Азярбайъан Дювлят Нефт Академийасы


Şəkil 3.1.1 Korroziyadan qorunmağın katod üsulu



Yüklə 3,14 Mb.
səhifə18/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
ELÇİN qiyabi diplom işi

Şəkil 3.1.1 Korroziyadan qorunmağın katod üsulu
Ümumiyyətlə, katod mühafizəsi elektrokimyəvi nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyəyə görə hər bir metalın səthində müxtəlif potensiallı sahələr olur. Əgər metalın səthində mühafizə potensialı yaradılarsa, o zaman korroziya tamamilə dayanar

V.A. Pritula göstərir ki, torpaq mühitində metallar mühifizə edildikdə potensialı minimum qiymətdə 0,28 ilə 0,30V arasında götürmək lazımdır.

Amerika Birləşmiş Ştatlarında katod mühafizəsi hələ 1938 –si ildə sualtı borularda tətbiq olunmuşdur. Bu ölkədə çən və tankerlərin korroziyasına qarşı maqnezium tətbiq etməklə patent alınmışdır. Maqnezium tozu polad səthin üzərinə tökülərək qalvanik elementlər əmələ gətirir ki, bu da poladı mühafizə edir. Bu üsulun tətbiq nəticəsində korroziyanı 85-95% azaltmaq mümkündür.

Katod mühafizəsi dəniz neft-mədən hidrotexniki qurğularının və avadanlıqlarının mühafizəsi zamanı geniş tətbiq olunur. Dəniz şəraitində qurğular periodik islanma zonasında korroziyaya uğradıqda katod mühafizəsi tətbiq edilir. Belə mühafizə səthdə dəniz suyunun nazik qat ilə axması zamanı həyata keçirilir. Ilk dəfə V.F. Neqreyev tərəfindən irəli sürülən həmin üsulun sxemi şəkil 3.1.2- də göstərilmişdir. Korroziya mühitində qurğuların elektrokimyəvi mühafizəsinin biri də protektor mühafizəsidir. Katod mühafizəsində olduğu kimi burada da metalların korroziyasına qarşı katod polyarizasiyası tətbiq olunur. Bunun üçün mühafizə olunan polad konstruksiya potensialı özünə nisbətən az və həm də mənfi olan metal anodla birləşdirilir. Polad qurğu ilə protektor arasında yaranan potensiallar fərqi hesabına konstruksiya səthində katod polyarizasiyası baş verir. Əgər potensial mühafizə qiymətinə bərabər olarsa, onda qurğu tamamilə mühafizə oluna bilər. Katod mühafizəsindən fərqli olaraq protektor mühafizəsi anod materialının sərfindən asılı olduğu üçün xüsusi sərəyan mənbəyi tələb etmir. Dəniz hidrotexniki qurğularını korroziyadan qorumaq üçün Mg+6%Al+3,5%Zn+0,2%Mn; Al+5%Zn; Zn+5%Al və digər protektorlardan istifadə edirlər.





Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə