arvad  durup  çıxır  eşiyə,  donun 

dəyişip  qurt  donuna  düşür.  Durur  kişinin  yolu  üstünə.  Bınnar 

tutaşır. Kişi  görür ki,  yox, bacarmayacax, birtəhər pıçaxnan bı 

adamcılın döşünnən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta 

gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır. 

Bu  dəmdə  arvad  gəlir.  Kişi  baxır  ki,  arvadın  döşü 

yaralanıp.  Məsələni  annıyır.  Qeyidip  dostuna  deyir  ki,  bə  o 

adamcıl sənin arvadındı. Mən onu yaralamışam. 




 

 

31 



Dostu  heş  zad  demir.  Durup  ev  –  eşiyi  axtarır.  Kərmə 

qalağında  arvadın  donunu  tapır,  yandırır.  Arvad  qışqırır, 

özünnə  gedir.  Əncax  ta  əli  hara  yetəcək.  Donu  yanannan  sora 

adam adamçıllıxdan çıxır, adam olur. 

 

Kəlləgöz ** 

Kəlləgöz  də  adamdı,  ancax  adamnan  çox  yekədi. 

Özünün  də  təhcə  alnında  bir  gözü  var.  Insannara  düşməndi, 

harda tutsa bişirip yeyər. 

Kəlləgözün  çoxu  sürüsü  olur,  o  da  bı  sürünün  içində 

yaşıyır.  Səhərdən  axşama  kimi  heyvannarın  otarırmış.  Əxşam 

da  öz  qələcəsinə  qəyidirmiş.  Bir  nəfər  gizdində  qələciyə  girir, 

ocax  yandırır,  şişi  qızdırıp  Kəlləgözün  gözünü  dağlayır.  Kor 

Kəlləgöz  qapını  xapıyıb  bını  tutmax  istiyir.  Bı  adam  da  bir 

heyvan  öldürüp  girir dərisinə. Kəlləgöz  əlini  sürtür dəriyə, elə 

bilir ki, qoyundu. Adam da qurtulup gedir. Kor Kəlləgöz addım 

səsinə düşür bının dalınca. əncax yolu görmədiyinnən qəyədən 

uçup ölür. 

 

Hal nənəsi ** 

 

Hal nənəsi arvad kimidi. Boylu qadınlara zəfər toxuyur. 



Özüm  görmüşəm.  Təzəcə  yatmışdım,  evdə  də  heş  kim 

yoxuydu.  Bir  də  baxdım  ki,  evdə  yaşıl  tuman,  qırmızı  köynək 

geymiş  bir  arvat  var.  Çıxıb  oturup  sandığın  üstündə.  Mən 

qorxdum, pismillah deyip yanımdakı şişi götürdüm. Arvat dedi 

ki,  qorxma,  yanında  dəmir  var,  özün  də  Allahın  adın  verdin. 

Mən sənə heş bir şey eləmiyəcəm. Bir az oturannan sonra çıxıp 

getdi. 



 



 



Bir  kişi  çıxır  səfərə.  Bının  da  arvadı  həmləymiş.  Kişi 

gedənnən  sora  arvad  həmləsin  qoyur  yerə.  Əvdə  heş  kim 

olmadığınnan hal nənəsi gəlir bı arvadın ciyərin çıxarıp aparır, 

arvad ölür. 




 

 

32 



Kişinin  bir  dostu  var  imiş.  Bı  dosdu  gəlirmiş  kişigilə. 

Yolda görür ki, hal nənəsi əlində ciyər bıdı gedir. Tez xəncərin 

çəkip  tutup  hal  nənəsinin  yaxasınnan  ki,  bə  bı  ciyər  kimindi 

apar qəytər. 

Hal  nənəsi  deyir  ki,  filankəsindi,  əncax  bını  suya 

salmışam, yumuşam, qeytərsəm də xeyri yoxdu. 

Oğlan  deyir  ki,  tez  ol,  dərmanın  de,  yoxsa  səni 

doğruyaram. 

Hal  nənəsi  qorxur.  Deyir  ki,  mən  arvadın  ciyarın 

çıxaranda bir – iki qan düşdü astanıya. Get onu qaşı götür, suya 

salıp qatışdır, ver arvat işsin. Onda dirilər. 

Oğlan  onu  bıraxıp  gəlir  dostugilə.  Görür  ki,  camahət 

yığışıp, ağlaşmadı. Arvadın meyiti də ortada. Astanıya baxır ki, 

doğrudan  da  qan  düşüp  bıra.  Qaşıyıp  suya  salır,  arvatın  ağzın 

əralayıp tökür boğazına. Arvat dirilir. 

Hal  nənəsi  soğanınan  şişdən  qorxur.  Ona  gora  da 

zahının  dört  bir  tərəfinnən  cızıx  çəkillər.  Ta  onnan  sora  hal 

nənəsi zahıya yaxın düşəmmir. 

 

Tilsimlənmiş qazan ** 

 

Bir kişi gedirmiş su suvarmağa. Görür ki, toy səsi gəlir. 



Yəxinnəşip bəxir ki, bizdən yeylər toy eləyir. 

Cinnər  bir  kişiyə  deyir  ki,  gəl  otu,  bişirdiyimizdən  ye, 

əncax bildiyivi demə. 

Kişi  tez  əlini  qoyur  qazanın  üsdünə,  "pismillax"  deyir. 

Bı vəxdi cinnər bının başınnan bir xapaz vırıp yox olurlar. 

Cəmahət  gəlip  görür  ki,  bı  kişi  əli  qazanın  üsdündə 

özünnən  gedip.  Onu  ayıldıllar,  qəzanı  da  götürüp  gəlillər 

kəndə. 


Indi həmin qəzan Yuxarı Əndəmicdə qalır. Cəmahət xeyir – 

şərdə işlədir. 



Ev əyəsi ** 

 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə