101
Evimizin dalı nanə,
Yarpağın töküb hər yana
Özüm sənə qaynana.
Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Evimizin dalı pazı,
Yarpağı var qazı–qazı.
Baldızların sənə bacı.
Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Bazardan aldım soğanı,
Bu soğan hara soğanı,
Sağ olsun oğlan doğanı.
Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Yallılar
Toyda belə yalli gedirdilər, düzülüllər, bir tərəf derdi:
Mənim yarım seyitdi
O yannan o biri dəstə derdi:
Cüyüm ağdan gedibdi,
Əvvəl əri döyüpdü,
Çöldə qurban deyipdi.
Aman məsməli dağlar.
Qurban kəsməli dağlar.
Onnan sora da yallını gedirdilər, çöpüdümü gedirdilər,
gəlirdilər kimi tuturdular, alırdılar qucaxlarına. Görürdün
birinin pencəyini götürdülər, birinin papağını götürdülər, birini
də ağacınan vurdular boylum.
102
Bəy yallısı
Belə bir bəy yallısı var. Əslində Köçəri yallısıdı. Əmə
indi ona bəy yallısı deyillər.
O yallı da elə bil ki, bir növ yarışdı, oyundu. Onnan sora
hər iki tərəf bir–birinin qollarının altınnan keçir. Bu, rəqsin
ikinci hissəsində olur. Bu rəqs çəkir bir saata qədər. Bu vaxt
heç kəs dayanmamalıdı. Ikinci hissə bitənnən sora üçüncü
hissədə oynaya–oynaya hər iki dəstə bir–birinin çiyninnən
tullanır. Bu zaman yıxılmamalısan. Yoxsa rəqib tərəf oyunu
udar. Sora da dəstə üzvləri bir - biri ilə güləşillər. Axırda
dəstələrdən hər bir nəfər oynamağa başlıyır. Udan, uduzan tərəf
bilinir. Ona görə bəy yallısı deyillər ki, bəy də oynuyur ta yarış
başlıyanda bəy çıxıb gedir.
Çöpüdü
Bizdərdə buna deyəllər çöpüdü. Toyda bir dəstə
düzələr, biri olar yallıbaşı, bu yallıbaşı da əlinə bir çubux alar.
Yallı gedəllər, birdən başçı məsəltün, əlin atar bir uşağı
götürər, gərəh yanındakı da eliyə. Eliyənməsə başçı çubuğnan
onu vurar.
Asma – kəsmə
Əlincəçay boyu kənddərdə asma – kəsmə oyunu
keçirilir. Toyun axırıncı günü bəy öz sağdış – solduşu ilə
birlikdə taxt qurur. Özünə vəzir – vəkil və cəlladdar seçir.
Toyda kimin bir istəyi, gileyi, güzarı olsa, bəyə bildirir. Bəy
kimi isə cəzalandırır, kimi isə cərmə edir. Yığılan pullar
kasıplara verilir. Qalan pullarla məclis düzəldilir. Camaat
məclisdə iştirak edir. Bu, "bəyin bəylik gecəsi", "Asma –
kəsmə" adlandırılır.
Xəlil dövrü
103
Oyun əl hərəkətdəri ilə göstərilir.
Oyunda iki qadın iştirak edir. Biri oyunun sözlərini dedikcə
ikinci çarşab altından əl hərəkətləri ilə göstərir. Birinci arvad
Xəlilin anasıdı. Onun sözlərinnən məlum olur ki, oğlu Xəlil
çox vuran–tutan olup. O öldühdən sora anası tək qalıp. Daha
ona heç köməklik edən olmuyup. Buna görə də o tez–tez Xəlil
dövrünü xatırlayır.
Xəlil dövrü, Xəlil dövrü,
Qəndlər gəlirdi kəllə–kəllə
Qırırdım bir az o qonşuma,
Bir az bu qonşuma,
Bir az da salırdım çaya.
Tökürdüm ağzıma,
Gedirdi boğazıma.
Yanasan dizdər (dizinə çırpır),
Çıxasan gözdər…
Xəlil dövrü, Xəlil dövrü,
Çitlər gəlirdi top–top,
Cırırdım bir az da o qonşuma,
Bir az da bu qonşuma
Yanasan dizdər, çıxasan gözdər.
Xəlil dövrü, Xəlil dövrü,
Xəlil gedirdi bazara
Şaqqa–şaqqa ət gətirirdi.
Toxmaca döyürdüm, küфtə salırdım,
Bir az o qonşuma,
Bir az da bu qonşuma.
Bir az da atırdım ağzıma,
Gedirdi boğazıma.
Yanasan dizdər, çıxasan gözdər.
Xəlil dövrü, Xəlil dövrü...
Düyü alıb gətirirdi tay–tay
Tökürdüm qazana, plov süzürdüm.
104
Bir az o qonşuma,
Bir az da bu qonşuma.
Bir az da qoyurdum ağzıma,
Lumb gedirdi boğazıma,
Yanasan dizdər, çıxasan gözdər.
Beləliklə oyun sona çatır.
Məzhəkəli oyunlar
Mehracın arvadının həmişə qızı olurmuş. Buna görə də
Mehrac özünə yeni arvad almaq istəyir. Bunu bilən Mehracın
arvadı baldızı ilə daim bu barədə söhbət edir.
Mehracın atı aladı, bacı,
Başıma qovğa–bəladı, bacı.
Əvləndi Mehrac, əvləndi, bacı.
Başıma qayğac, əvləndi, bacı.
Qırdan gətirdim qovğanı, bacı.
Doğradım tökdüm saçını, bacı.
Mehrac aldı oğlan doğanı, bacı.
Əvləndi Mehrac, əvləndi, bacı.
Başıma qayğac, əvləndi, bacı.
Ay bacı, bacı, can bacı…
Arvadı: Mehrac neynədi?
Mehracın bacısı:
Mehrac bir belə qənd aldı, apardı ora.
Bu gün də bir boxca paltar apardı ora.
Qırdım gətirdim çoğanı, bacı,
Doğradım tökdüm soğanı, bacı.
Mehrac aldı oğlan doğanı, bacı.
Əvləndi Mehrac, əvləndi, bacı.
Başıma qayğac əvləndi, bacı.
Ay bacı, bacı, can bacı–bacı.
Mehracın arvadı neyləyir?
Mehracın bacısı: Mehracın arvadı öldü.
Dostları ilə paylaş: |