87
Deyirlər ki, varlı bir kişi Ordubehiştdə yaşayıb,
gözəlliyi dillər əzəbri olan bir qızı almaq istəyir. Buna görə də
o, Ordubehşitdə elçiliyə gedib qızın atası ilə danışır. Qızın atası
həmin kişinin varına aldanıb iki – üç günə toyun başlamasına
söz verir. Ancaq qızın həmin kişidən zəhləsi gedir. Çünki kişi
həm yaşlı, həm də çox çirkin imiş. Ixtiyarı atasında olan qız
özünü öldürmək qəsdinə düşür, Dərdini qonşu qıza söyləyir. O,
qızın sevgilisinə xəbər aparır, oğlan gəlib çıxır.
Qız öz sevgilisinə qoşulub qaçır. Bu işdən xəbər tutan
varlı kişinin adamları onların dalınca düşürlər. Oğlanla qız
yaxalanacaqlarını görüb dağlara üz tuturlar. Varlı kişinin
adamlarının arxadan atdıqları ox onların hər ikisini yaralayır.
Kürəyinə sancılan oxun ağrısına dözə bilməyən qız özünü
oğlanın qolları arasına atır. Onlar düşmənin əlinə düşməsinlər
deyə, Allaha yalvarırlar:
Bizi daş elə, daş elə,
Daşlara yoldaş elə.
Oğlanla qız ağır yaralanıb çoxlu qan itirdiklərindən
ordaca ölürlər. Varlı kişinin adamları cəsədləri bir – birindən
ayırır, basdırmırlar ki, qurd – quşa yem olsunlar.
Illər keçdikcə oğlanla qızın cəsədləri daşa, qayaya
çevrilir, bir – birinə həsrətlə baxan qoşa dağ əmələ gəlir.
Elə o vaxtdan qoşa dağ el arasında "Oğlan – Qız" adıyla
tanınır.
88
Fərhad evi **
Qədim zamanlarda Fərhad adlı bir oğlan varmış. O,
cüssəli, igid, mərd bir oğlanmış, həm də sənətkarmış. Gözəl
şəkillər çəkər, heykəllər yonarmış. Adı – sanı hər tərəfə
yayılıbmış. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün
aparırmışlar.
Fərhad sənətində kamil olduğu kimi, sözündə,
məhəbbətində də dediyindən dönməzmiş. Günlərin birində
Fərhad eşidir ki, Bərdədə Şirin adlı bir gözəl var. O, Şirini
görmək üçün Bərdəyə üz tutur. Fərhad dostlarıyla Naxçıvan
torpağından keçir. Şahbuzun sərin bulaqları, gur çayları,
Batabat dağları onu heyran qoyur. O bir neçə gün burada qalır,
bir gün üzünü yoldaşlarına tutub deyir:
– Mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə
bir naxış vuram.
Fərhad külüngünü əlinə alır, uca dağlar qoynuna hücum
çəkir. Az müddət içərisində qayalıqda bir ev düzəldir. Sonra
həmin evin divarına Şirinin şəklini həkk edir.
Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan
Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur,
Fərhadın sənəti qarşısında baş əyirlər.
89
Indi də Batabat yaylağında qalan həmin ev el arasında
"Fərhad evi" adıyla tanınır.
Çömçəxatun **
Çömçəxatun adında bir qız varımış. Bı qız okqədər pak,
mömün adammış ki, Allah yanında hörməti hamıdan artığımış.
Bir dəfə il çox quraxlıx keçir. Camahatın bütün məhsulu
yanıp tələf olur. Ta camahat hər şeyi yeyip qurtarır, pütün
heyvannarı kəsir. Sora yeməyə heş dad tapbıllar. Göydən də bir
damcı yağış düşmür ki, düşmür. Əyər belə getsəymiş adamnar
qırılacaxmış.
Çömçəxatun işi belə görüp çıxır bir təpənin başına.
Üzün göyə tutup Allaha yalvarır ki, yağış yağdırsın.
Allah bını eşidip yağış yağdırır. Qız yağışın altınnan
getmir, okqədər durur ki, cum–culux isdanır, axırda da
yamyaşıl bir ardışa çevrilir.
Qurd südü əmmiş uşaq **
Bir tayfa varımış. Bı tayfanın başçısı sonsuzumuş. Çox
qurbannan, nəzir – niyazdan sora bının bir oğlu olur. Uşax dörd
– beş yaşına çatır, əmə yeriyəmmir, heş ayax üsdə durammır.
Dədəsi başdıyır ağlamağa ki, bə mən ölənnən sora bı şikəst
oğlumun axırı nolacaq?
Elə bı vaxdı düşmannar basqın eliyillər, bı tayfanı qırıp
– çatıllar. Pütün kişiləri öldürüp, arvat – uşağı qul eliyillər. Bı
uşağı da şikəst olduğuna görə aparmıllar, atıllar bir daşın dibinə
ki, qurt – quş yesin.
Düşmannar tutduxları əsirrəri də götürüp gedənnən sora bir
canavar gəlir. Uşağı əmizdirir, sora götürüp aparır öz yuvasına,
başdıyır bını saxlıyıp bəsdəməyə. Neçə illər keçir, uşağın
ayaxları açılır. Özü də bir pəhləvan olur ki, gəl görəsən, əl
90
atmağıynan yüzillih çinarı kökünnən çıxarmağı bir olur. Nərəsi
gələndə şir, pələh girməyə deşih axtarır.
Oğlanın adı hər yana yayılır. Düşmənnər də bının
sorağın eşidip gəlillər onu öldürməyə. Ancaq bir yannan oğlan,
bir yannan da canavar bınnarın əhədin kəsir, bir nəfərin belə
sağ buraxmıyıp hammısın öldürür. Sora gəlir tayfasınnan sağ
qalannarı da qurtarır, gəlirlər öz torpaxlarına, oğlanı başçı seçip
başdıyıllar yaşamağa.
O vaxtdan bu tayfıya "Qurtdar tayfası" deyillər.
Naxçıvanın Qurtdar məhləsi də onnardan qalmadı.
Ağıllı çoban **
Keçmiş zamanlarda Naxçıvanda Həsən adlı bir xan
yaşayırdı. Həsən xanın üç oğlu, bir qızı vardı. Bədəl adlı bir
cavan da xanın sürüsünü otarırdı. Gün o gün olur ki, Bədəl
xanın qızına aşiq olur. Xanın qızı da Bədəli sevir.
Bir gün Həsən xan bu sevdadan xəbər tutub qəzəblənir.
Ayrılıq günləri başlayır. Həsən xan qızına həyət – bacaya
çıxmağı qadağan edir.
Yazıq Bədəl fikir etməkdən saralıb – solur. O,
sevgilisinə qovuşmaqdan ötrü çox yollar axtarır. Günlərin bir
günü Bədəl sürünü Araz qırağında otaranda haramılar hücum
çəkir. Onun əl – ayağına sarıyıb sürünü çayın o tayına
keçirirlər. Bədəl çox zülümlə bir təhər əllərini açır. Sevimli
tütəyini götürüb başlayır həzin – həzin çalıb oxumağa:
Bəsti, ay Bəsti,
Kəndir qolumu kəsdi,
Haramılar sürünü basdı. . .
Bu səs gəlib Bəstiyə çatır. Bəsti gecə cəld yatağından
durub atasını, bir də qardaşlarını yuxudan oyadır. Hal –
qəziyəni onlara söyləyir. Atası əvvəl inanmır, sonra oğlanlarını
da götürüb yatağa gedir. Görür ki, sürü geri qayıtmayıb, atlarını
Araz qırağına sürürlər. Bədəlin sarıqlı halda tütək çaldığını
Dostları ilə paylaş: |