96
Çömçəxatun nə istər?
Tanrıdan yağış istər.
Qoyunlara ot istər.
Quzulara süd istər, mə – ə – ə.
Çömçəxatun nə istər?
Tanrıdan bol su istər,
Ağaclara bar – bəhər,
Çobana quzu istər, mə – ə – ə.
Əlincənin buludu,
Yetimlərin umudu,
Tanrı bir yağış yetir,
Demilərim qurudu, mə – ə –ə.
Çömçəxatun dağ ist
Qoyuna yaylaq istər,
Mal – qaraya çoxlu süd,
Dağlarda bol ot istər, mə – ə – ə.
Uşaqlar mələyir. Bu zaman pay gətirirlər. Çömçəxatuna
pay gətirib deyillər:
Çömçəxatun nə istər?
Quzulara pay istər,
Çobanlara bolca ot,
Cavanlara toy istər, mə – ə – ə.
Çömçəxatun pay istər,
Dolu – dolu çay istər,
Quzusu bol çobanlar
Pəniri lay – lay istər, mə – ə – ə.
Çömçəxatun duz istər,
97
Çiçək dolu düz istər.
Havaları buluddu,
Bol yağışlı yaz istər, mə – ə – ə.
Bundan sonra yağış yağır.
Yağ yağışım **
Yağış yağmıyanda palçıq yoğurub təndirə yapıllar.
Palçıq qupquru quruyannan sora onu suya salıb oxuyullar:
Ay can, ay can, torpağım,
Odda az yan, torpağım.
Indi yağış yağacaq,
Sən düş islan, torpağım.
Yandı torpax qupquru,
Suya saldım dupduru,
Yağ, yağışım, çoxlu yağ,
Çöllər oldu qupquru.
Torpax, qurutdum səni,
Birdən unutdum səni.
Gördüm yağış yağmıyır,
Tez suya atdım səni.
Islandın, arzu gətir,
Çaylara bol su gətir,
Qarılara çoxlu yun,
Çobana quzu gətir.
Deyilənə görə, bundan sonra bollu yağış yağır.
Xırman nəğmələri **
98
Xırman savıranda yel əsməsəydi süpürgə yandırıb
deyərdilər:
Yan süpürgə
Yel gəti, gəl!
Süpürgə yandı,
Yandı, oddandı.
Yanmağa tələs,
Əs, küləyim, əs!
Deyərlər ki, süpürgə yanandan sonra yel qalxardı.
Xırman savıranda yeli çağırmaq üçün belə də oxuyurlar:
Heydər, heydər, əsə gəl!
Yeddi xırman basa gəl!
Qırıldı oğul – uşax,
Dəsmal götü yasa gəl!
Çətir – çətir bulut, gəl!
Uşaxları ovut, gəl!
Xırman savırır baba,
Arpa, buğda, noxut, gəl!
Heydər, əsdi su gəti!
Uşağa yuxu gəti.
Keçir çəmən – çiçəkdən,
Ətirri qoxu gəti.
Heydər gəl, ha, Heydər gəl!
Çiçəkləri hey dər, gəl!
Qardaşımın toyuna,
Ellər səni heylər, gəl!
99
Heydər gəl, sən haya gəl,
Isti, qızmar, yaya gəl.
Sərin çinar altında,
Kəndimizə toya gəl.
Heydər, Heydər, əs gəti,
Yarpaxlara səs gəti!
Qız bacımın toyuna
Yeddi toxlu kəs gəti!
Heydər, Heydər, çörək ver!
Kişilərə ürək ver.
Xırmannarı yığmağa
Sərin – sərin külək ver.
Dünyada nə ki, küləh var, hamısının ixtiyarı Yel
babanın əlindədi. Xırman savıranda cəməhət Yel babanı çağırıp
deyər: Yel baba, Yel baba, kəl atıva saman apar.
Yel baba da gəlip xırmanı savırar. Dən qalar adamnara,
samanı da aparar öz atına.
Ilin on üçü
I mətn
Bu olur Novruzdan 12 gün keçəndə, yanı on üç deyən
günün səhərində. Kəndin qız – gəlini yığışır bir həyətə, hər
kisli də bir şey gətirir özüynən 13 yeməyi hazırramağa. Biş –
düş eliyəllər, oxuyallar, çalıp – oynuyallar. 13 yeməyində əriştə
də olar. Odu ki, deyəllər:
Əriştə – əlin işdə...
Yeməhdən sora da hərə gedər öz baxçasına. Bayramnan
qalma səmənilər o vaxta saralıp – soluxar da. Onnarı çox yerdə
atallar suya. Bizdərdə suya atmazlar, ilin 13–də qız – gəlin
aparar qoyar bağçada torpağın üstünə. Həmən gün arvaddar evə
kirbit gətirər, kişilər evə odun gətirər.
II mətn
100
Bayramdan 12 gün sora arvaddı – kişili, oğullu – uşaxlı
yığışallar bir çayın qırağına. Bına da deyəllər ilin on üçü.
Yeyib – içəllər. Kim də nəkqədər istiyər, okqədər yalan
danışar. Gün çönənə yaxın yuyallar əllərini çayın suyunda,
deyəllər:
– Bı yalannarın hamısın axıtdıq sua. Bınnan da yalan
qurtarır.
Bəy duran oğlan
Toyda oğlanın bacısı və yaxın qohumları oxuyardılar.
Girdim bəyin otağına,
Papağın qoyub yanına.
Bacısı qurban boyuna,
Bəy duran oğlan, sənə qurban olum,
Xan duran oğlan, sənə qurban olum.
Girdim bəyin otağına,
Qəlyanın qoyub yanına.
Bibisi qurban boyuna,
Bəy duran oğlan, sənə qurban olum,
Xan duran oğlan, sənə qurban olum.
Girdim bəyin otağına,
Çuxasın qoyub yanına.
Xalası qurban boyuna,
Bəy duran oğlan, sənə qurban olum,
Xan duran oğlan, sənə qurban olum.
Girdim bəyin otağına,
Çəkməsin qoyub yanına.
Anası qurban boyuna,
Bəy duran oğlan sənə qurban olum.
Xan duran oğlan sənə qurban olum.
Gəlin, xoş gəldin
Toyda bəyin anası, yaxınları deyərlər:
Dostları ilə paylaş: |