105
Arvadı:
Mehracın gül taxtası,
O da mənə qaldı.
Günümün gül baxçası
O da mənə qaldı.
Il adları **
Qabaxlar
adamlar
bilmirmiş
ki,
illəri
necə
adlandırsınlar. Navrız bayramında bilicilər yığışıb çıxıllar
gəzişə. Deyillər ki, qabağımıza hansı heyvan çıxsa, o heyvanın
adını verəcəyik bı ilə.
Bıların qabağına on iki adda heyvan çıxır. O
heyvanların addarıynan on iki ilə ad verillər. Özü də il hansı
heyvanın üstündə təhvil olsa, adamlar o heyvanın xasiyyətində
olur.
Birinci, siçan ilidi. Insannar siçan kimi olallar, hər şeyi
gəmirip dağıdallar.
Ikinci, öküz ilidi. Insannar işlək olallar.
Üçncü, pələng ilidi. Insannar pələng kimi yırtıcı olallar.
Dördüncü, dovşan ilidi. Insannar dovşan kimi qorxaq
olallar.
Beşinci, balıx ilidi. Insannar suda çox hərəkət eləllər bı
ildə.
Altıncı, ilan ilidi. Bı ildə də insannar bir – birini
zəhərrər.
Yeddinci, at ilidi ki, bında insannar dözümnü olullar.
Səkkizinci, qoyun ilidi, bında insannar həlim, mehriban
olallar.
Doqquzuncu, meymun ilidi. Bında insannar meymun
kimi oyunbaz olallar.
Onuncu, toyuq ilidi. Insannar bı ildə havada uçallar.
On birinci, it ilidi ki, bında da insannar it kimi
boğuşallar, müharibə – zad olar.
106
On ikinici ili donquzunan tuşdaşmışdılar. Donquz ilində
insannar salamat olallar.
Xanbəzəmə mərasimi **
Yeddiləvin günü sübh tezdən hamı böyük bir meydana
yığışır. Şənlik başlanır. Cəngi havaları altında zorxanalar
qurulur. Pəhlivannar üz –üzə dayanıb meydanın qızışmasını
gözləyirlər. Meydanı dövrəyə almış adamlar pəhlivan
güləşindən əvvəl bu nəğməni oxuyurlar:
Iki iyid çıxdı meydana,
Ikisi də bir – birindən mərdana.
Həzrəti – həmzə pirimiz,
Aradıq, tapdıq bir – birimiz.
Əl başda, diz yerdə,
Güləşəyim düz yerdə.
Dərələr axar,
Ərəbtək çaxar.
Əlini yana sıxınca,
Zorba nəri yıxınca.
Ata düşüncə sırma,
Çox irəlidə durma.
Dəvə fəndi qutludu,
Nər oğullar umudludu.
Haqqış – haqqış,
Bərk yapış.
Əldən çıxdı,
Topuqdan yapış.
Biz deyərik maşallah,
107
Siz deyin bərəkallah.
Maşallah deyənin
gözünə nur,
Maşallah deməyənin gözünə kül.
Güləş başlanır. Pəhlivannar güləşib qurtarandan sonra
zorxana yığışdırılır. Bu dəfə oynaq, məzəli havalar çalınır.
Meydana kosa çıxır.
Kosa tərsinə kürk geymiş hazırcavab bir adamdı.
Başında uzun motal papaq, ayağında taxta başmaq var.
Boynundan zınqırov sallanır. Paltarının altından qarnına yastıq
bağlayıb. Əlində bəzəkli qırmızı çömçə adamların arasında
gəzişir. Adamlar bir ağızdan belə oxuyurlar:
Ay Kosa – kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay uyruğu – uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər.
Novruz – novruz bahara,
Güllər – güllər nubara,
Bağçanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağ olsun,
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin ağa.
Qurbanın olum, yaşıl çuxalı,
Culfalısan, yoxsa buralı?
108
Baxçanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağ olsun,
Evdəkilər sağ olsun.
Xanım, ayağa dursana,
Kosaya pay versənə.
Mahnı qurtaran kimi Kosa yıxılır. Guya ölür. Bu zaman
onunla belə söhbət edirlər:
–
Ay Kosa, gəldiyin hardan bəridi?
–
Şərurdan.
–
Nə gətirdin ordan?
–
Alma.
–
Almanı neylədin?
–
Satdım.
–
Pulunu neylədin?
–
Öküz aldım.
–
Öküzü neylədin?
–
Vurdum öldü.
Kosanın başına yığışanlar bir ağızdan deyirlər:
Başın sağ olsun, Kosa,
Ərşin uzun, bez qısa,
Kəfənsiz ölməz Kosa.
Kosa üz – gözünü əcayib hala salıb min cür hoqqa
çıxardır. Çömçəsini qabağa uzadıb pay istəyir. Adamlar onu
dolaya – dolaya oxuyurlar:
Ay Kosa – kosa, gəlmisən,
Lap vaxtında meydana sən.
Almayınca payını
Çəkilmə bir yana sən.
Beş yumurta payındı
Əskiyini almayasan...
Mənim Kosam oynayır,
109
Gör necə dingildəyir.
Ona qulaq asanın
Qulağı cingildəyir.
Mənim Kosam cannıdı,
Qolları mərcannıdı.
Kosama əl vurmayın,
Kosam ikicannıdı.
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında,
Gör nə cavandı Kosam.
Hamı Kosaya pay verir. Kosa yenə gülməli oyunlar
çıxarıb adamları əyləndirir. Bundan sonra ağsaqqallardan biri
ortaya çıxıb, meydana yağılanlara üz tutub deyir:
– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş –
qabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç
fərraş, bir də bir cəllad seçib verin.
Adamlar yer – yerdən deyirlər:
–
Xanımız olsun başmaqçı Mərdan.
–
Vəzirimiz də körükçü Əli olsun.
–
Çayçı Mahmudu vəkil seçək.
–
Fərraşlığa Qara Xudayar yaxşıdı.
–
Biri də Çavuş ələmdar olsun.
–
Qurd Bağırdan da yaxşı fərraş olar.
–
Cəlladlıq elə əzəldən Qəssab Tağının boyuna biçilib.
–
Olsun, olsun.
Xanı təmtəraqla meydanın yuxarı başında qurulmuş
taxtda oturdurlar. Vəzir – vəkil də gəlib taxtın sağ – solunda
əyləşir. Yaraqlı – yasaqlı fərraşlar xanın hüzurunda əmrə
müntəzir dayanırlar. Cəllad qırmızı libas geyib, əlində balta
meydanın aşağı başında gözləyir. Xan gözlənilməz əmrlər
verir, adamları da onun buyuruqlarını can – başla yerinə
yetirirlər. Kosayla təlxək də tez – tez meydana girib xanı
Dostları ilə paylaş: |