Азярбайъан Дювлят Нефт Академийасы



Yüklə 3,14 Mb.
səhifə22/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
ELÇİN qiyabi diplom işi

Şəkil 3.3.2. 600C-də inhibitorlu və inhibitorsuz dəniz suyunda katod və anod əyrilərinin çıxarılması

1-inhibitorsuz; 2-ANP-2 inhibitorunda; 3-ABF-3 inhibitorunda; 4-ABF-2 və ABF-1 inhibitorlarında

Boru kəmərlərinin atmosfer korroziyasında tətbiq oluna bilən mühafizə üsulları.Məlumdur ki, korroziya kimyəvi və elektrokimyəvi olmaqla iki cür təsnif olunur. Korroziya prosesinin mahiyyəti,baş vermə səbəbi və mübarizə üsulları haqqında əvvəlki fəsillərdə geniş məlumat verilmişdir. Bu fəsildə biz yalnız boru kəmərlərində tətbiq ediləcək korroziyaya qarşı mühafizə üsulları haqqında məlumat verəcəyik.

Neft qaz qurğuları və avadanlıqlarında xarici səthlərin atmosfer korroziyası, qaz və maye ilə görüşən daxili səthlərin korroziyası və aşağı səthində torpaq korroziyası mümkündür. Boru kəmərlərinin daxili səthini mühafizə etmək üçün metalın səthinə korroziyaya davamlı qat çəkilir, müxtəlif sement məhlulları ilə örtülür, lak və ya minalarla mühafizə qatı çəkilir.

Neft-qaz boru kəmərlərini atmosfer korroziyadan mühafizə etmək məqsədilə suyu neytrallaşdıran qələvilər tətbiq olunur, asfalt(qudron) qatı ilə örtülür, sement məhlulu çəkilir, metalın səthinə korroziyaya çox davamlı olan polad qatı verilir və protektor mühafizəsi tətbiq edilir.

Atmosfer korroziyası əsasən süxurun tərkibindən və nəmliyindən asılı olur. Bu baxımdan neft qaz qurğularını quru qum qatı üzərinə qoymaq daha məqsədə uyğundur. Neft qaz sənayesində qurğuların dibini bitum izolyasiya qatı ilə örtməklə yanaşı, protektor və ya katod mühafizəsidə tətbiq olunur.

Protektorun iş müddəti (il ilə) aşağıdakı düsturla təyin olunur:

(3.3.2)

Ga - anodun çəkisi, kq ilə;

q-anodun elektrokimyəvi ekvivalenti, saat/kq ilə;

a-anodun faydalı təsir əmsalı (0,05);



(3.3.3)

E-torpağa nəzərən çənin dibinin minimal mühafizə potensialı (0,028-0,3);

I-mühafizəedici cərəyanın gücü, Ma ilə; F-çənin dibinin sahəsi; -bitum örtüyünün xüsusi müqaviməti; -izolyasiyanın qalınlığı.

Qeyd etmək lazımdır ki, boru kəmərlərinin səthini atmosfer korroziyasından mühafizə etmək üçün onu alüminium və s. boyaqlarla örtürlər.

Texnikada bir çox mayelər mövcuddur ki, onları ağac materiallarının, metalların və ya digər bərk cisimlərin səthinə nazik lay çəkdikdə qısa müddətdə səthdə bərk və ya elastiki təbəqə yaranır. Bu cür mayelərin ümumi adı «Laklar» adlanır. Lak uçucu həlledicilərdə həll olan təbəqə əmələ gətirən maddələrdən ibarət mayedir. Uçucu lakların təbəqə əmələgətiriciləri qətranlar, sadə və mürəkkəb selloza efirlərindən, həlledicilər isə uçucu birləşmələrdən, yəni spirtlər, efirlər, ketonlar və s. ibarətdir.

Laklarda təbəqə əmələgətiriciləri ilə həlledicilərin miqdari nisbəti olduqca müxtəlif olub, lakın hansı məqsədlər üçün istifadəsindən aslı olaraq dəyişir.

Lak-boya məhsulları özündə müəyyən rənglər saxlayır. Bu rənglər yağlar və əliflərdə piqmentlərin qarışdırılaraq hazırlanmasından ibarət, xəmirşəkilli kütləyə malikdir. Rənglər təbii mineral və süni üzvi maddələrdən ibarət olur. Ovulub qarışdırılmış rənglərlə laklar emal boyalar adlanır. Emal boyaları adı onlara ona görə verilir ki, quruduqda onlar bərk parlaq cilalanmış təbəqə əmələ gətirirlər.

