53
dilindən keçmişdir. Lənkəran şivəsində həmin sözün qaməк forması
da işlənir: Balama, bu qaməк neçədi? Bu forma talış dilindən
alınma olub, fikrimizcə, ikidilliliyin nəticəsidir. Həmin zonanın
türkdilli əhalisinin nitqində isə «gərmək» şəklində işlənir ki, bu da
klassik ədəbi dil ənənəsinin təsiridir, fars. gərm «isti», -ək
sözdüzəldici şəkilçidir.
Kürünc «buğda saxlamaq üçün yer, anbar» (A., Y., Lk., Ln.,
M.). Bu söz yalnız Lənkəran-Astara zonasında müşahidə edilir.
Talışların nitqində daha çox кırıj, кırınc formasında işlənir.
Yardımlıda kürünc kimi qeydə alınmışdır. Yardımlıda türkdilli
əhalinin nitqində işlənən kürünc, bizə elə gəlir ki, talış кırınc
variantının türkləşdirilmiş şəklidir: Qabaqlar bığdanı kürüncdə
saxleydik (Y.).
İran dillərinin əldə etdiyimiz tərcümə və izahlı lüğətlərinin heç
birisində bu sözə rast gəlmədik. Bu sözə ancaq «Талышско-
русский словарь»da
118
və B.V.Millerin «Талыш ские тексты»
əsərində
119
rast gəlirik. «Ərəb və fars sözləri lüğəti»ndə və 4-cildlik
«Azərbaycan dilinin izahlı lüğəti»ndə də bu söz yoxdur.
Kürünc sözünə rast gəldiyimiz yeganə yazılı abidə «Şeyx Səfi
təzkirəsi»dir: Kürüncdə, yəni bir ənbar kim dügi orada zəbt edərlər,
dügi az qalmış idi
120
. Bu abidədə kürünc sözünün işlənməsi
təsadüfi deyil. Məlumdur ki, Səfəvilər sülaləsinin başçısı şeyx
Səfiəddin Talışda olmuş, orada müəllimi şeyx Zahidin evində xeyli
müddət yaşamış və onun qızına evlənmişdir. Çox qədim
zamanlardan talış zonasının iqtisadiyyatının əsasını çəltikçilik təşkil
etmişdir. Kürünc də çəltikçiliklə bağlı tikililərdəndir. Fikrimizcə,
«Şeyx Səfi» təzkirəsində kürünc sözünün işlənməsi şeyx Səfinin bu
mahal ilə tanışlığının nəticəsidir.
Bəli//bəhli «gilas» (Q.) – Biyil bəhli olmadı, quraxlığ oldu
(Q.)
121
. Türk dillərinə aid tədqiqatlarda bu sözün fars mənşəli
olmasını qeyd etmişlər. K.M.Musayev türk dillərinin böyük bir
arealında həmin sözün işləndiyini qeyd edərək onu fars ولابلا
118
Пирейко Л.А. Талышско-русский словарь, стр.124
119
Миллер Б.В. Талышские тексты. M., 1930, стр.232, 233
120
Садыгов А.Ш. Язык азербайджанского письменного памятника XVI века
– тезкире «Шейх Сефи»: лексика. АКД, Баку, 1972, стр.23
121
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, s.73
54
«gilas» sözü ilə əlaqələndirir
122
. Qaraçay-balkar balli//bali sözünün
Azərbaycan və noqay dilləri ilə ümumi mənbəyə malik olduğu
göstərilir
123
.
Azərbaycan ədəbi dilində gilas və albalı sözləri işlənir. Şərq
qrupu dialekt və şivələrində isə onlardan əlavə bəhli//bəli sözləri də
qeydə alınmışdır.
Bəhli sözünə müxtəlif fonetik variantlarda bəhlibiyo // bəhlibilo
// bə’libiyu // bə٤ libiyo // bə٤ libilo // bə٤ libiyu «sarıköynək»
sözünün tərkibində də rast gəlinir
124
. Bu isə tat dilində alınma
sözdür.
Topladığımız materiallara əsasən, İran dillərində çoxmənalı
sözün öz mənalarını dialekt və şivələrimizdə tamamilə saxlaması
hallarına rast gəlmirik. İ.Bajina yazır: «Alınma prosesində
çoxmənalı sözün bütün semantik yükü ilə, yəni bütün mənalarını
saxlamaqla başqa dilə keçməsi çox nadir halda olur»
125
. Bu fikirlə
razılaşmaq lazım gəlsə də, bizim araşdırmalarımıza görə, çoxmənalı
söz mənbə dildəki mənalarının müəyyən qismini alınma prosesində
saxlaya bilir.
Fars, tacik, dəri, tat, talış və bir çox başqa İran dillərində sər
sözü müstəqil leksik vahid kimi çıxış edir. Müasir fars dilində sər
müstəqil söz kimi aşağıdakı mənaları ifadə edir: 1) baş; 2) başçı,
rəis; 3) təpə, zirvə; 4) başlanğıc, əvvəl; 5) uc, kənar, son; 6) arzu,
dilək; 7) həyat, ömür; 8) qapaq
126
.
Lakin müasir Azərbaycan ədəbi dilində və başqa türk dillərində
sər müstəqil söz kimi işlənmir və lüğətlərdə ona ayrıca məqalə həsr
olunmur. Qeyd etmək lazımdır ki, klassik ədəbiyyatda və xalq
yaradıcılığı nümunələrində sər müstəqil söz kimi işlənmişdir. «Ərəb
və fars sözləri lüğəti»ndə sər-in 1) baş, kəllə; 2) təpə, zirvə; 3)
122
Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещении. М.,
1975, стр.196
123
Жаппуев А. Роль соседних языков в развитии земледельческих терминов
карчаево-балкарского языка // СТ, 1974, стр.64
124
Ахмедов Т.М. Лексические взаимоотношения азербайджанского и татс-
кого языков. АКД, стр.26
125
Бажина И. К вопросу о киргизских заимствованиях в русском языке //
СТ, 1972, № 5, стр.40
126
Миллер Б.В. Персидско-русский словарь, стр.276
55
başçı, rəis; 4) uc, kənar; son, nəhayət; 5) ibtidai, əvvəl; 6) məc.
həyat, varlıq, can mənaları göstərilir
127
.
Azərbaycan dilində, onun dialekt və şivələrində sər -ə; -ək; -
baz; -ban; -dar və s. şəkilçilərlə birləşərək müxtəlif mənalar kəsb
edir. Bu şəkilçilərin bəziləri Azərbaycan dilinin söz yaradıcılığında
müstəqil iştirak edir.
Azərbaycan dilində, onun dialekt və şivələrində tərkibində sər
olan sözlərin çoxunda sər öndə işlənir. «Azərbaycan dilinin izahlı
lüğəti»ndə 53 belə söz göstərilir
128
. Bu sözlərin bəziləri ədəbi dildə
işlənsə də, dialekt və şivələrimizdə ya başqa fonetik cilddə çıxış
edir, ya da ədəbi dildəkindən fərqli mənalar bildirir.
Şərq qrupu dialekt və şivələrində tərkibində sər işlənən bəzi
sözlərə diqqət yetirək.
Sərab «abqora, qora suyu» (Ln.), fars.
رس
(sər) və بآ (ab) sözlə-
rinin birləşməsindən əmələ gəlmişdir. Azərbaycan dilindən fərqli
olaraq fars dilində sərab sözünün tərkib hissələrinin hər biri
müstəqil leksik mənaya malikdir. Fars dilinə aid lüğətlərdə sərab
omonim sözlər kimi I və II rum rəqəmləri ilə verilir və aşağıdakı
mənaları qeyd edilir: sərab I 1) ilğım; 2) boş vəd; sərab II 1)
çeşmə, suyun başlanğıcı; 2) nadir, ən yaxşı hissə
129
.
Azərbaycan ədəbi dilində sərab «ilğım» mənasını bildirir. Bu
sözə sərab olmaq, səraba dönmək mürəkkəb fellərinin tərkibində
rast gəlinir
* (*
Azərbaycan dilinin izahlı lüğəti. I c. Bakı, 1987, s.58).
Klassik ədəbiyyatda isə sərab sözünün 1) bulaq, çeşmə və çayın
başlanğıcı; 2) ilğım; 3) xəyal, puç ümid mənalarında işləndiyi
göstərilir. Sərab sözünə başqa türk dillərində də rast gəlinir. Özbək
dilində sərab 1) ilğım, 2) bulaq çeşməsi; çayın yuxarı tərəfi; arxın
başlanğıcı anlamında işlənir
130
.
Göründüyü kimi, Lənkəran rayonu şivələrində işlənən sərab
«abqora, qora suyu» sözü həm fars, həm Azərbaycan ədəbi
dillərində, eləcə də başqa türk dillərində və hətta klassik ədəbiyyat
nümunələrində işlənən sərab sözündən fərqli mənada işlənir. Sərab
127
Ərəb və fars sözləri lüğəti, s.552
128
Azərbaycan dilinin izahlı üğəti. IV cild, Bakı, 1987, с.60-64
129
Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), II т., стр.37
130
Гулямов Х. Узбекско-таджикские языковые связи (лексико-этимологи-
ческое исследование). Ташкент, 1983, стр.41
Dostları ilə paylaş: |