110
güldürməyə çalışır. Min – bir hoqqadan sonra xanı güldürüb
taxtdan yendirir, aparıb suya basırlar.
Can gülüm mərasimi **
Ilin axır çərşənbəsində subay oğlan – qız bir məhləyə
toplaşır. Baxıçı arvad ortaya bir dilək tası qoyur. Hərə tasın
içinə bir əşya atır. Tasın yanında balaca bir uşaq oturur. Baxıçı
arvad bayatı deyir:
Xırda yarın dəstəsi,
Oldum yarın xəstəsi
Yarım gəlir uzaqdan,
Əlində gül dəstəsi.
Uşaq tasdan bir əşya çıxarır. Baxıçı qadın aşağıdakı
bayatı – nəqarəti deyir:
Can gülüm oldu gəl – gəl,
Gülləri soldu gəl – gəl,
Tələsmə dəli könlüm,
Dediyin oldu gəl – gəl.
Əşya sahibi gəlib əşyasını alanda hamı bir ağızdan: "can
gülüm can – can" deyir.
Mərasim bu qaydada davam edir. Hər bayatıdan sonra
yuxarıdakı bayatı nəqarət deyilir:
Qızıl üzük bir badam,
Qızlar içində yadam.
Qəfəsdə bülbül kimi
Gah küsülü, gah şadam.
Qızıl üzüyün qaşı,
Nişana qoydum daşı,
Dost tutma, dost tutaram
111
Yanar ürəyin başı.
Ağ at, minərəm səni
Yorğa minərəm səni.
Məni yara yetirsən
Qardaş bilərəm səni.
Corabım doğanaqdı,
Yar qalada qonaqdı.
Gedəndə küsdürmüşəm
Gələndə bedamaqdı.
Bu yolun o üzləri
Bitibdi nərgizləri.
Oğlan qızın dərdindən
Itirib öküzləri.
Qardaş, atı səhdimi,
Nal mıxını töhdümi.
Bacın qərib ölkədə,
Baçın fikir çəhdimi?
Arxalığın bir üzdü,
Bir astardı, bir üzdü.
Üzün qoy üzüm üstə
Görən desin, bir üzdü.
Səməni halvası
Ilaxır çərşənbədə səməni pişirməh üçün bööyh tabaxlara
buğda töküp isladallar. Buğda göyərər, pişələri bir–birinə
qarışar. Sora onu parça–parça doğruyup əzəllər. Onun ağ rəhli
pişələrini çıxarıp qablara yığallar, sora da ona bir qədər su
112
axıdıb, ocaxda bööyh mis qazannarda qaynadallar. Pişənə
yaxın bunun rəngi qızarar. Onun içinə qabıxlı qoz–фındıx
tökəllər. Qonum–qonşu arvaddar hərə bir xonça düzəldib
aparar, allah qəbul eləsin!—deyip həyətə düzəllər. Səməni
qazannarının üsdünə darax, sancax, bir kasa da su qoyallar.
Qazanın üsdünə örtüh (qırmızı) salar, örtüyün üstünə sürmə,
güzgü, darax qoyallar. Deyəllər ki, Xızır peyqumbər gəlib
bunnarla özünü bəziyəcəh, sora da barmağını səməni halvasına
batıracax, bunnan sora halvanın rəngi qızaracax, özü
şirinnəşəcəh. Səməni qazannarının ağzı açılan zaman qız–
gəlinnər beləcə oxuyar:
Səməniyə saldım badam,
Ətraфımı aldı adam.
Qoymullar bir barmax dadam.
Səməni, siranə gəldim.
Səməni, bezana gəldim,
Qaynadım qazana gəldim.
Uzana – uzana gəldim.
Ərimnən izin alıb
Bəzənə – bəzənə gəldim
Səməni, saxla məni.
Ildə göyərdərəm səni.
Səməni Xızır üçündü.
Qaymağı qızım üçündü.
Yazın ilk günnərində
Dadı damax üçündü.
*
*
*
Buğdanı qəşəhcənə yuyursan, tökürsən belə böyüh
ləyənə, onu qoyursan qalır göyərir, göyərənnən sonra qəşəh
yelan açırsan, bir də bir qəşəh taxta qoyursan, toxmağ ilə
113
döyürsən, suyun sıxırsan, tökürsən qazana, bir də qazandan
qaytarıb tökürsən, sıxırsan, onu da bir gecə səhərə qədər
pişirirsən, qıp–qırmızı götürürsən, özün də yeyirsən, qonşuya
da versən.
Çömçə xatun
Yağış yağmıyanda, quraxlıx olanda Çömçəxatun
çömçəni götürüp aparar qonşuya. Qonşu çömçüyə su tökər, o
da suyu atır göyə, başlıyır oxumağa.
Xıdır Nəbi
Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır
Nəbi bayramıdır. Hər il fevral ayının təxminən ikinci həftəsinin
ilk cümə axşamı qeyd olunur. O zamana qədər ilk iki cümə
axşamı xanların və bəylərin bayramı hesab olunur.
Xıdırın gəlişi münasibətilə yerli camaat qovud və
qovurğa hazırlayar, oğlanlar evlərə torba ataralr.
Üydülmüş qovudu bayram axşamı gecəsi çöldə teştin
içində saxlayardılar. Rəvayətə görə, dan üzü açılanda Xıdır
Nəbi atı ilə gəlib bütün evlərədə qoyulmuş qovudlara xeyir–
duasını veririmiş. Mən bir neçə dəfə nənəmin üzündə sevinc
görmüşəm. O, çox məmnun bir tərzdə deyərdi ki, gecə qurban
olduğum gəlib, atının nalı qovudun üstündə açıq–aydın
görünürdü. Şübhəsiz ki, biz bunun nə demək olduğunu o qədər
də başa düşmürdük və qovudun gülab tökülmüş şərbətlə
ovulmasını,
lavaş
dürməyi
kimi
sinilərə
yığılmasını
gözləyərdik. Bayram günü isə mütləq qovurğa qovrular ki,
onun da içinə ailənin vəziyyətinə görə cəviz, fındıq, badam,
küncüt, çətənə, buğda, yemiş və qarpız tumu, kişmiş əlavə
edərdilər. Yəni qovurğasız ev olmazdı. Yası düşən və bu
səbəbdən bayram edə bilməyənə qohum–əqraba, qonşular pay
göndərərdilər. Baxmayaraq ki, hər evdə bu mərasim mütləq
qeyd olunur. Bununla belə oğlanlar əllərinə dəyənək və torba