64
cəhətdən uyğunluğu vardır. Və belə bir nəticəyə gəlir ki, udin (eyni
zamanda Azərbaycan dialektal) ard «dəyirman daşının arxasına yı-
ğılan un» semantik cəhətdən türk ard «arxa» sözü ilə birləşir
176
. Bu
fikirlə razılaşmaq olmaz. Bizə elə gəlir ki, dialekt və şivələrimizdə
işlənən ard «dəyirman daşının arxasına yığılan un» və ard «arxa»
sözləri deyilişi və yazılışı eyni olub müxtəlif mənalara, müxtəlif
etimoloji mənşəyə malikdir.
Bəlkə də bu sözlərin eyni qəbul edilməsinin müəyyən psixoloji
əsasları vardır Əslində, fikrimizcə, dialekt və şivələrimizdə İran
mənşəli ard sözünün mənasında daralma hadisəsi baş vermişdir.
Dialekt və şivələrimizdə un sözü işləndiyindən İran ard sözü artıq
həmin məfhumu bütövlükdə ifadə edə bilməmiş və onun mənası
konkretləşmişdir.
Gərde // gərdə «saman xırdası» (Ab., Q.) fars mənşəli
درگ
(gərd) «toz» sözündəndir. Dialekt və şivələrimizdə məna həcmi
daralmış və «saman xırdası» anlamında çıxış edir. -Usda
gərdəni palçuğa qarışdırıbanı öyü suvıyadu (Q). Bu sözə başqa türk
dillərində də rast gəlmək olur. Türkmən ədəbi dilində həmin
mənada qert fonetik variantında işlənir
177
. Özbək dilinin
dialektlərində isə «narın un» mənasında müşahidə edilir.
Şərq qrupu dialekt və şivələrində İran mənşəli alınma sözlər öz
etimonuna nisbətən geniş mənada işləndiyi hallar da müşahidə
edilir. Belə bir hal təbiidir, «çünki mənbə dildən uzaqlaşan və yeni
dil mühitində qismən semantik sərbəstlik qazanan sözlər dəyişilməz
qalmır, əksinə, yeni-yeni işlənmə sahələri kəsb edərək öz mənalarını
genişləndirir…»
178
.
Dialekt və şivələrimizin leksikasında alınma sözün mənasının
həm kəmiyyət, həm də keyfiəyyətcə genişlənməsi baş verir. İran
dillərindən alınma söz dialekt və şivələrimizdə əlavə mənalar kəsb
edir, yəni sözün mənaları kəmiyyətcə artır.
176
Гукасян В.Л. Взаимоотношения азербайджанского и удинского языков.
Докторская диссертация, Баку, 1973, стр.84
177
TRS, 1968, s.175
178
Həsənov B.S. Alman dilində işlənən türk sözlərinin leksik-semantik xüsusiyyətləri
// M.F.Axundov adına APDİ-nin Elmi Əsərləri, XII seriya, 1973, № 3, s.15
65
Şərqi Abşeron şivələrində tat dilindən alınma rıma// rimə
//ruma sözü işlənir
179
. Tat dilində ruma «təzə, körpə (tərəvəz haq-
qında)» mənasını bildirir. Qeyd olunan şivələrdə həmin söz tat
dilindəki mənasından (məs. Nə rıma turpdır bu, yiməgdən toymaq
olmır) əlavə «yumşaq» anlamında işləndiyi müşahidə olunur. -
Uşağın sümigi rumadu***.
Həmin şivələrdə şebpərə//şəppələ sözünə rast gəlinir. Fars
mənşəli şəbpərə şəb «gecə» və pərə
نديرپ
(pəridən) uçmaq felindən) sözlərindən yaranmışdır və «gecə quşu»
deməkdir. Şərqi Abşeron şivələrində şebpərə//şəppələ «gecə quşu»
mənasından əlavə «yuxusu olmayan, narahat adam» anlamını da
kəsb etmişdir
180
.
Tünik_//tənik'>Tünik//tənik. M.Şirəliyev «Bakı dialekti»ndə bu sözü tünik //
tünik fonetik variantlarında qeydə alınmış və «nazik» mənasını
göstərmişdir
181
.
G.Vəliyeva tünik sözünün «nazik» mənasından əlavə «həssas
adam» anlamında işləndiyini qeyd edir
182
. Lənkəran, Masallı və
Yardımlı şivələrində tənik «nazik» fonetik variantı işlənir.
Azərbaycan dilinin dialektoloji lüğətinin çapda olan yeni nəşrində
isə yuxarıdakı variantlardan əlavə Xudatda və Sisyanda tünək //
tünəki kimi qeydə alınmış və «nazik» mənasından əlavə «zəif, arıq
heyvan» anlamı da göstərilmişdir.
Qeyd etmək lazımdır ki, dialekt və şivələrimizdə bu sözün
müxtəlif fonetik variantları onun üçün mənbə dilin eyni olmadığına
əyani sübutdur. Görünür, həmin sözün dialekt və şivələrimizə
keçməsi mümkün olan mənbə dillərdən yalnız «nazik» mənası
alınmışdır. Onun dialektlərimizdə rast gəlinən digər məna çalarları
isə Azərbaycan dili mühitində qazanılmışdır və bilavasitə «nazik»
mənası ilə bağlıdır.
179
Велиева Г.Г. Лексика восточноапшеронских говоров азербайжанского
языка (сравнительно-историческое исследование). АКД, стр.8
***Misal Azərbaycan dili dialektoloji lüğətinin çapda olan yeni nəşrindən
götürülüb
180
Vəliyeva G.Q. Azərbaycan dilinin Şərqi Abşeron şivələrinin leksikası
(müqayisəli-tarixi tədqiqat). Namizədlik dissertasiyası, Bakı, 1984, s.51
181
Şirəliyev M. Bakı dialekti. Bakı, 1957, s.195
182
Vəliyeva G.Q. Azərbaycan dilinin Şərqi Abşeron şivələrinin leksikası.
Namizədlik dissertasiyası, s.41
66
Tünik sözü ilə əlaqədar bir məsələni qeyd etməyə bilmərik.
Prof. V.Aslanov «morfoloji quruluşuna görə qədim türk sözlərinə
oxşadığına görə» tünük sözünün İran mənşəli olmadığını qeyd
edir
183
. Bununla əlaqədar həmin sözün tarixi-etimoloji inkişaf
yoluna nəzər salaq. Qeyd etmək lazımdır ki, bu söz İran dillərinin
və eləcə də Hind-Avropa dillərinin çox geniş bir arealında
yayılmışdır.
İranşünaslar həmin sözü etimoloji cəhətdən İran *tanu- Hind-
Avropa *tenu- «nazik» sözü ilə bağlayırlar
184
.
Qədim və orta İran dillərində aşağıdakı mənzərəni müşahidə
edirik: av. tanu-ka «nazik», qədim fars *tanu- «nazik», orta fars
tanuk «nazik, zərif», kl. fars tanuk // tunuk «nazik, seyrək,
dayaz»
185
. Qədim hind dilində tan
ú
- «nazik, zərif» mənalarından
əlavə «arıq» anlamını da bildirmişdir
186
.
Müasir İran dillərinin əksəriyyətində eyni semantik çalarlar
müşahidə olunur: fars tonok «nazik, zərif, seyrək, dayaz»
187
, tac.
tunuk «nazik, zərif»
188
, kürd t
ä
nək «nazik, dayaz» (çay haqqında);
seyrək (meşə haqqında)
189
, kürd manьk «nazik»
190
, tat. tünük
«nazik»
191
, talış. tonыk//tənыk «nazik, seyrək» (talış dilində
«dayaz» mənasında tənыsk sözü işlənir)
192
, osetin. t
æ
n
æ
g «nazik,
seyrək, dayaz» (su haqqında)
193
və s.
Nazik – seyrək məna çalarları Hind-Avropa dillərində də geniş
yayılmışdır və ən çox german qrupu dillərində rast gəlinir:
183
Aslanov V.İ. XII əsrə qədərki Azərbaycan dili haqqında // AFM, I buraxılış,
1983, s.80
184
Абаев В.И. Историко-этимологический словарь осетинского языка. T.III,
Л., 1979, стр.263
185
Расторгуева В.С. Сравнительно-историческая грамматика западноиранс-
ких языков (фонология). М., 1990, стр.88
186
Расторгуева В.С. Сравнительно-историческая грамматика западноиран-
ских языков (фонология). М., 1990, стр.88
187
Миллер Б.В. Персидско-русский словарь, стр.135
188
Таджикско-русский словарь. М., стр.411
189
Курдоев К.К.Курдско-русский словарь. М., 1960, стр.740
190
Бакаев Ч.Х. Язык азербайджанских курдов. М., 1965, стр.252
191
Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi, s.151
192
Пирейко Л.А. Талышско-русский словарь, стр.211
193
Абаев В.И.Историко-этимологический словарь осетинского языка. T.III,
Л., 1979, стр.263
Dostları ilə paylaş: |