Азярбайъан Дювлят Нефт Академийасы



Yüklə 3,14 Mb.
səhifə24/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
ELÇİN qiyabi diplom işi

Barium xromat BaCrO4 - sarı-limon rəngində olub, suda çox az həll olur (0,005 q/l). Barium-xromat suda axırıncı mərhələlərdə mühafizə, yəni metal səthinin uzun müddət mühafizəsi zamanı qiymətli antikorroziya piqmenti hesab olunur. Ilk mərhələlərdə mühafizə üçün barium xromatı, digər piqmentlərlə kombinə etmək lazımdır ki, onlar ilk periodda effektiv ingibitorlaşdırıcı komplekslər yaratmasın (sink və xrom fosfatları, sink tetraoksixromat, kalium xromat).

Sink tozunun əsas tətbiq sahəsi protektor astar örtüklərinin (sintetik qətranlar, silikatların su məhlulları və ya su dispers təbəqə əmələgətiriciləri əsasında) hazırlanmasıdır. Bu örtüklər dəmir və poladların korroziyadan mühafizəsi üçündür. Belə astar örtüklərində sink tozunun miqdarı 95-97% təşkil edir.

Sink tozu ovuntu şəklində altı markada buraxılır: PÜ-1, PÜ-2, PÜ-3, PÜ-4, PÜ-5 və PÜ-6.

Bürünc ovuntusundan məmulatları korroziyadan mühafizə etmək və onlara dekorativ yaraşıq vermək üçün istifadə olunan örtüklərin hazırlanmasından istifadə olunur.



Doldurucular: Astar örtükləri və emallar üçün piqmentlərlə yanaşı doldurucular da əsas komponent hesab olunur. Doldurucular bir çox piqmentlərdən ucuz olduqlarından onları lak-boyalarına əlavə edərək, lak-boyalarının maya dəyərini aşağı salırlar. Lakin, uyğun piqmentləri və doldurucuları diqqətlə seçmək yolu ilə lak-boya materiallarının elə xarakteristikalarını yüksəltmək olar ki, örtüklərdə özlülüyü piqmentlərin oturma qabiliyyətini azaltmaq, mexaniki xassələri və atmosferdə dayanıqlığını artırmaq mümkün olsun.Aşağıdakı cədvəldə bir sıra doldurucuların bəzi xassələri verilmişdir (cədvəl 3.3.2).

Doldurucuların əsas kütləsini hazırlamaq üçün təbii materiallardan istifadə olunur. Yalnız az miqdarda doldurucular (blanfiks, çökdürülmüş mis) sintetik yolla hazırlanır.

Doldurucu almaq üçün elektrik və istilik izolyasiya materialları kimi işlədilən texniki slüdanın tullantılarından da istifadə olunur. Emal quru və yaş üyüdülməklə yekunlaşır. Şırnaq dəyirmanında xırdalanmış və mikronlaşdırılmış slüdalar da istehsal olunur.Lak-boya örtüklərinin çəkilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:


Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə