Азярбайъан Дювлят Нефт Академийасы


Şəkil 3.1.2.Periodik islanma zonasının katod mühafizəsi



Yüklə 3,14 Mb.
səhifə19/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
ELÇİN qiyabi diplom işi

Şəkil 3.1.2.Periodik islanma zonasının katod mühafizəsi

1-sabit cərəyan mənbəyi; 2- tənzimləyisi reostat; 3- fərdi dayaq; 4-anod köynəyi; 5 – əhatə olunmuş qurğu
Ümumiyyətlə protektor mühafizəsinin effektliyi onun xassəsindən və istismar müddətindən asılıdır. Bu göstərisilər yüksək olduqda protektor mühafizəsi daha effektli olur.


3.2. Passiv mühafizə – inhibitorlar
Korroziya prosesinin xarakterindən asılı olaraq müxtəlif korroziya inhibitoru tətbiq edilir. İnhibitorun tətbiqi korroziyaya dayanıqlı olan yüksək keyfiyyətli, çox daha qiymətli poladlardan hazırlanan boruların və digər avadanlıqların istifadəsini tələb etmir.

Hazırda ölkəmizdə köhnə neft yataqlarında 25MM-AzNQSETLİ markalı korroziya inhibitoru tətbiq edilir. Bu inhibitorun texniki göstəriciləri aşağıdakılardır; çox asan hərəkət edən, suda həll olmayan, neftdə zəif həll olan, metal səthinə diffuziya edərək adsorbsiya olunan və metal səthinə yapışma xassəsinə malik olan mayedir.

Istehsalat təsrübəcində metalları korroziyadan mühafizə etmək məqsədi ilə ən təhlükəsiz sayılın passiv mühafizə üsulunu təmin edən inhibitorlardan geniş istifadə olunur. Inhibitorlar mürəkkəb xassəli olur, üzvi və qeyri – üzvi birləşmələrdən ibarətdir. Onlar əsasən korroziya mühitinə əlavə edilir.

Inhibitor (latın sözü olub, «inhibere»– zəiflədici deməkdir) o maddəyə deyilir ki, aqressiv mühitdə metalların dağılma prosesinin qarşısını ala bilsin.

Inhibitorlar öz təsir mexanizminə görə müxtəlifdirlər. Qeyri- üzvi inhibitorlar əsasən neytral elektrolitlərdə tətbiq olunurlar. Həmin elektrolitlərin tərkibində katod depolyarizatoru (O2) çıxarılmasa inhibitorun effektliyi aşağı düşər. Üzvi inhibitorlar ən çox turşu mühitində tətbiq edilir. Lakin son tədqiqatlar göstərir ki, onlar minerallı sularda da yaxşı nəticə verirlər.

Inhibitorlar metalların korroziya prosesini müxtəlif cür dayandırdıqları üçün onlara katod və anod inhibitorları da deyirlər.

Məhşur kimya mühəndisi S.A. Balezin göstərmişdir ki, hər bir inhibitor mühitdən asılı olaraq müxtəlif mühafizə effekti göstərir. Korroziya mühiti, temperatur, suyun hərəkət sürəti, aqressivliyi və bir çox başqa amillər inhibitorun effektliyinə təsir göstərir. Odur ki, bir mühitdə effektli sayılan inhibitor başqa mühitdə az effektli ola bilər.

Inhibitorlar metalın səthində fiziki örtük– adsorbsiya və kimyəvi birləşmə – hemosorbsiya əmələ gətirirlər. Metalın səthində fiziki örtük əmələ gəldikdə bu dönən proses, hemosorbsiya olduqda isə dönməyən proses adlanır. Hər bir şərait üçün konkret inhibitor seçilməlidir, çünki, müxtəlif korroziya mühitlərində eyni müsbət nəticəni verən universal inhibitor yoxdur.

Sadə inhibitorlardan fərqli olaraq qatışıq inhibitorların hazırlanması çətin və mürəkkəbdir. Sadə inhibitorlar yalnız bir prosesi dayandırdıqları halda qatışıq inhibitorlar eyni zamanda həm katod, həm də anod prosesini dayandıra bilir ki, bu da onların sinergetik xassəli olmasını göstərir.

ARDNŞ-nin «Azneft» İB-nin obyektlərində laboratoriya və sənaye sınaqlarından müvəffəqiyyətlə keçmiş inhibitorlar haqqında məlumat verək.

● Bakterisid inhibitoru “SNGF “

Neft-mədən avadanlıqlarının mikrobioloji və elektrokimyəvi korroziyadan mühafizə edilməsi üçün nəzərdə tutulmuşdur.Lay təzyiqinin saxlanması sistemində sulfatreduksiyaedici bakteriyaların artımının qarşısını alır və elektrokimyəvi korroziyasının prosesini zəiflədir.Lay təzyiqinin saxlanması sistemində sulfatreduksiyaedici bakteriyaların artımının qarşısını alır və elektrokimyəvi korroziyasının prosesini zəiflədir.Aparılmış sınaqların nəticəsi göstərir ki, sıxlığı 200 mq/l olmaqla reagentin laya vurulması zamanı korroziyanın sürəti 80 ÷ 85 % azalır, SRB-nin həyat aktivliyinin zəifləməsi 85 ÷ 90% təşkil edir.

Texniki göstəricilərinə görə bakterisid inhibitoru “SNGF “ maye halında,tünd qəhvəyi, sıxlığı 20 °C-də, 1120 ÷ 1140 kq/m3 , pH - 7.0 ÷ 9.0 olan ,dəniz və lay sularında həll olan birləşmədir.

● Neftqaz-2013» bakterisid-inhibitoru.

«Neftqaz-2013» bakterisid-inhibitoru qaz lift xətlərinin, su-neft emulsiyalarının yığım və nəqletmə sistemlərinin neft-mədən avadanlıqlarının tərkibində hidrogen-sulfid, karbon qazı, həmçinin sulfatreduksiyaedici bakteriyalar (SRB) olan aqressiv mühitlərdə korroziyadan mühafizəsi üçün nəzərdə tutulmuşdur. «Neftqaz-2013» bakterisid-inhibitorunun mühafizə effekti 0.5 q/m3 qatılıqda ümumi korroziyanın 95-98%-ni təşkil edir . İnhibitorlar neft-qaz-mədən avadanlıqlarının, o cümlədən nasos - kompressor borularının, qoruyucu kəmər borularının, mədəndaxili boru kəmərlərinin korroziyadan və mikrobioloji yeyilmələrdən mühafizə üçün nəzərdə tutulmuşdur. Sulfatreduksiyaedici bakteriyaların çoxalmasının qarşısını alır.

●Korroziya inhibitoru «İKNS – AZNİPİNEFT»

Neft-mədən qurğularının korroziyadan mühafizəsi üçün nəzərdə tutulmuş effektiv

inhibitordur.Tərkibində aqressiv qazlar olan, o cümlədən karbon, oksigen və hidrogen sulfid qazları olan inhibitor lay sularının aqressiv təsirinə qarşı çox dayanıqlıdır. Avadanlıqların səthində «qoruyucu pərdə» yaradır.Tünd qəhvəyi rəngə malik,neftdə yaxşı həll olub və suda həll olmayan mayedir.

Inhibitorun düzgün seçilməsi və tətbiqi metalların hidrogenlə təchiz olunmasını azaldır.Beləliklə hidrogen «kövrəkliyini» aşağı salmaqla, onun mexaniki təsirə qarşı müqavimətini artıraraq,korroziyaya davamlı olur. Onlardan istifadə edilməsi xərc tələb etmir, texnoloji cəhətdən rahat yerinə yetirilir, effektliyi isə çox vaxt 100% -ə çatır.

Metalın korroziya sürəti (vk) onun 1m2 səthindən 1saatda itən kütlənin qramlarla ifadəsi ilə müəyyən olunur (q/m2·saat). Korroziyanın nüfuzu «n» metal təbəqənin nazikləşməsi ilə təyin edilir:

n=(t0-t)T (3.2.1)

Burada t0– metalın korroziyaya qədər olan qalınlığı, mm; t- metalın korroziyadan sonrakı qalınlığı, mm; T – zaman, il.

Inhibitorun mühafizə effektliyi bu ifadə ilə təyin edilir.:

(3.2.2)

Burada v0- inhibitorsuz korroziya sürəti; v- inhibitorla korroziya sürəti; γ- inhibitorun dayandırılma əmsalıdır.





Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə