57
edilmiş, biabır olmuş; bəxti gətirməyən»
135
. Sitatın birinci
cümləsindəki fikirlə razılaşmaq çətindir. Çünki klassiklərimizin
əsərlərində
sərnigün sözünə rast gəlinir və onun 1) başıaşağı,
başayaq; 2) devrilmiş, yıxılmış, məhv edilmiş; 3)
məc. talesiz,
bəxtidönük, bədbəxt mənaları göstərilir
136
. Hazırda Azərbaycan
ədəbi dilində işlənməsə də, Bakı dialektində «
başıaşağı» (olmaq)
mənasında
sərnigün olmaq sözünə rast
gəlinir
137
.
Sərxe//sərxeyir «toyu idarə edən şəxs» (ƏB., Y., M., Sal.).
Sərxeyir Azərbaycan dilinin dialektoloji lüğətinin çapda olan yeni
nəşrində göstərilmi
Ģdir
. Sərxey//
sərxe variantları isə müəllif
tərəfindən material toplanarkən Yardımlı və Masallı rayonları
şivələrində qeydə alınmışdır. İlk baxışdan elə görünür
ki,
sərxeyir
sözü fars
sər və ərəb
xeyir sözlərinin birləşməsindən yaranıb. Bizə
elə gəlir ki, həmin söz fars dilindəki
ليخ رس
(sərxeyl) sözündəndir.
Fars dilində bu söz tarixizm hesab olunur və «atlı dəstəsinin başçısı,
rəisi» mənasını ifadə etmişdir
138
. Güman olunur ki, semantik inkişaf
nəticəsində həmin söz Azərbaycan dilində «toyu, məclisi idarə edən
adam» mənasını qazanmışdır. Sözün sonundakı
r səsi
r - l
əvəzlənməsinin nəticəsidir. Yardımlı və Masallı rayonu şivələrində
sözün sonundakı
l səsi düşmüş və
sərxe//sərxey fonetik variantında
işlənir.
-Məmmədəli toylarda zor sərxeyir olar (Sal.);
Bugün toyda
sərxe kimdi? (M.).
Şərq qrupu dialekt və şivələrində «toyu, məclisi idarə edən
adam» mənasında
sərpayi // sərpay // sərpoy // sarpay sözləri də
işlənir. -
Sərpayi tuydə, qunağluğda qunağlara, gələnlərə qulluq
eliyən adamdu (Q.).
Azərbaycan dilinin izahlı lüğətində
sərpayı sözü ilə əlaqədar
yazılır: «
is. (fars.) köhnə. Böyük məclisi, toyu və s. idarə edən
adam; ayaqüstü»
139
. Göründüyü kimi,
sərpayı fars mənşəli söz
hesab olunur. Müasir fars dilində
sərpayi omonim söz kimi
verilmişdir:
sərpayi I «ev ayaqqabısı»;
sərpayi II 1) qulluğa
göndərilən oğlan uşağı; yüngül işləri görmək üçün qulluqçu; 2)
135
Гулямов Х. Göstərilən əsəri, s.48
136
Ərəb və fars sözləri lüğəti, s.557
137
Şirəliyev M. Bakı
dialekti, s.192
138
Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика). Пт., стр.48
139
Azərbaycan dilinin izahlı lüğəti. IV c., Bakı, 1987, s.62