Азярбайъан Дювлят Нефт Академийасы


Doldurucuların bəzi xassələri



Yüklə 3,14 Mb.
səhifə25/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
ELÇİN qiyabi diplom işi

Doldurucuların bəzi xassələri

Cədvəl 3.3.2.

Doldurucular

Işığı sındırma göstəricisi

Sıxlıq, kq/m3

Yağ tutumu q/100q piqment

Su çökmənin Ph-1

Talk

1,58

2730-2850

25-60

9-10

Kalsit

1,60

2710

10-14

9-10

Barit

1,64

4500

6-1

8-9

Dolomit

1,62

2850

15-19

10

Kaolin

1,60

2450-2600

13-20

5-8

Slüda (alimi-nium silikat)

1,59

2740-2880

20-50

<9

Əvvəlcə örtük çəkilməzdən qabaq metal səthinin təmizlənməsi işi görülür.Sonra isə

astar örtüyünün çəkilməsi, hamarlanması və cilalanması həyata keçirilir.Sonda rəngləmə və laklama prosesi ilə nəticələnir.

Məmulatın rəngləməyə hazırlanması əsasən aşağıda göstərilən bir sıra üsullardan istifadə olunur.

a) mexaniki; b) kimyəvi; c)elektrokimyəvi; d) ultrasəsin tətbiqi.

Eyni zamanda poladın boya altında səthini yaxşı hazırlamaq üçün fosfatlaşdırmadan, alüminium üçün oksidləşdirmədən, passivləşdirici məhlullarda passivləşdirmədən istifadə edilir.

Astar örtüyü dedikdə rənglənən məmulatın səthinə lak-boya örtüyünün 1-ci təbəqəsinin çəkilməsi nəzərdə tutulur. Metalların korroziydan mühafizəsi zamanı lak-boya örtüklərinin çəkilməsi əsas olsada, astar örtüyünə qarşı ciddi tələblər qoyulur. Bu baxımdan astar örtükləri lak-boya təbəqəsinin əsas metal səthi ilə möhkəm ilişkənliyini təmin etməli, yapışqan təbəqəsi kimi bütün örtüyü saxlamalıdır.

Əgər metal yağlı boya ilə rənglənirsə, onda astar örtüyü də yağlı materiallardan ibarət olmalıdır. Astar örtükləri üçün materialların seçilməsinə böyük diqqət yetirmək lazımdır. Piqment özünün kimyəvi və fiziki xassələrinə görə örtüyün bütövlükdə korroziyaya qarşı davamlılığı təmin etməlidir.

Poladın astar örtüyü üçün yaxşı piqment qurğuşun surufidir. Bu piqment gəmilərin suda həll olan hissələri liman qurğuları, dəmiryol körpüləri və s. astar örtükləri çəkildikdə istifadə olunur.

Polada astar örtüyü çəkmək üçün bol və ucuz olan dəmir sirikindən piqment qismində istifadə olunur. Alüminium və maqnezium ərintilərinin astar materialları üçün Zn kronundan istifadə olunur. Sinkin və sinklənmiş dəmirin səthinə astar örtüyünün çəkilməsinəd sink oksidindən istifadə olunur. Yağ lakında isladılmış aliminum ovuntusu miss üçün yaxşı astar materialıdır. Nitrolaklardan (nitroemallardan) istifadə etdikdə astar örtük yağ laklarından və piqment qarışıqlarından hazırlanır




Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə