Азярбайъан Дювлят Нефт Академийасы


Kükürdlü qazların qatılıqları cədvəli (trli



Yüklə 3,14 Mb.
səhifə15/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
ELÇİN qiyabi diplom işi

Kükürdlü qazların qatılıqları cədvəli (trli-1)

Cədvəl 2.2.1.

Korroziyaya qarşı dayanıqlı olan metal bir atmosfer mühitində yaxşı, digərində isə tam əksinə olduqsa pis nəticələr göstərə bilər. Başqa sözlə metalların korroziya xassəsi hansı atmosfer şəraitində istismar olunmalarından asılıdır. Məsələn, sinklənmiş metal kənd atmosferində olduqda yaxşı korroziya davamlılığına malikdir. Şəhər atmosfer mühitində isə bu davamlılıq nisbətən aşağıdır. Qurğuşun isə şəhərin aqressiv atmosferində digər daha mülayim atmosfer mühitlərinə nisbətən yüksək korroziya davamlılığı müşahidə etdirir. Buna səbəb qurğuşunun səthində sulfatlı mühafizə örtüyünün yaranmasıdır.

Aqressivliyinə görə atmosferi aşağıdakı tiplərə ayırırlar: dəniz, sənaye, tropik, arktik, şəhər və kənd. Dəniz atmosferində okeana və ya dənizə yaxınlığından asılı olaraq eyni bir metal müxtəlif korroziya sürətinə malik olur. Məsələn, okeandan 24m aralıda olan polad nümunə okeandan 240m aralı olan nümunəyə nisbətdə 12 dəfə daha sürətli korroziyaya uğrayır.

Atmosfer şəraitində istifadə olunan metalların səthində nəmlik təbəqəsi əsasən yağışdan və ya su buxarından əmələ gəlir. Belə korroziyanın getməsi ən çox metalın üzərində əmələ gələn nəmlik təbəqəsinin qalınlığından asılıdır. Əgər örtüyün qalınlığı 100A0 olarsa, quru atmosfer korroziyası (Bu kimyəvi korroziyadır), örtüyün qalınlığı 100A0 –dən 0,1mkm ÷ 0,1mm-dək olarsa sulu atmosfer korroziyası adlanır. Nəmli və sulu atmosfer korroziyası əsasən oksigenin depolyarizasiya üstünlüyü şəraitində gedir. Sənaye çirkabları atmosferə yayılaraq həll olur və fəal elektrolitə çevirilir. Bu zaman əmələ gəldən korroziya məhsulu əhəmiyyətli dərəcədə korroziya sürətinə təsir göstərir. Atmosfer şəraitində dəmir və poladın səth boyunca korroziyası bərabər paylanır. Müəyyən edilmişdir ki, dəmir və polad konstruksiyalar atmosfer təsirindən mühafizə edilmədikdə korroziya nəticəsində 127×103 ton və ya 0,13% metal itkisinə səbəb olur.

Toz və digər bərk çirkləndirisi maddələr də metallarda korroziya əmələ gətirir. Təsrübələr göstərir ki, möhkəm lak-boya ilə nümunələrdə korroziyadan dağılma daha zəif gedir. Bu prosesdə toz təbəqəsinin özünün Günəş şüalarından mühafizə xüsusiyyətini nəzərə almaq vasibdir.

Tədqiqatlar göstərir ki, nisbətən yüksək rütubətli atmosferdə korroziya təhlükəsinin yaranması həmişə yağıntının miqdarın ilə müəyyən edilir. Bəzi hallarda metalın səthi daimi olaraq nəmli hava ilə əhatələnir ki, bu onun səthinin intensiv yeyilməsini, yəni korroziyasını sürətləndirir.

Atmosfer korroziyası zamanı metalın səthində əmələ gələn korroziya məhsulu onun səthinə daha yaxşı yapışır, torpaq və elekrolit korroziyası məhsulundan daha möhkəm olur. Bu onunla izah olunur ki, metalı əhatə edən nazik elektrolit təbəqəsinin iştirakı ilə onun səthində gedən atmosfer korroziyası elektrokimyəvi proses üzrə getsə də, metalın elektrolitə tamam salınmış elektrokimyəvi korroziyasından fərqlənir.

Atmosfer korroziyasını azaltmaq üçün ilk növbədə metala təsir edən faktorlar kompleksinin bu və ya digər üzvünü tamamilə dəf etmək və ya onun hissəsini azaltmağa nail olmaq lazımdır. Metalların dağılmasının qarşısını almaq üçün ən sərfəli üsullardan biri ərintilərin və ya xəlitələrin passivliyini artırmaqdır.

Atmosfer aqressivliyinə səsiyyəvi olan amillərə aiddir: toz, qazlar və rütubət. Atmosferdə tozların əhəmiyyəti ilk dəfə Vernon tərəfində öyrənilmişdir. Bəzi atmosferlərdə toz kütləsə əsas qarışıq sayılır. Adi şəhər havasında 2mq/m3 toz olur. sənaye atmosferində tozluluğun maksimum qiyməti 1000mq/m3 və daha çox olur. Metalın səthi ilə təmas edərək toz korroziyanın sürətinə təsir göstərir. Sənaye atmosferidə karbon və karbon birləşmələri, metal oksidləri,H2SO4,(NH4 )2SO4, NaCl,K2SO4 və başqa duzlar olur. Bu birləşmələr rütubətlə birləşərək qalvanik elemetlər və ya diferensial aerasiya elementləri əmələ gətirərək korroziyaya şərait yaradır. Özlərinin hiqrosqopiklik (nəmçəkmə) xüsusiyyətindən istifadə edərək metalın səthində elektrolit yaradırlar.

Atmosfer qazlarının yaratdığı korroziya Vernon apardığı təsrübələrdə əsasında göstərmişdir ki, adi miqdarda SO2 daha möhkəm atmosfer korroziyası məhsulu örtüyü yaradaraq korroziyanı zəiflədir. Atmosferin hidrogen sulfidlə çirklənməsi Ag Su tutqunlaşmasına, Ag2S Su2S+ SuS+ Su2O qatışığından ibarət olan örtüyün əmələ gəlməsinə səbəb olur.

Sənaye atmosferində ən əhəmiyətli aqressiv qazı neftin və kömürün yanması zamanı yaranan SO2 qazı olur ki, havada bu qazın və sulfat turşusunun yüksək miqdarı Zn, Ni, Fe olan metal kontsruksiyaların xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır.Son tədqiqatlar göstərir ki, Nyu-York şəhərində alimlərin apardığı müşahidələrə əsasən məlum olmuşdur ki, qış fəsilində əsasən zavod və fabriklərdə yanacağın çox işlədildiyinə görə atmosferin SO2 çirklənməsi yay aylarına nisbətən daha yüksək olur . ( şəkil 2.2.1)



Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə