Азярбайъан Дювлят Нефт Академийасы


Şəkil 3.3.1. Sistemə inhibitor əlavə edilən zaman təklif olunan qurğunun işləmə prinsipi



Yüklə 3,14 Mb.
səhifə21/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
ELÇİN qiyabi diplom işi

Şəkil 3.3.1. Sistemə inhibitor əlavə edilən zaman təklif olunan qurğunun işləmə prinsipi.

1-soyuducu; 2- deşikli qarışdırıcı; 3- nasos; 4- elektromaqnit aparatı; 5- cərəyandüzləndirisi; 6 – istilikdəyişdirisi qurğu; 7- inhibitorun qızdırılması üçün verilən buxar; 8- inhibitorun qatılığını tənzimləyən cihaz; 9- inhibitor üçün tutum.

Texnoloji şərait əksər hallarda lak, boyaq və protektorların tətbiqinə də imkan vermir. Odur ki, son vaxtlar istər şirin, istərsə də dəniz suyu ilə işləyən soyuducu sistemlərdə inhibitorlar geniş tətbiq olunur. Sənaye miqyasında geniş tətbiq olunan bəzi effektli inhibitorların qısa xarakteristikası belədir: inhibitor ANP-2 tərkibində 15 karbon atomu olan alifatik amin duzlarının kation aktivli qarışığından ibarətdir. 0, yağlı sərbəst aminlər şəkilində buraxılır, həm korroziya inhibitoru, həm də neftin tərkibindən duz və suyun çıxarılmasında reagent kimi də işlədilir. ANP-2 bakteriya və mikroböldürüsü xassəyə də malikdir.

Inhibitorların təsir mexanizmini öyrənmək üçün polyarizasiya metodundan da istifadə edilir. Bu metodun başqalarından fərqi ondadır ki, o korroziya törədicisi olan ayrı-ayrı parametrləri tez və dəqiq müəyyən etməyə imkan verir. Polyarizasiya əyrilərini qurmaqla korroziya prosesinin kinetikasını aydınlaşdırmaq mümkündür. A-Əyrilərdən görünür ki, (şəkil 3.3.1) inhibitorsuz mühitdə həm katod, həm də anod prosesi zəifləmədən davam edir. Bunun səbəbi dəniz suyunda olan xlor və sulfat ionlarının fəal iştirakı ilə poladın ionlaşması nətisəsində anod reaksiyasının sürətlənməsidir. MFA və EFA qarışıq inhibitorları katod və anod proseslərini polyarizələşdirir. Əyrilərin meylindən görünür ki, hər iki inhibitor katod və anod proseslərini eyni dərəcədə zəiflədir.

Dəniz suyu ilə işləyən sənaye su təchizatı sistemlərində istifadə olunan inhibitorların adsorbsiya prosesi də öyrənilmişdir. Bu prosesin köməyi ilə korroziyanın güclənməsini və ya zəifləməsini tənzim etmək olur. Bu məsələnin həlli üçün ikiqat təbəqənin elektrik tutumunun təyini əsas məsələdir. Qatışıq inhibitorlar əlavə etdikdə elektrod səthinin örtülmə dərəcəsi 92-96 % təşkil edir. Bu isə dəniz suyunda qatışıq inhibitorların daha yaxşı adsorbsiya xassəsinə malik olduğunu göstərir.

Bioloji örtüyə qarşı universal, effektli sayılan mübarizə üsullarından biri də ən çox azot tərkibli fərdi və qatışıq inhibitorların tətbiqidir. Bas göstərmişdir ki, dördlü ammonium duzları neftdə olan dispersiyalı birləşmələrə daha effektli bakteriosid hesab olunur. Belə ki, kation xassəli dördlü ammonium birləşmələri bakteriyaların molekulu üzərinə adsorbsiya olunaraq onun qəfəs metobolizmini dağıdır. Fərdi inhibitorlar az bakteriosid olurlar. Qarışıq inhibitorlar isə həm sinergetik, həm də bakteriosid təsiri yüksək olur. ABF-2 və ABF-3 qatışıq inhibitorları 20mq/l qatılıqda belə bioloji örtüyün inkişafını ləngitmək üçün kifayətdir.



Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə