62
İran dillərində sözönü
v səsini saxlayan dillərdən biri də tat dilidir.
Qədim İran dillərində sözönü
v tarixi inkişaf prosesində fars, tacik
və s. dillərində
b səsinə keçmişdir
165
. Sözönü
v talış dilində də
qalmışdır
166
. Əyanilik xatirinə bir misala diqqət yetirək.
q. fars *vāta-
kl.f. bād -
m.f. båd
tac. bôd
orta fars
vād
tat. var
av. vāta
tal. vo «külək»
Haqqında danışdığımız
vəcə sözü orta fars dilində
va
čč
ag
şəklində işlənmişdir
167
.
Vəcə sözünün müasir fars dilində qarşılığı
b
äččе
-dir. Qanunauyğun olaraq orta fars dilindəki
v müasir fars
dilində
b-yə keçmişdir. Azərbaycan dilində
beçə sözü də işlənir.
Güman etmək olardı ki, Quba və İsmayıllı rayonu şivələrindəki
vəcə
elə ədəbi dildəki
beçə sözüdür ki, onda
b>v əvəzlənməsi baş
vermişdir. Lakin
b>v əvəzlənməsi Quba dialekti üçün və
ümumiyyətlə şərq qrupu dialekt və şivələri üçün xarakterik deyil.
Bu hadisə əsasən qərb və qismən şimal qrupu dialekt və
şivələrinə aiddir
168
. Doğrudan da Şəkidə və Göyçayda «yeni əmələ
gəlmiş arı ailəsi» mənasında
veçe sözü
işlənir
169
.
Tat dilində
vəcə «bala, körpə» deməkdir
170
. Quba dialektində
həmin söz daha konkretləşərək «körpə adı» anlamında işlənir.
163
Rüstəmov R.Ə. Quba dialekti, s.233
164
Hacıyev İ. İsmayıllı rayonu şivələri. Namizədlik dissertasiyası, Bakı, 1948
165
Расторгуева В.С. Сравнительно-историческая грамматика западно-иран-
ских языков (Фонология). M., 1990, str.89
166
Миллер Б.В. Талышский язык, стр.228
167
Mackenzie D.N. A Concize Pahlavi Dictionary. London, 1971, p.85
168
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları, s.86
169
İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, 1968, s.195; Vəliyev A.
Azərbaycan dialektologiyasına aid materiallar; Göyçay keçid şivələrinin
leksikası. Bakı, 1960, s.27
170
Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi, s.103
63
İsmayıllı rayonu şivələrində isə
vəcə «keçi balası»na deyilir.
-Bugün
vəcələr yaxşı otdadı.
Mənbə dildə təkmənalı sözün mənasının daralması hadisəsi
dialekt və şivələrimizdə müşahidə edilir. Təkmənalı sözün
mənasının daralması o zaman baş verir ki, həmin sözün ifadə etdiyi
növ əlaqələrinin dəyişməsi müşahidə edilir: mənbə dildə növ
məfhumunu bildirən söz keçdiyi dialektin və ya şivənin
leksikasında artıq həmin məfhumu ifadə edə bilmir, çünki dildə
ümumi məfhumu bildirən söz vardır. Bu səbəbdən alınma sözün
mənası daralaraq həmin növ məfhumunun bir hissəsini ifadə etməyə
başlayır. Məsələn, ümumiran mənşəli
кard sözü fars dilində
«bıçaq» məfhumunu bildirir
171
. Bu sözə şərq qrupu dialekt və
şivələrinin bir çoxunda rast gəlinir, lakin fars dilindəki məna həcmi
daralmış, müxətlif fonetik variantlarda çıxış edərək bıçağın bir
növünü bildirir:
kort «iri bıçaq» (M., C.),
gərde//gorda «bıçaq növü»
(Ab., B.),
giləğurt «iri qatlanmayan bıçaq» (Br.).
İsmayıllı rayonu şivələrində
ard sözü «unun tozu» mənasında
qeydə alınmışdır. -
Dəyirmanın ardınnan mınnan yaxşı çörək
olmaz
172
.
Həmin mənada
ard sözü Cəbrayıl rayonu şivələrində də işlənir
173
. Udin dilində isə
ard «dəyirman daşının ətrafına yığılan un»
mənasını bildirir və həmin sözün udin dilinə Azərbaycan dilinin
dialekt və şivələrindən
keçməsi göstərilir
174
.
Ard «un» mənasında İran dillərinə aid sözdür. Azərbaycan
dilində onun qarşılığı
un sözüdür. Dialekt və şivələrimizdə
ard
«dəyirman daşının arxasına yığılan un»a deyilir.
Ard Azəraycan
dilində «arxa, geri» deməkdir və həmin mənada o, Mahmud
Kaşğaridə işlənmişdir
175
. Bunları nəzərə alaraq V.Qukasyan qeyd
edir ki, türk
ard «arxa» və İran
ard «un» sözlərinin ancaq fonetik
171
Миллер Б.В. Персидско-русский словарь, стр.391
172
Hacıyev İ. İsmayıllı rayonu şivələri. Namizədlik dissertasiyası, s.235
173
Hacıyev T. Azərbaycan dilinin Cəbrayıl şivəsi. Namizədlik dissertasiyası,
Bakı, 1962, s.326
174
Гукасян В.Л. Взаимоотношения азербайджанского и удинского языков.
Докторская диссертация, Баку, 1973, стр.83
175
Mahmud Kašgari. Divanü lügat-it-türk tercümesi, çeviren Besim Atalay, I,
Ankara, 1939, s.42