Təyinatından asılı olaraq, lak-boya örtükləri səkkiz qrupa bölünür:



  1. Atmosferdə dayanıqlı; 2.Bina(tikinti)daxilində dayanıqlı; 3.Xüsusi xassəli; 4.Müxtəlif mühitlərdə dayanıqlı; 5.Termodayanıqlı; 6.Elektrik izoləedici; 7.Astar və yarımfabrikatlar üçün; 8.Şpaterləmə üçün.

Təbəqə əmələ gətirən maddələrin təbiətindən asılı olaraq, lak materialları aşağıdakı növlərə bölünür:

1.Bitum - mitroselloza əsasında olan materiallar; 2.Qliftal (alkid qətranları); 3.Perxlorvinil; 4.Karbamidmetilamin-formaldehid qətranları əsasında materiallar silisium-üzvi qətranlar. 5.Epoksid materialları; 6.Tropik iqlim üçün materiallar.

Çoxkomponentli sistemə malik lak-boya örtüklərinin əsas komponenti təbəqə əmələgətirici maddələrdir ki, onları da məlumat səthinə çəkdikdə kimyəvi və fiziki çevrilmələr nəticəsində möhkəm lak-boya örtükləri əmələ gətiricilər və bu örtüklərin məmulat səthi ilə adgeziyasiyasını təmin edirlər.

Lak-boya örtüklərinin tərkibində olan əsas komponentlərdən biri də piqmentlər və doldurucu maddələrdir.

Lak-boya örtüklərinin tərkibinə, həmçinin plastikləşdiricilər, həlledicilər və bir sıra digər əlavələr ola bilər.

Təbəqə əmələgətiricilər: Belə maddələr üzvi həlledicilərdə yaxşı həll olmalı, piqment və doldurucu hissəciklərini yaxşı islatmalı və özündə möhkəm saxlamalı və məmulat səəthinə çəkildikdə lazımi fiziki-kimyəvi xassələrə malik bərabər qalınlıqlı örtük əmələ gətirməlidirlər.

Sintetik lak qətranlarının çeşidlərinin sistemli şəkildə genişlənməsinə baxmayaraq alkid qətranları, lak-boya sənayesində aparıcı yer tutur. Bu qətranlar çox atomlu spirtlərin, ço əsaslı turşuların və bir əsaslı yağ turşularının natamam ifrat efirləşmə məhsulu olan şaxəli quruluşa malik poliefirlərdir. Alkid qətranlarına həllolunma xassəsi, onların əsasındakı örtüklərə isə suya davamlılıq və elastiklik

Epoksid qətranları y azşı adgeziya, elastiklik, bərklik, kiməyvi dayanıqlıq və digər qiymətli xassələrə malikdirlər. Onlar digər təbəqə əmələgətiricilərlə modifikasiya olunur və birlikdə istifadə olounduqda tətbiq sahələri daha da genişlənir.

Öz-özlüyündə dian qətranları səthə çəkildikdə termoplastik yumşaq möhkəm olmayan örtük əmələ gətirirlər. Epoksid qətranlarına fəza quruluşu vermək üçün onları bərkitmək lazımdır. Bərkidicilər qismində aminlərdən, polisiamidlərdən, çox əsaslı turşular və onların anhidridlərindən, izosianatlardan, aşağı malekulyar fenollardan və aminformaldehid qətranlarından istifadə olunur.

Lak-boya örtükləri sənayesində silisium üzvi qətranlarından ən çox tətbiq ollunanı poliüzvisiloksanlardır. Bunları təşkil və ya arilxlorsilanlar və ya onların qarışıqlarının hidrolizindən alırlar. Hal hazırda ölkəmizdə lak- boya sənayesi sürətlə inkişaf etmişdir.Bu bir daha göstərir ki, kimya mühəndisliyi neft qaz sənayesi üçün qurğuların korroziyadan mühafizəsi üçün lak-boya istehsal edir.

Poli üzvisiliksonlar yüksək termoişığa və kimyəvi dayanıqları ilə fərqlənirlər. Onların çatışmayan cəhəti alkid örtüklərinə nisbətən aşağı mexaniki möhkəmliyə və adgeziyaya malik olmalarıdır.

Korroziyay qarşı davamlı piqmentlər qismində iki növ sink xromatlardan istifadə olunur. Bunlar əsasən sink xromatları və əsası sink və kalium ikili xromatlardan ibarətdir.

Əsası sink piqmentlərindən aşağıdakılar məlumdur: sink trioksi-xromat (astar sink xrom).

ZnCrO4·3Zn(OH)2 və sink tetraoksixromai ZnCrO4·4Zn(OH)2. Ikili birləşmələrdən həmçinin, kalium və sink xromatlarından (rəngsaz xrom) istifadə olunur.

Yuxarıda göstərilən xromatlar suda həllolma qabiliyyətinə görə bir-birlərindən fərqlənirlər (cədvəl 3.3.1).


Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə